Ana səhifə »  Müəlliflər »  Prezident İlham Əliyevin aldığı qərarlar devalvasiyanı iqtisadi inkişaf üçün fürsətə çevirəcək
A+   Yenilə  A-
Prezident İlham Əliyevin aldığı qərarlar devalvasiyanı iqtisadi inkişaf üçün fürsətə çevirəcək
Yazdı: Hikmət BABAOĞLU

İmperializmin milli dövlətlərə qarşı yeni silahı: süni iqtisadi problemlər
Dünyada baş verən siyasi qarşıdurmaların və siyasi rəqabətin nəticəsi olaraq 2015-ci ildə dünyanın iqtisadi tarazlığında ən mühüm komponentlərdən biri kimi çıxış edən enerji daşıyıcılarının qiymətində çox ciddi, radikal dəyişikliklər baş verdi. Bu prosesi izah edərkən mütləq qeyd etmək lazımdır ki, dünya iqtisadiyyatı tarixində, bəlkə də, birinci dəfə idi ki, siyasi qərarlar iqtisadi sektorun fəaliyyətinə bu qədər ciddi təsir göstərirdi. Bu isə özlüyündə yeni iqtisadi şərtlər ortaya qoydu, iqtisadiyyatı neftlə əlaqəli olan ölkələrdə pul-maliyyə sektoruna da ciddi zərbə vurdu.
Devalvasiya maliyyə-iqtisadi yox, hərbi-siyasi proseslərin nəticəsi kimi
Bu, bir reallıqdır ki, Azərbaycan iqtisadiyyatında neft faktoru aparıcı komponentlərdən biridir. Ona görə də neftlə bağlı alınmış qeyri-iqtisadi qərarlar Azərbaycan iqtisadiyyatına, onun pul-maliyyə sektoruna da ciddi ziyan vurdu. Cəmi 9 ay ərzində neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi ölkəmizin iqtisadiyyatında mənfi izlər buraxdı. Ancaq öncədən proqnozlaşdırılmayan bu radikal hadisə başqa bir reallığı da ortaya qoydu ki, Azərbaycan iqtisadiyyatının vaxtında şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı yaranmış böhrandan Azərbaycanın minimum itki ilə çıxmasını təmin etdi. Ona görə də biz deyə bilərik ki, baş verən kataklizmlərdən sonra bir daha göründü ki, iqtisadiyyatımız kifayət qədər özünü tənzimləyən yarımmüstəqil iqtisadi institutlaşmaya malikdir və istənilən böhran prosesində özünü tənzimləyə bilir. Eyni məsələni, əlbəttə ki, biz bank-maliyyə sektoruna da aid edə bilərik. Çünki beynəlxalq iqtisadi böhran zamanı iqtisadiyyatı Azərbaycandan qat-qat böyük olan ölkələrdə milli valyutanın devalvasiyası bir neçə yüz faizlə ölçüləcək səviyyədə oldu. Azərbaycanda isə görülən işlər nəticəsində bu itkidən minimum zərərlə yayınmaq mümkün oldu. Baş verən hadisəni Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox geniş, obyektiv və analitik şəkildə təhlil edərək belə qiymətləndirdi ki, 2015-ci il dünyada iqtisadi böhran daha da dərinləşdi: “Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhranlar müşahidə olunur”.
Bu, əslində, regiondakı proseslərin və iqtisadiyyatda baş verən kataklizmlərin ümumi qiymətləndirilməsi idi. Yanaşma, əlbəttə ki, doğru idi. Çünki iqtisadi böhran təkcə siyasi qərarların nəticəsi deyil, eyni zamanda, regionda mövcud olan hərbi-siyasi vəziyyətlə əlaqədardır. 
Azərbaycan iqtisadiyyatını nə qədər müstəqil iqtisadiyyat kimi xarakterizə etməyə çalışsaq da, hazırkı mərhələdə qlobal iqtisadi münasibətlər bir-birinə qarşılıqlı şəkildə elə inteqrasiya edib ki, biri digərindən az və ya çox dərəcədə asılıdır. Ona görə də burada ən az itki ilə yayınmaq mümkün olsa da, tamamilə təsirsiz çıxmaq mümkün deyildi. Çünki hadisələr mahiyyət etibarilə Şərq-Qərb qarşıdurması kontekstində cərəyan edir və ölkəmizin hər iki cəhətlə sıx iqtisadi, siyasi və mədəni-mənəvi əlaqələri mövcuddur. Prezident İlham Əliyev qeyd etdi ki, “Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin”.
Əslində, bu fikirlərlə cənab Prezident beynəlxalq münasibətlər sistemində bu gün qarşıdurma faktoru kimi mövcud olan sivilizasiyaların dözümsüzlüyü məsələsinə toxundu. O qeyd etdi ki, biz regionda, dünyada, bir növ, sivilizasiyalar arasında körpü rolunu oynayan ölkə kimi məsuliyyətimizi başa düşürük. Eyni zamanda, müxtəlif təşəbbüslərlə çıxış edirik, bizim müsəlman dünyası ilə, Qərblə çox yaxın əlaqələrimiz var. Bu əlaqələr özü-özlüyündə Azərbaycanın əlahiddə götürülmüş siyasi coğrafiya kimi tam müstəqil mövcudluğunu imkansız edir. Və hazırkı qlobal dünya sistemi içərisində tam müstəqil olmaq mümkün deyil.
Hərbi-siyasi və iqtisadi ekspansiyanın son hücum taktikasına qarşı effektiv müdafiənin Azərbaycan nümunəsi:
Söhbət ondan gedir ki, baş verən proseslər dünyada mövcud olan siyasi, iqtisadi və hərbi-siyasi münasibətlərin nəticəsi olaraq meydana çıxmışdır. Cənab Prezident qeyd edib ki, 2015-ci ildə geosiyasi və geoiqtisadi mənzərə çox narahatedici və ağırdır: “Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqla hesablaşmalıyıq. Əlbəttə ki, bu reallığı nəzərə alaraq öz siyasətimizi bu il və bundan sonrakı illərdə davam etdirəcəyik”.
Göründüyü kimi, ölkə başçısının yanaşması tamamilə realistdir. Əlbəttə ki, bu reallığı nəzərə almadan istər iqtisadi, istər siyasi, istərsə də sosial sektorda hər hansı siyasət yürütmək mümkün olmazdı. Məhz buna görə də baş verən devalvasiyanı haqlı olaraq Prezidentimiz Azərbaycanın təbii iqtisadi münasibətlərinin nəticəsi kimi deyil, dünyada baş verən qlobal, hərbi-siyasi qarşıdurmaların nəticəsi kimi xarakterizə etdi. 
Cənab Prezident qeyd etdi ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir: “Bu, çox müsbət haldır. Əlbəttə ki, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Bu da mümkün deyildi. Çünki qeyd etdiyim kimi, neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür. Manatın məzənnəsi devalvasiyaya uğramışdır. Bu da qaçılmaz idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi imkan vermədi ki, manatın məzənnəsi əvvəlki səviyyədə qalsın”.
Əslində, bu, cənab Prezidentin baş verən hadisələrə həm qiyməti, həm də ölkədə qeyri-iqtisadi faktorlardan yaranmış iqtisadi, pul-maliyyə böhranının, manatın devalvasiyasının real mənzərəsinin təsviri idi. Bundan sonra cənab Prezident dərhal devalvasiyanın zərərlərinin aradan qaldırılması üçün siyasi komandasına çox ciddi tapşırıqlar verdi. Ən əsası isə, problemin həll olunması ilə bağlı düzgün, real istiqamətləri müəyyənləşdirə bildi. Bu istiqamətlər arasında ən əsasları ilk növbədə, manatın devalvasiyasının törətdiyi zərərlərin aradan qaldırılması, xüsusilə sosial sahəyə dəyən zərbələrin qarşısının alınması üçün dövlətin sosial siyasətinin sipər edilməsi və əlavə ehtiyatlar hesabına əhalinin aztəminatlı təbəqəsinin devalvasiyanın zərərlərindən qorunmasını təmin etmək idi. Beləliklə, Prezident İlham Əliyev qısa müddətdə effektiv qərarların qəbul olunması ilə bağlı ciddi addımlar atdı. 
Əlbəttə, bu cür şəraitdə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra iqtisadi və maliyyə spekulyantları meydana çıxdı. Doğrudan da, birinci vəzifə məhz yaranmış vəziyyətdən öz şəxsi maraqları üçün istifadə edən fiziki və hüquqi şəxslərin qarşısının alınması idi. Bunun üçün dövlətin qəti siyasi iradəsi lazım idi ki, cənab Prezident də bunu etdi. O qeyd etdi ki, bu cür hallara qarşı cəza tədbirləri görülməlidir. Bu cəza tədbirləri təkcə inzibati yollarla, ictimai nəzarət vasitəsilə deyil, həm də hüquq-mühafizə orqanlarının lazımi tədbirləri ilə müşahidə edilməlidir. Prezident İlham Əliyev ictimaiyyəti bu qərarları dəstəkləməyə çağırdı və buna nail oldu. 
Prezident İlham Əliyev, ilk növbədə, bu prosesdə çox mühüm bir məsələni aktuallaşdıraraq qeyd etdi ki, biz ölkədə vergi bazasını genişləndirməliyik. Vergi bazasının genişləndirilməsi isə əlavə vergi ödəyiciləri yaratmaqla, heç şübhəsiz ki, dövlət büdcəsinə əlavə gəlirləri təmin edəcək: “Biz qeyri-formal iqtisadi fəaliyyəti leqal müstəviyə gətirməliyik və bu istiqamətdə çox ciddi addımlar atılmalıdır”.
Cənab Prezident burada çox strateji məsələni önə çəkdi. O qeyd etdi ki, vergi bazasını genişləndirmək üçün, buna nail olmaq üçün kifayət qədər ehtiyatlar var. Doğrudan da, Azərbaycanda bir sıra hallarda iqtisadi münasibətlər formal xarakter daşıyır. Yəni iqtisadi münasibətlər daha çox dövlət büdcəsi üzərində qurulmaqla bu və ya digər şirkətin, ayrı-ayrı hüquqi şəxslərin iqtisadi fəaliyyətinin əsasını təşkil edir. Yalnız büdcədən ayrılan vəsait hesabına müxtəlif layihələrin həyata keçirilməsi, bir növ, formal səciyyə daşıyır. Ancaq qeyri-formal iqtisadi fəaliyyət dövlət büdcəsindən kənarda formalaşan kapital və iqtisadi münasibətlər sistemidir. Bunun üçün isə dövlətin dəstəyi ilə bərabər yerli iqtisadi və biznes strukturlarının da fəaliyyəti lazımdır.
Düzgün təhlil və düzgün qərar vəziyyəti normallaşdırmağa xidmət edir
Bu proseslərə paralel olaraq cənab Prezident nəzərə çatdırdı ki, heç bir sosial layihə diqqətdən kənarda qalmayacaq, hökumətə xüsusi tapşırıqlar verilib ki, əhali manatın devalvasiyasını hiss etməsin, bunun üçün tədbirlər görülsün və qiymətlərlə manipulyasiya edənlər cəzalandırılsın. Bu məsələdə Prezidentin siyasi komandası effektiv və təsirli tədbirlər həyata keçirməyə başladı. Doğrudan da, qısa müddətdə yaranmış vəziyyətdən öz xeyirləri üçün istifadə edən şəxslər cəzalandırıldılar və iqtisadiyyatın real sektorunun, xüsusən əhalinin birbaşa istehlak səbətinə daxil olan malların qiymətinin tənzimlənməsi ilə bağlı çox ciddi addımlar atıldı. Olduqca doğru bir qərar qəbul edilərək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən azad olunaraq bazarda təbii stabillik yaradıldı. Bu, əslində, istehlak səbətini formalaşdıran əsas qida bazarına iqtisadi yollarla effektiv bir müdaxilə idi. Bundan başqa, ölkədə manat ajiotajı yaratmağa çalışan ayrı-ayrı maliyyə spekulyantlarının da qarşısı həm iqtisadi, həm inzibati qaydada alınmağa başladı. Azərbaycan Mərkəzi Bankı digər banklara lazımi miqdarda dollar satmağı qərara aldı, eyni zamanda, Dövlət Neft Fondu da bazara gündəlik tələbata uyğun olaraq valyuta satışının çıxarılması ilə bağlı qərar qəbul etdi. Bu mərhələdə pul-maliyyə sektorunda baş verən hadisələrə paralel olaraq ölkənin ictimai-siyasi həyatında da müəyyən proseslər baş verirdi. İlk növbədə, Azərbaycan cəmiyyəti kifayət qədər intellektual olduğu üçün baş verən hadisəni soyuqqanlılıqla qəbul etməyi bacardı. Amma bir daha aydın oldu ki, bu prosesdə hər bir vətəndaş Prezidenti öz yanında hiss etdi və Azərbaycan Prezidentinin “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” tezisinin reallıqda da belə olduğunu yəqin etdi. Əhalinin prosesi anlayışla qarşılamasında və düzgün təhlil etməsində Prezidentin fəaliyyəti birinci dərəcəli amil oldu. Yəni dərhal - təxirəsalınmaz olaraq həyata keçirilən tədbirlər, qiymət artımına etiraz edən vətəndaşların anlayışla qarşılanması və yaranmış vəziyyətdən xalqla birgə çıxış yollarının axtarılması bir daha Prezidentlə xalq arasında vəhdətin nümunəsi kimi ortaya çıxdı.
Dünyadakı enerji ehtiyatlarını az qala pulsuz mənimsəyən inhisarçı Qərbin gözü indi də postsovet məkanında: MDB yeni Yaxın Şərq olmayacaq 
Təəssüf ki, yaranmış vəziyyətin fonunda ölkəmizi qarşıdurma, silahlı toqquşma poliqonuna çevirmək istəyən qüvvələr də ortaya çıxdı. Şübhəsiz, dünyadakı enerji ehtiyatlarını az qala pulsuz mənimsəyən inhisarçı Qərbin gözü indi də postsovet məkanındadır. Onu da qeyd etmək lazımdır ki, məhz iqtisadi böhranı şərtləndirən və neftin qiymətini real iqtisadi məcrasından çıxararaq siyasi qərarlarla bu qədər aşağı salan hegemon siyasi iradənin məqsədlərindən biri də sırf bu və ya digər ölkələrdə, o cümlədən Azərbaycanda vətəndaş-hakimiyyət qarşıdurması yaratmaq idi. Məlumdur ki, zaman-zaman bu və ya digər vasitələrlə ayrı-ayrı ölkələrdə iqtisadi böhran yaratmaqla siyasi tənəzzülün meydana çıxmasına nail olublar. Nəticə etibarilə, öz milli hakimiyyətindən məhrum olan xalq tezliklə elə milli dövlətini də əlində saxlaya bilməyib. Bu zaman isə imperialist mərkəzlərin - hegemon güclərin istismar siyasətinin həyata keçirilməsi üçün münbit şərait yaranıb, yəni ölkənin neft resursları, milli sərvətləri asanlıqla mənimsənilib. 
Amma qətiyyətlə demək olar ki, hegemon güclərin istismarçı siyasətinin növbəti hədəfi olan MDB yeni Yaxın Şərq olmayacaq.
Son məqsəd Dağlıq Qarabağ və işğal altında olan torpaqlarımız məsələsini birdəfəlik unutdurmaqdır
Biz bu mərhələdə belə bir məqamın şahidi olduq ki, uzun müddətdir Azərbaycanda sabitliyin pozulmasında, milli iqtisadiyyatın dağılmasında maraqlı olan qüvvələr indiyə qədər ən müxtəlif metod və vasitələrdən istifadə etməklə xalq-iqtidar birliyini parçalamağa çalışıblar, nəticədə Azərbaycanı Ermənistan qarşısında zəif düşürməklə başlıca problemini - Dağlıq Qarabağ məsələsini birdəfəlik unutdurmağa çalışıblar. Bunun üçün ölkəmizin daxilində formalaşdırılmış ən müxtəlif rıçaqlardan Azərbaycan hakimiyyətinə və milli iradəsinə qarşı istifadə edilib. Bu mərhələdə bəhs olunan prosesin mütləq neytrallaşdırılması lazım idi ki, Azərbaycan Prezidentinin xalqın yanında olmağı və buna paralel olaraq atdığı adekvat addımlar olduqca effektiv oldu. 
Maliyyə fırıldaqçılarına və iqtisadi sabotajçılara qarşı ağır zərbə
Bunların fonunda bir məqam bəlli oldu ki, ayrı-ayrı rayonlarda müxtəlif qruplaşmalar yaradaraq onu dövlətin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya təhrik edən gizli qruplaşmalar mövcuddur. Bunlar siyasi və iqtisadi sabotajçılar idilər. Lakin ölkənin hüquq-mühafizə orqanları kifayət qədər soyuqqanlı hərəkət edərək onları aşkar edə və cəzalandıra bildi. Buna paralel olaraq siyasi provokatorlara və iqtisadi sabotajçılara qarşı ciddi tədbirlər görüldü. Daha dəqiq desək, süni qiymət artımına yol verən, pul-maliyyə ajiotajı yaratmaq istəyən, radikal siyasi təşkilatlanmalar formalaşdıraraq dövlətin maraqlarına zərbə vurmağa çalışan ayrı-ayrı şəxslər və ya “beşinci kolon” üzvlərinə qarşı müvafiq tədbirlər görüldü. 
Xalq-hakimiyyət birliyi, yaxud milli birlik sabitliyin qorunmasını təmin etdi və ölkəmizin terror poliqonuna çevrilməsinin qarşısında sipərdir
Artıq manatın devalvasiyasının, pul-maliyyə kataklizmlərinin yaratdığı mənzərənin ilkin və emosional mərhələsi geridə qaldı. Azərbaycan bu imtahandan da müvəffəqiyyətlə çıxmağı bacardı. Bu nailiyyətin birinci səbəbi Azərbaycan Prezidentinin siyasi iradəsi və aldığı effektiv qərarlardır. İkincisi, uzun müddətdir həyata keçirilən səmərəli iqtisadi siyasət sayəsində milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı vaxtında effektiv tədbirlərin görülməsi bu prosesdə mühüm rol oynadı. Üçüncüsü, idarəetmədə müxtəlif səmərəli tədbirlərin görülməsi, o cümlədən bir sıra lisenziyaların ləğv olunması, əlverişli biznes mühitinin yaradılması ilə bağlı addımların atılması xüsusi əhəmiyyət daşıyır. Dördüncüsü, siyasi komandanın vahid mövqedən çıxış edərək verilən tapşırıqları vaxtında və səmərəli yerinə yetirməsi, beşincisi isə, hüquq-mühafizə orqanlarının effektiv fəaliyyəti, nəhayət, Prezidentin fəaliyyətinin xalq tərəfindən dəstəklənməsi, xalqla Prezidentin birliyi Azərbaycanı baş verə biləcək daha mürəkkəb kataklizmlərdən xilas etdi. 
Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər devalvasiyanı iqtisadi inkişaf üçün fürsətə çevirəcək
Əlbəttə ki, proses davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələylə bağlı qeyd etdi ki, “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.
Məsələ ondadır ki, Prezident İlham Əliyev görüləcək işlərlə bağlı xüsusi tədbirlər planının həyata keçiriləcəyini də qeyd etdi. Buraya əmək haqları və pensiyaların artırılması, ölkədə daha effektiv vergi siyasətinin həyata keçirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi, gömrük xidmətlərinin sadələşdirilməsi, qeyri-neft sektorunun inkişafı, sosial layihələrin icrasının davam etdirilməsi, ixrac qabiliyyətinin artırılması və regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi daxildir. Dövlət başçısının qeyd etdiyi ən vacib məsələlərdən biri regionlarda sənaye zonalarının yaradılmasıdır. Prezident İlham Əliyev qeyd etdi ki, “Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə, işdən kənarlaşdırılacaq”. 
Regionların sosial-iqtisadi inkişafının davam etdirilməsi, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi də xüsusi diqqət mərkəzindədir. Dövlətimizin başçısı bunlara paralel olaraq onu da diqqətə çatdırıb ki, regionların inkişafı 2015-ci ildə sürətlə getmişdir: “Mən dəfələrlə bölgələrdə olmuşam. Vəziyyətlə tanış olurdum, görürdüm ki, hər bir yerdə inkişaf, tərəqqi var, yeni sənaye müəssisələri açılır. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir”.
Reallıqdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir və bunun nəticəsi kimi, regionların sosial-iqtisadi inkişafı uğurla davam edib.
Prezident İlham Əliyev xalqın, xalq isə Prezidentin yanında oldu
Beləliklə, yaranmış şərait Azərbaycan iqtisadiyyatının rəqabət və müqavimətqabiliyyətli olduğunu sübuta yetirdi, bir daha aşkar oldu ki, milli resursları səfərbər etməklə yeni iqtisadi münasibətlərin daha effektiv və keyfiyyətli şəkildə təşkil olunması üçün şərait var. O da bəlli oldu ki, Azərbaycan vətəndaşları öz Prezidentinin yanındadır və dövlət başçısının qəbul etdiyi qərarları dəstəkləyir.
Qeyri-iqtisadi tendensiyalar iqtisadiyyat üzərində uzun müddət hakim ola bilməz, tezliklə iqtisadi proseslər öz təbii məcrasına dönəcək
Doğrudan da, ənənəvi olaraq tarix boyu siyasət iqtisadi maraqların arxasınca gedib. Elə bu gün də belədir. Ancaq kiçik bir fərqlə. Hazırki mərhələdə Qərb imperializmi özünü o qədər güclü hiss edir ki, onun təbii iqtisadi şərtləri formalaşdıraraq öz kapitalı üçün istismar mühiti yaratmağa hövsələsi çatmır. Siyasi-hərbi qərarlar qəbul edərək faktiki olaraq xalqların, ölkələrin milli sərvətlərini talan edir. Ancaq bu tendensiya uzunmüddətli ola bilməz. Çünki inkişafın və rəqabətin məntiqinə ziddir. Ona görə də yaxın və orta perspektivdə yeni real iqtisadi-siyasi münasibətlərin formalaşması bir zərurət kimi ortaya çıxacaq.
Hikmət BABAOĞLU

 
  • Oxunub:  41550  |  
  • Tarix:  16-01-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA