Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli növbəti məğlubiyyətin astanasında...

Əli Kərimli növbəti məğlubiyyətin astanasında...

01.03.2016 [09:36]

Pərviz Sadayoğlu

Razi Nurullayev lazım olan sənədləri hakimə təqdim edəcəklərini bildirib
Ötən ilin avqustunda AXCP-nin parçalanması ilə iki hissəyə - Razi Nurullayev və Əli Kərimli qanadına ayrılan partiyanın uğrunda tərəflər arasında başlanan mübarizə davam etməkdədir. Xatırladaq ki, ötən ilin sentyabrında muzdlu nümayəndələrin iştirakı ilə “qurultay” keçirərək özünü sədr elan etdirən Əli Kərimli sonradan AXCP üzvlərinin etimadını qazana bilmədi. Belə ki, partiya üzvləri Etimad Qurultayında onun AXCP sıralarından qovulması ilə bağlı qərar qəbul etdilər. 2015-ci ilin oktyabrında Razi Nurullayevin rəhbərliyi altında keçirilən AXCP-nin Etimad Qurultayının yekdil qərarına əsasən Ə.Kərimli artıq bu partiyanın təmsilçisi sayılmır.
Qeyd edək ki, qarşılıqlı olaraq keçirilən qurultayların qərarlarını legitim saymayan tərəflər ötən ilin sonunda problemlərini məhkəmə yolu ilə həll etmək niyyətində idilər. Amma problem birinci məhkəmə instansiyasında da həll edilməyib. Bu səbəbdən də AXCP Etimad Qurultayında sədr seçilmiş R.Nurullayev Apelyasiya Məhkəməsinə müraciət edib.
Fevralın 23-də keçirilməsi nəzərdə tutulan məhkəmənin hazırlıq iclası martın 30-na qədər təxirə salınıb. Maraqlıdır ki, məhkəmənin təxirə düşməsinə sevinən “tərəf” məhz Ə.Kərimlinin dəstəsi olub. Belə ki, Əli Kərimli AXCP ilə bağlı mübahisədə qalib gəlmək üçün uzun müddət vəkil axtarışında olub. İndiyə qədər onun hüquqlarını 3 vəkil müdafiə etsə də, belə görünür ki, yalanlarını doğrulamaq iqtidarında olmayan Ə.Kərimliyə 3 vəkil də azlıq edib. Razi Nurullayev isə mətbuata açıqlamasında ortaya faktlar çıxarmaq üçün ciddi əsaslarının mövcud olduğunu irəli sürüb: “Biz bu işə inanmışıq. Odur ki, qarşı tərəfin hüquqlarını kimlərin qoruması bizim üçün əhəmiyyətli deyil. İstəyir onların yüz vəkili olsun. Bu bizi əsla qayğılandırmır. Bu işə başlamışıq və sona qədər gedəcəyik. Növbəti məhkəmə prosesində də lazım olan sənədlər hakimə təqdim ediləcək. Bizim də hüquqlarımızı qoruyan vəkillərimiz var. Hesab edirəm ki, indilikdə məhkəmə prosesinin getməsinin partiyanın fəaliyyətinə hər hansı neqativ təsiri yoxdur. Məhkəmə öz işi ilə, biz də öz işimizlə məşğuluq. Bu yolu da sona qədər gedəcəyik”.
O həmçinin bildirib ki, müxalifətdə yeni nəslin qarşısını alan kötüklər mövcuddur: “Suyun qarşısını alan kötüklər kimi onlar bizə mane olurlar. Amma onları aşacağıq, yaxın vaxtlarda cəmiyyət bunun şahidi olacaq. Azərbaycan müxalifətinin inkişafının, yenilənməsinin qarşısını alan siyasətçilərdən biri Əli Kərimlidir. Mən onun müavini olanda partiyada necə bir avtoritar mühitin olmasına şahidlik etdim. Ona görə də AXCP-də dəyişiklik, yenilənmə etmək üçün mübarizəyə başladım. 25 ildir siyasətdə uğur qazana bilməyənlərin başqalarına moizə oxuması düzgün deyil. Bu, dünyanın başqa ölkələrində də belədir. Siyasətçiyə maksimum 10 il vaxt verilir ki, imkanlarından yararlansın, öz bacarığını nümayiş etdirsin. 10 ildə özünü göstərə bilməyən siyasətçi getməlidir. AXCP-də ləyaqətli insanlar, güclü kadrlar olub, amma onlara imkan verilməyib ki, qabağa getsinlər. Əli Kərimli daim onlara təzyiqlər edib, susdurub. Əks fikir bildirənləri orada sıxıblar, partiyadan çıxmağa məcbur ediblər”.
Göründüyü kimi, öz şəxsi iddialarının, eləcə də maraqlarının əsirinə çevrilən Ə.Kərimlinin partiyası daxilində illərdir ki, tətbiq etdiyi avtoritar idarəçilik artıq öz “bəhrə”sini verir. Ə.Kərimli xəyanətkarlıq üzərində qurduğu “siyasi kurs”una, xarici ermənipərəst dairələrlə apardığı işbirliklərinə etiraz edən partiya üzvlərini AXCP-dən qovmaqla belə kürsüsünü qoruya bilmədi. İllərdir ki, AXCP-də gəncləri, o cümlədən alternativ fikir söyləyən insanları repressiyaya məruz qoyan, sosial şəbəkələrdə hətta öz partiyadaşlarına qarşı şantaj, təhqir kampaniyası aparan Ə.Kərimlinin AXCP-dən uzaqlaşdırılması, ondan birmənalı şəkildə imtina olunması bir daha sübut etdi ki, xəyanətin nəticəsi ağır olur. Nəticədə, Ə.Kərimli artıq sosial şəbəkədə “fəaliyyət göstərən” lokal qruplaşmanın başçısına çevrilib.

Paylaş:
Baxılıb: 1155 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31