Ana səhifə »  Müəlliflər »  Leyla Yunusun həbs cəzasının şərti cəza ilə əvəzlənməsi Azərbaycan dövlətinin, məhkəmə-hüquq sisteminin humanist dəyərlərə verdiyi önəmin göstəricisidir
A+   Yenilə  A-
Leyla Yunusun həbs cəzasının şərti cəza ilə əvəzlənməsi Azərbaycan dövlətinin, məhkəmə-hüquq sisteminin humanist dəyərlərə verdiyi önəmin göstəricisidir
Yazdı: Pərviz Sadayoğlu

Onun törətdiyi əməllərlə bağlı məsuliyyətə cəlb edildiyi zaman heç kimin rəyinin əsas götürülmədiyi kimi, bu qərarın qəbulunda da kiminsə rəyi nəzərə alınmayıb
Xəbər verildiyi kimi, Bakı Apelyasiya Məhkəməsində “Sülh və Demokratiya İnstitutu” adlandırılan qurumun həbsdə olan rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclasında L.Yunusun şərti azadlığa buraxılması barədə qərar qəbul edilib. Məhkəmə qərarına əsasən, L.Yunusla bağlı ittihamdan Cinayət Məcəlləsinin 320.1 (sənədlərin saxtalaşdırılması) maddəsi çıxarılıb. Qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılıb, təyin olunmuş cəza şərti hesab olunub. Leyla Yunusa və Arif Yunusa 5 il sınaq müddətinə şərti cəza təyin olunub. Beləliklə, L.Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin verdiyi bu qərar Azərbaycanın məhkəmə-hüquq sisteminin hər zaman humanist dəyərləri əsas götürdüyünün növbəti sübutudur. Ümumiyyətlə, vurğulamaq lazımdır ki, hüquq sistemində humanizm Azərbaycanın dövlət siyasətinin əsaslarından biridir. Cəza tədbirləri məsuliyyət daşıyan şəxsi ömürlük təcrid etmək və ya sosial həyatdan uzaqlaşdırmaq funksiyasını daşımır. Əksinə, hüquq bir tərbiyələndirmə vasitəsidir. Azərbaycan dövləti, məhkəmə-hüquq sistemimiz də bu humanist dəyərlərə sadiqliyini bir daha nümayiş etdirmş oldu.
Qeyd edək ki, verilən qərarın ardından beynəlxalq ictimaiyyət, insan hüquq və azadlıqları təşkilatları məsələyə xoş münasibətlərini ifadə ediblər. Məsələn, ABŞ-ın ATƏT-dəki nümayəndəsi, ABŞ-da həmçinin Helsinki Komissiyası kimi tanınan qrupun rəhbəri, konqresmen Chris Smith, AŞPA prezidenti Ann Brassör, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link, eləcə də AŞ-nin baş katibi Thorbyorn Yaqland və digərləri Leyla Yunusun şərti cəza ilə azadlığa buraxılmasını müsbət dəyərləndiriblər.
Bu qərara beynəlxalq mətbuatda da geniş yer verilib. Bir sıra beynəlxalq qəzet və internet media təmsilçiləri Leyla Yunus barəsində verilən qərarı təqdirəlayiq hal kimi xarakterizə ediblər.
Qeyd etmək lazımdır ki, özünü insan hüquq və azadlıqlarının qoruyucusu qismində təqdim edən bir sıra təşkilatların məhz L.Yunusla bağlı məsələdə bu cür canfəşanlıq etməsi özü bir sıra məqamları üzə çıxarır. Leyla Yunusla bağlı məsələdə bu cür “həssaslıq” nümayiş etdirən həmin beynəlxalq “hüquq qoruyucuları” illərdir ki, Ermənistan tərəfindən haqqı tapdanan, ev-eşiyindən didərgin salınan insanlar haqqında danışmağa cəhd belə etmirlər. Bunun qarşılığında isə Bakı Apelyasiya Məhkəməsinin qərarına belə canfəşanlıqla münasibət bildirilməsi təbii ki, Azərbaycanın məhkəmə-hüquq sisteminin humanist addımının alqışlanması ilə yanaşı, dolayısı ilə Leyla Yunusun sadalanan bir sıra cinayət maddələri üzrə haqlı olaraq həbs edildiyini sübuta yetirmiş olur. Həmin beynəlxalq təşkilatlar bu addımları ilə özlərini bir daha ifşa etmiş oldular. Bu, bir daha təsdiqləyir ki, L.Yunus vətəndaşı olduğu dövlətin qarşısında götürdüyü öhdəliklərə deyil, həmin təşkilatlar qarşısında öhdəliklərə “xidmət” göstərib. Belə çıxır ki, L.Yunus həqiqətən də ayrı-ayrı mərkəzlərin, insan hüquqları təşkilatlarının bu və ya digər şəkildə sifarişlərini yerinə yetirməklə məşğul olub. Məhz həmin maraqlar Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edib. Bunlarla yanaşı, L.Yunusun həm də öz şəxsi maraqlarını qoruması ona cinayət məsuliyyəti yaradıb. Nəticə etibarı ilə o, məhkəmə tərəfindən cəzalandırılıb.
Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Bakı Apelyasiya Məhkəməsinin Yunuslar haqqında qəbul etdiyi sonuncu qərar heç də verilən cəzanın tam ləğvini özündə ehtiva etmir, şərti cəzanı qüvvədə saxlayır. Həbs-qətimkan tədbirinin şərti cəza ilə əvəzlənməsinin kökündə isə məhz Azərbaycanın məhkəmə-hüquq sisteminin, eləcə də dövlətimizin bütün vətəndaşlarına humanist münasibəti, Azərbaycanın hüquq sisteminin bu dəyərlərə söykənməsi faktoru dayanır. Məhz L.Yunusun səhhətində yaranan problemlə bağlı məhkəmənin verdiyi bu qərar Azərbaycanın məhkəmə-hüquq sisteminin öz iradəsinin nümayişidir. Necə ki, L.Yunus törətdiyi əməllərlə bağlı məsuliyyətə cəlb edilən zaman heç kimin rəyi əsas götürülmədi, eləcə də həbs-qətimkan tədbirinin şərti cəzayla əvəzləndiyi zaman tələm-tələsik “xoş münasibət göstərən” beynəlxalq aləmin rəyi əsas tutulmadı. Bu, eyni zamanda, Avropanın hüquq məkanına bir mesajdır ki, Azərbaycanda işlək hüquqi mexanizmlər mövcuddur. Çünki müasir demokratik dövlətin əsas göstəricilərindən biri də məhz işlək hüquqi mexanizmin varlığıdır. Bu proseslərdə Azərbaycan dövlətinin gücü, qüdrəti, işlək, funksional hüquq sisteminin olması faktı bir daha təsdiqlənmiş oldu. Vaxtilə L.Yunusun həbsinin qarşısını almaq üçün canfəşanlıq edənlər dövlətimizin, azad məhkəmə sistemimizin iradəsi ilə bir daha tanış oldular.

 
  • Oxunub:  22530  |  
  • Tarix:  12-12-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA