Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili çəkişmələrdən xilas ola bilməyən Müsavat Partiyası 3 yerə parçalanıb

Daxili çəkişmələrdən xilas ola bilməyən Müsavat Partiyası 3 yerə parçalanıb

24.02.2016 [10:03]

Pərviz Sadayoğlu

İsa Qəmbər və Arif Hacılı siyasətçi kimi çoxdan tükəndiklərini əməlləri ilə sübut edirlər
Radikal müxalifət partiyalarında baş verən daxili çəkişmələr bu təşkilatların daha da kiçilməsinə gətirib çıxarıb. İstər AXCP-də, istərsə də Müsavat Partiyasında baş verən parçalanmalar bu təşkilatlarda qarşılıqlı etimadın olmadığını, yalnız korporativ maraqların hökm sürdüyünü deməyə əsas verir. Təbii ki, belə bir şəraitdə də normal partiya fəaliyyətindən danışmaq mümkün deyil.
Qeyd olunduğu kimi, daxili parçalanmaların hökm sürdüyü radikal düşərgə təmsilçilərində vəziyyət acınacaqlı hal alıb. 2014-cü ilin sentyabr ayında keçirilən Müsavat Partiyasının qurultayının fəsadları hələ də davam etməkdədir. Belə ki, həmin dövrdə Arif Hacılının qurultayın gedişinə müdaxilə etməsi və prosesdə saxtakarlıqların edilməsi ilə bağlı etirazlar birinci mərhələdə “Müsavat”ın iki hissəyə bölünməsinə yol açmışdı. Qubad İbadoğlunun başçılıq etdiyi fraksiya partiyadan ayrılaraq “Demokratiya və Rifah Hərəkatı” yaratdıqlarını elan etdi. Partiya qurultayında baş verənlər isə məhkəmə predmetinə çevrildi. Belə ki, qurultayın nəticələrinin saxta olduğunu bəyan edən tərəf Arif Hacılını və onun komandasını məhkəməyə verdi.
Əslində, baş verənlər bu partiyada illərdir ki, hökm sürən ab-havanın nəticəsidir. Belə ki, hər zaman müsavatçılıq ideologiyasını özünə qalxan seçərək bu ideologiyanı istismar edən və manipulyasiya vasitəsinə çevirən tərəflərin qarşılıqlı ittihamları bir daha “Müsavat” adlanan siyasi təşkilatda monolit birliyin, qarşılıqlı etimadın olmadığını, orada təmsil olunan şəxslərin isə qrup maraqlarına xidmət göstərdiyini ortaya çıxardı. İllərdir ki, davam edən intriqalar, qruplararası çəkişmələr nəticə etibarı ilə məntiqi sonuna yetişdi. Beləliklə, İsa Qəmbərin və onun xələfi Arif Hacılının şəxsi maraqlarına xidmət göstərən Müsavat Partiyasında digər qrupların maraqları təmin edilmədi.
Uzun müddətdir ki, davam edən məhkəmə çəkişməsi Arif Hacılının rəhbərlik etdiyi qrupun xeyrinə sonlansa da, Arif Hacılı və İsa Qəmbərin bu partiyanı “özününküləşdirməsi” ilə razılaşmayan keçmiş “müsavat”çılar yuxarı məhkəmə instansiyalarına müraciət etməyi planlaşdırırlar. “Demokratiya və Rifah Hərəkatı”nın üzvü Ellada Məmmədli uduzmadıqlarını deyir. Qurultayda səsvermənin nəticələrinə dair protokolu partiyadan ala bilmədiklərini deyən E.Məmmədli məhkəmədə bu sənədi aldıqlarını söyləyib. Onun sözlərinə görə, həmin sənəd Arif Hacılının saxta yolla başqan seçildiyini təsdiqləyir.
Hətta qarşılıqlı hörmət hissini belə itirən keçmiş partiyadaşlar bir-birlərinə qarşı təhqirlər səsləndirməkdən də çəkinmirlər. Məsələn, keçmiş “müsavat”çı Əlövsət Sadıqlı İsa Qəmbərin və Arif Hacılının gələcəkdə lənətlə yad ediləcəklərini deyib.
Yeri gəlmişkən, Müsavat Partiyasında parçalanma, sadəcə, bu proseslə yekunlaşmayıb. 2014-cü ilin qurultayının nəticələrinə etiraz edən üçüncü tərəf - Tural Abbaslının tərəfdarları da artıq Müsavat Partiyasından imtina etdiklərini dilə gətiriblər. “Ağ blok”u yaradan T.Abbaslı partiyada fəaliyyət göstərən tərəfdarlarını ətrafına toplayır. Yaxın günlərdə “Müsavat”dan istefa verəcəklərini dilə gətirən T.Abbaslı xalqın klassik müxalifətə inanmadığını bildirib. Onun sözlərinə görə, bu gün “Müsavat”da fəaliyyət göstərən partiya üzvlərinin əksəriyyəti Arif Hacılını dəstəkləmirlər.
Göründüyü kimi, artıq öz qürub çağını yaşayan radikal müxalifət partiyalarının aqibəti ortadadır. Bu gün lokal çəkişmələr girdabından xilas ola bilməyən radikal düşərgə təmsilçiləri, eləcə də illərdir ki, öz kürsüsünü əldən vermək istəməyən İsa Qəmbər, Arif Hacılı kimiləri bir daha siyasətçi kimi çoxdan tükəndiklərini özləri etiraf edirlər. Partiyadaxili münasibətlərdə avtoritarizmə üstünlük verən, xarici maraqlı dairələrin ianələrini əldə etmək üçün partiya daxilində hegemoniyasını qorumağa çalışanlar nəticədə 3-5 nəfərlik kiçik bir qrupla və tərk edilmiş halda qalırlar. Və ən əsası bu gün həmin partiyalarda baş verənlər heç bir ictimai maraq kəsb etmir. Kiçik marginal qruplaşmaların nüfuz savaşı meydanına çevrilən radikal təşkilatlar birmənalı şəkildə Azərbaycan xalqı üçün heç bir əhəmiyyətə malik deyil. Necə deyərlər, bunların “çax-çax”ı yalnız öz başlarını ağrıtmağa xidmət göstərir...

Paylaş:
Baxılıb: 1171 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30