Ana səhifə »  Müəlliflər »  Əli Kərimli mütəşəkkil cinayətkar dəstəyə qoşulub
A+   Yenilə  A-
Əli Kərimli mütəşəkkil cinayətkar dəstəyə qoşulub
Yazdı: Aqşin Şahinoğlu

AXCP sədrinə yaxınlığı ilə bilinən Xaliq Bahadır radikal müxalifət partiyalarının qaranlıq fəaliyyətinə dair şok etiraflar səsləndirdi
Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə qalan vaxt daraldıqca radikal müxalifət cəbhəsində də uzun müddətdir pərdələnən gerçəklər gün üzünə çıxır. Maraqlıdır ki, bu həqiqətləri ifşa edənlər də özlərini radikalların liderləri hesab edən Əli Kərimli və İsa Qəmbərin yaxın adamlarıdır. Mirzə Sakit, Adil Qeybulla, Ərəstun Oruclu, Hikmət Hacızadə və digərlərinin radikalların perspektivsizliyi və qaranlıq fəaliyyətləri ilə bağlı məlum açıqlamalarından sonra indi də Əli Kərimliyə yaxınlığı ilə bilinən Xaliq Bahadır radikal düşərgədə baş verən olayları bütün detalları ilə ictimaiyyətə çatdırıb.
Əvvəla, qeyd etmək yerinə düşər ki, X.Bahadır uzun illərdir müxalifətdə, AXCP-də yer alan, belə demək mümkündürsə, onların “cikinə də, pikinə də bələd olan”, yeri gəldikdə Əli Kərimlinin təlimatı ilə onun rəqiblərinə qarşı piar kampaniyasında iştirak edən yazar - siyasətçilərdən biridir. Bir müddət öncə AXCP-dən və “İctimai palata”dan istefa verdiyini açıqlasa da, sonrakı proseslər əslində, bu istefanın görüntü xarakteri daşıdığını, X.Bahadırın faktiki olaraq AXCP ilə sağlam əlaqələrinin davam etdiyini, yenə də Əli Kərimlinin digər müxalifətçilərə qarşı gizli silahı olduğunu sübut etdi. Ona görə də, bu gün onun açıqlamaları və radikalların qaranlıq maliyyə mənbələri ilə bağlı “Reytinq” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər dağıdıcı düşərgədə toplaşanların fəaliyyətinə müəyyən mənada işıq salır. Xüsusilə, onun radikal müxalifət cəbhəsində fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin mövcud olması ilə bağlı iddiaları daha böyük marağa səbəb olub.
Əslində, müxalifət partiyalarının davamlı və məqsədyönlü şəkildə maliyyə mənbələri haqqında heç bir açıqlama verilməməsi bu məsələdə müəyyən şübhələri gücləndirir. Məsələn, AXCP sədri Əli Kərimli heç bir yerdə işləmədiyi halda partiyasını, onun aparatını, cangüdənlərini və s. necə saxladığı barədə suallardan daim yayınır. Eyni zamanda, bu düşərgədə fırlanan milyonlarla dollarların haradan gəldiyi, həmçinin, hansı məqsədə xidmət etməsi ilə bağlı qəzetimiz tərəfindən dəfələrlə araşdırma aparılıb və bu barədə ictimaiyyətə geniş məlumatlar vermişik. Bu gün Xaliq Bahadırın radikal müxalifət düşərgəsində fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstə ilə bağlı söylədikləri bizim qənaətlərimizin haqlılığını sübuta yetirir. Real faktların təhlili də göstərir ki, AXCP-nin timsalında dağıdıcı müxalifətin maliyyələşməsində iki mənbə xüsusi çəkiyə malikdir. Beynəlxalq təşkilatlar, xarici fondlar və ayrı-ayrı dövlətlər tərəfindən gizli yollarla birbaşa və ya dolayısı ilə müxtəlif QHT-lər, hətta mətbuat orqanları vasitəsilə maliyyələşməyə paralel olaraq, X.Bahadırın da bildirdiyi kimi, qeyri-qanuni əməllər, cinayətkar yollarla əldə olunan gəlirlər də diqqət cəlb edir. Bu fikri arqumentləşdirmək üçün bir neçə fakta nəzər salmaq kifayətdir.
Məlumdur ki, 2009-cu ildə Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin daxil olduğu cinayətkar dəstə Bakının Nəsimi rayonundakı Cavadxan küçəsində yerləşən mənzildən 200 min dollar və külli miqdarda zinət əşyaları qarət etmişdi. Keçirilən axtarış tədbirləri nəticəsində onlardan silah, pul və texniki vasitələr götürülmüşdü. Qabil Məmmədrzayev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Həmin dövrdə media aktiv şəkildə qarət olunan vəsaitin AXCP-nin maliyyələşdirilməsinə yönəldildiyini israr edir, AXCP-nin kriminalla bağlılığının araşdırılması tələbini irəli sürürdü. Ondan bir müddət sonra isə ölkənin cənub regionunda, daha dəqiq desək, Cəlilabad rayonunda baş verən bir neçə cinayət hadisəsi AXCP-nin narkotrafik və narkotik vasitələrin yayılmasında rolu olduğu, əldə edilmiş külli miqdarda vəsaitin partiyanın ehtiyaclarına sərf edildiyi və ümumiyyətlə, bu partiyanın kriminalla bağlılığı barədə şübhələri gücləndirir. Belə ki, 2011-ci il sentyabrın 30-da isə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabadda keçirdiyi əməliyyat nəticəsində Cəlilabad rayon Şatırlı kənd sakini Məhərrəm Mirələmovun saxlanılması barədə xəbər yayıldı. Daxili İşlər Nazirlyindən verilən məlumata görə, əməliyyat nəticəsində Məhərrəm Mirələmovdan 3 kiloqram 14,8 qram heroin və 2 kiloqram 307 qram tiryək götürülmüşdü. Ən maraqlısı da odur ki, həmin Məhərrəm Mirələmov AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin atasıdır. Bir qədər sonra isə hüquq mühafizə orqanları narkotik ticarətlə bağlı daha bir cinayət əməlinin üstünü açdı. Cəlilabad rayon sakini Fikrət Mirələmov bu işdə əsas təqsirkar bilinərək həbs edildi. Maraqlıdır ki, F.Məmmədov Təzəxan Mirələmlinin qardaşı, qrupa daxil olan Rahil və Şahin Gülüşovların isə onun xalası oğlanları olmasıdır. Göründüyü kimi, AXCP Cəlilabad rayon təşkilatının sədri T.Mirələmlinin atası, qardaşı, digər yaxın qohumları, çox böyük ehtimalla İrandan Azərbaycana gətirilən narkotik vasitələrin bir qisminin qəbul edilməsini və yayılmasını həyata keçirən cinayətkar dəstədir. Üstəlik, İran vətəndaşlarının da bu prosesdə yaxından iştirakı dəstənin transmilli xarakter daşımasından xəbər verir. Maraqlıdır ki, nə T.Mirələmli, nə də onun qohumları dəbdəbəli həyat tərzi sürməyiblər, kasıb insanlar kimi tanınıblar. Onda belə bir sual çıxır ki, bu qədər narkotik vasitənin satışından əldə edilmiş vəsait haradadır? Bu sualın cavabı da kifayət qədər aydındır. Bu vəsaitlər də AXCP-nin maliyyələşməsinə yönəldilib. Əks təqdirdə, Əli Kərimli AXCP-ni, “Azadlıq” qəzetini, cangüdənlərini, ailəsini saxlamaq, insanları pul-para hesabına mitinqlərə, qanunsuz aksiyalara çıxarmaq üçün ayrı haradan vəsait əldə edə bilərdi?!
Bu gün X.Bahadırın cinayətkar mütəşəkkil dəstə kimi ifadə etdiyi qruplar isə məhz bu faktların reallığını ortaya qoyur. O, bu məsələləri belə şərh edib: “Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb”.
Jurnalistin növbəti sualına cavabında isə o, Əli Kərimlinin də bu dəstəyə qoşulduğunu etiraf edib: “Əli Kərimli də o dəstəyə qoşulub. Əli Kərimli 2010-cu ilin yayında tələyə düşüb”.
Burada cüzi redaktəyə ehtiyac olan yeganə məsələ isə Əli Kərimlinin həmin dəstəyə qoşulmasıdır. Belə ki, Ə.Kərimli X.Bahadırın da etiraf etdiyi həmin cinayətkar dəstənin sadə üzvü deyil, birbaşa rəhbəridir. Bu kimi qeyri-qanuni yollarla əldə olunan vəsaitlər isə onun nəzarəti ilə yönləndirilir.

 
  • Oxunub:  26730  |  
  • Tarix:  14-05-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25