Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura” rəhbərləri terrorçuları dəstəklədiklərini bəyan etdilər
A+   Yenilə  A-
Qondarma “Milli şura” rəhbərləri terrorçuları dəstəklədiklərini bəyan etdilər
Yazdı: Pərviz Sadayoğlu

Nardaran qəsəbəsində baş verənləri fərqli müstəvilərə daşımağa cəhd göstərən Cəmil Həsənov və Əli Kərimli terrorçularla işbirliyindədirlər
Hər zaman Azərbaycan xalqının, dövlətinin maraqlarına əks mövqe tutan, dağıdıcılığı və bölücülüyü dəstəkləyən radikal müxalifət yenə də öz ampluasındadır. Belə ki, bir neçə gün öncə Bakının Nardaran qəsbəsində baş verən hadisələrə münasibətdə radikal düşərgə təmsilçiləri hakimiyyət uğrunda mübarizədə hətta terrorçuları belə dəstəkləyə biləcəklərini ortaya qoydular. Xarici anti-azərbaycançı dairələrin, ən əsası isə erməni lobbisinin əlaltısına çevrilmiş, xaricdən verilən siyasi sifarişləri yerinə yetirən xidmətçi funksiyasını icra edən qondarma “Milli şura” bir daha göstərdi ki, istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürməyə, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa hazırdır. Bir sözlə, bu hadisə növbəti dəfə onu nümayiş etdirdi ki, sözügedən qondarma dəstə ölkəmizin nüfuzuna zərbə vurmaq üçün nəinki ermənilərlə işbirliyinə, eləcə də terrorçuları dəstəkləməyə müntəzirdir.
Bəli, təsadüfi deyil ki, bu satqınlar şurası və onun başında duran antimilli ünsürlər, onların nəzarətində olan media vasitələri “Müsəlman Birliyi Hərəkatı” adlanan terrorçu təşkilatı müdafiə edir, hətta bu “təşkilat”ın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışırlar. Əslində, qondarma şuranın, həmçinin onun müttəfiqi Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti heç də terrorçu dəstəninkindən fərqlənmir. Eyni ekstremist, terrorçu ideologiyanın daşıyıcısı olan bu qondarma qurumun fəaliyyətinin mahiyyətində də məhz dövlətin təhlükəsizliyinə, sabitliyə, inkişafa təhdid faktoru dayanır. Daha doğrusu, illərdir ki, Azərbaycan dövlətinə düşmən kəsilən, fərqli xarici maraqların danışan dilinə, siyasi alətinə çevrilən, eləcə də ölkədə qarşıdurma yaratmaq cəhdləri göstərən qondarma şura və onun müttəfiqi Əli Kərimlinin siyasi kimliyinin üzərinə məhz bu cür faktlarla işıq düşür.
Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən qondarma “Milli şura” bundan öz antimilli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edir və yararlanmağa çalışır. Yəni hər zaman öz şəxsi mənafeyini güdən, siyasi dividend qazanmağa niyyətlənən qondarma şura və onun tərəfdaşları bu yalanları ilə həm terrorçuları qorumağa çalışır, həm də baş verənləri fərqli müstəviyə daşımağa cəhd göstərir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Nardaranda baş verənlərlə bağlı rəsmi açıqlamada da terrorçu dəstənin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirildiyi vurğulanmışdı. Cəmil Həsənovun, Əli Kərimlinin terrorçulara qarşı sevgisi isə bu faktı belə gözardı edib.
Göründüyü kimi, radikal müxalifət düşərgəsinin əsas “siyasətbazlar”ından sayılan Əli Kərimli, Cəmil Həsənov bir daha fərqli məkanlarda, fərqli coğrafiyalarda baş verən mənfi tendensiyaları, siyasi və vətəndaş qarşıdurmasını, çevrilişləri, terroru və digər dağıdıcı amilləri Azərbaycana transfer etmək arzusunda olduqlarını göstərirlər. Yəni xarici ölkələrdə fərqli maraqların əli ilə baş verən çevrilişlərdən ruhlanaraq gündə bir rəngə, bir dona düşən Cəmil Həsənovun və Əli Kərimlinin, eləcə də qondarma şuranın digər üzvlərinin məqsədi Azərbaycanda xaos yaratmaqdır. Bu dəfə isə onların istinad nöqtəsi rolunda terrorçular dayanır. Bu cür mövqe isə radikalların Azərbaycanda olan dünyəvi, demokratik, azad dövlətçiliyə qarşı marıqda yatan islamofob, anti-azərbaycançı qüvvələrlə işbirliyi qurmaqdan belə çəkinmədiklərini ortaya qoymuş olur. Bununla da qondarma şura Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verir və terrorçularla həmrəy olduğunu açıq şəkildə göstərir.
Digər tərəfdən, qondarma şuranın terrorçulara isti münasibəti daha bir faktı ortaya çıxarır. Qeyd etdiyimiz kimi, bu şəxslər hər zaman ölkədə qarşıdurma yaratmaq üçün bütün vasitələrə əl atıblar. Bunun yeganə səbəbi isə həmin şəxslərin “bulanıq suda balıq tutmaq istəyi”dir. Yəni Azərbaycanda qeyri-stabillik arzusunda olanlar hər hansı bir qarşıdurmadan istifadə edərək öz istəklərini məramlarını həyata keçirmək, satqınlıq, xəyanət qarşılığında maddiyyat qazanmaq arzusundadırlar. Digər tərəfdən, terror dəstəkçisi, Əli Kərimli və Cəmil Həsənovun bu arzu-istəyə düşməsi birinci dəfə deyil. Hələ 1992-ci ildə ölkədə vətəndaş qarşıdurması yaradaraq dövlət maraqlarını öz şəxsi mənafelərinə qurban verənlər dövlətçiliyimizi təhlükə qarşısında qoyub qaçmamışdılarmı? Bu gün terrorçuların polisə silah doğrultmasına, güllə atmasına, insanları qətlə yetirməsinə haqq qazandıran bu şəxslər 1992-ci ildə günahsız insanları öz siyasi oyunlarına qurban verməmişdilərmi? Bir sözlə, məhz həmin dövrdə siyasi qarışıqlıqdan istifadə edərək ətraflarına qoçu dəstəsi, terror qrupları toplayaraq çapqınçılıqla məşğul olan “Milli şura” rəhbərləri bu gün isə terrorçu Taleh Bağırzadəni dəstəkləyirlər. Bunun üçünsə “Milli şura” nəinki ən ciddi qınaq obyektinə çevrilməlidir, onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar.

 
  • Oxunub:  27330  |  
  • Tarix:  01-12-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA