Ana səhifə »  Müəlliflər »  Fuad Qəhrəmanlının həbsindən şou düzəltmək cəhdləri fiaskoya məhkumdur
A+   Yenilə  A-
Fuad Qəhrəmanlının həbsindən şou düzəltmək cəhdləri fiaskoya məhkumdur
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycanda hamı qanun qarşısında bərabərdir və qanunları pozan hər bir kəs törətdiyi cinayətin məsuliyyətini daşımalıdır
Azərbaycanda siyasi sabitliyi pozmaq üçün fürsət güdən, xarici havadarlarından aldıqları sifarişlər əsasında hərəkət edən radikal müxalifət düşərgəsi hər zaman ölkəmizə və təhlükəsizliyimizə təhdid yaradacaq qüvvələrlə işbirliyindədir. Ümumiyyətlə, radikal müxalifətin bir sıra nümayəndələri Azərbaycanda xaos, qarşıdurma yaratmaq üçün hətta düşmənlərimizlə belə müttəfiq olmaqda problem görmürlər.
Məsələn, bir müddət öncə Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında terror təşkilatı yaratmış Taleh Bağırov Əli Kərimli və onun yandaşları tərəfindən açıq şəkildə dəstəkləndi. Hətta hüquq-mühafizə orqanlarına qarşı silah işlətmiş terrorçulara haqq qazandırmaq üçün min bir vasitəyə əl atan radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə dövlətçiliyimizə təhdid yaradacaq fikirlər belə səsləndirməkdən çəkinmədilər.
Yeri gəlmişkən bildirək ki, məsələ ilə bağlı Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Respublikanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, 2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunub. Lakin o, rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin gün ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilib və şahid qismində dindirilib: “Aparılmış istintaqla F.Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırmasına, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçilik salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd göstərdiyinə dair əsaslı şübhələr mövcuddur”.
Məlumatda vurğulanır ki, F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib: “F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
Fuad Qəhrəmanlının məsuliyyətə cəlb olunmasının ardından Ə.Kərimli və məhdud dəstəsinin yaratmağa çalışdığı siyasi şoular isə radikal düşərgənin əsl simasını bir daha üzə çıxarır. Hər zaman olduğu kimi, qanunu pozaraq məsuliyyətdən boyun qaçıra biləcəyini düşünən radikallar əks halda qanun qarşısında cavab verəndə bunu da fərqli müstəviyə çəkməyə çalışırlar. Onlar əmrində xidmət göstərdikləri xarici ağalarının köməyi ilə ölkəmizin imicinə xələl yetirmək üçün bütün vasitələrdən istifadə edirlər. Amma unudurlar ki, ölkəmizdə qanun qarşısında hər kəs bərabərdir və Fuad Qəhrəmanlı kimiləri “radikal müxalifət təmsilçisi” olmaları və ya hansısa mərkəzlərin əlaltısı funksiyasını yerinə yetirmələri ilə məsuliyyətdən boyun qaçıra bilməzlər.
Göründüyü kimi, Ə.Kərimli və ətrafı tolerant cəmiyyət olaraq yüksək nümunə sərgiləyən ölkəmizdə milli, dini ayrı-seçkilik salmaq üçün yenidən cəhdlər edirlər. Amma bu cəhdlər də fiaskoya məhkumdur. Sosial şəbəkələrdə dövlət əleyhinə açıq çağırışlar edən F.Qəhrəmanlı etdiyi əməllərlə bir daha hansı məqsədlərə xidmət göstərdiyini açıq şəkildə ortaya qoyub. Bir daha vurğulamaq yerinə düşər ki, hər zaman Azərbaycan dövlətçiliyinə qarşı düşmən münasibət bəsləyən bu cür radikal ünsürlər qanun qarşısında cavab verir, məsuliyyət daşıyırlar. Hüquqi dövlət olan Azərbaycan dövləti bu cür açıq qarşıdurmaların yaranması üçün cəhdlər göstərənlərin qarşısını qətiyyətlə alır. Bu fakt növbəti dəfə sübuta yetdi.

 
  • Oxunub:  23070  |  
  • Tarix:  16-12-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA