Ana səhifə »  Müəlliflər »  Əli Kərimli yeni AXCP rəhbərliyi ilə məhkəmədə görüşə bilər
A+   Yenilə  A-
Əli Kərimli yeni AXCP rəhbərliyi ilə məhkəmədə görüşə bilər
Yazdı: Pərviz Sadayoğlu

Ədliyyə Nazirliyi muzdlulardan ibarət qurultayın sənədlərini geri qaytarıb
Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyi noyabrın 13-də Əli Kərimlinin rəhbərlik etdiyi dəstənin AXCP adından keçirdiyi saxta qurultayın sənədlərini geri qaytarıb. Yayılan məlumata görə, Ə.Kərimli tərəfindən təqdim edilən “qurultay” sənədlərinin geri qaytarılmasına səbəb Razi Nurullayevin də Ədliyyə Nazirliyinə AXCP Etimad Qurultayının sənədlərini təqdim etməsidir. Daha dəqiq desək, nazirlikdən bildirilib ki, “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətləri məsələnin məhkəmə müstəvisində həllini şərtləndirir”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, AXCP funksionerlərinin, eləcə də bir sıra rayon şöbələrinin sədrlərinin Ə.Kərimli tərəfindən repressiyaya məruz qalması hələ bir neçə ay öncə partiya daxilində parçalanmaya yol açmışdı. Lakin partiyanı öz şəxsi mülkü kimi idarə etməyə çalışan Ə.Kərimli bundan nəticə çıxarmayaraq muzdlulardan ibarət saxta qurultay keçirməklə yenidən AXCP adını mənimsəməyə çalışdı. Bununla belə, partiya üzvləri, eləcə də rayon şöbələri kütləvi şəkildə Ə.Kərimlinin rəhbərlik etdiyi dəstədə təmsil olunmadıqlarını bildirdilər. Partiya funksionerləri əsl AXCP-nin məhz R.Nurullayevin sədrlik etdiyi təşkilat olduğunu bəyan etdilər. Və bütün bunların fonunda Razi Nurullayevin sədr seçildiyi AXCP Etimad Qurultayında Ə.Kərimlinin partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edildi.
Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin məlum qərarına münasibət bildirən R.Nurullayev məsələ ilə bağlı prosesin necə nəticələnəcəyini bilmədiyini söyləyib. Onun sözlərinə görə, əsl AXCP-ni məhz onlar təmsil edirlər: “Əli Kərimli AXCP sədri olan zamanlarda partiyanın nizamnaməsini dəfələrlə pozub. Qurultayın keçirilməsini bir neçə il ləngidib. Rayon konfranslarını saxta insanlarla keçirib. Ədliyyə Nazirliyi bunları nəzərə aldı. Sənədlərimiz hüquqşünaslar tərəfindən kifayət qədər yüksək səviyyədə hazırlanıb. Eyni zamanda, Kərimlinin qurultayı saxta insanlarla, saxta şəkildə keçirdiyi tərəfimizdən nazirliyə təqdim olunub”.
Onu da qeyd edək ki, AXCP-dən qovulan Ə.Kərimli və ətrafındakı məhdud dəstə əsasən sosial şəbəkələrdə digər tərəfə qarşı kampaniya aparır. Bu kampaniyaya cavab verən R.Nurullayev bildirib ki, Ə.Kərimlinin böhtan atmaqdan başqa yolu qalmayıb: “Əli Kərimli nə deməlidir? Deməlidir ki, Razi Nurullayevi tanıyıram, o, son 20 ildə ən böyük qurultay keçirdi, insanların gözündə ümid işartıları yaratdı? Kərimli hər zaman intriqalar yaratmaq, dedi-qodular gəzdirməklə məşğul olur”.
Yeri gəlmişkən, R.Nurullayev qurultayda partiya üzvlərinin Ə.Kərimli ilə bağlı qərarına səbəb kimi keçmiş sədrin etdiyi qanunsuz əməlləri göstərib. Yəni fərqli fikrə dözümsüzlüyü ilə “məşhur olan” Ə.Kərimli ona qarşı çıxan insanları ləkələyərək partiyadan qovub. Analoji hal R.Nurullayevlə bağlı məsələdə də aktuallığını qoruyub: “Əli Kərimli məni qanunsuz şəkildə partiyadan getməyə məcbur etmək istədi. Sonrakı mərhələlərdə bunlar da məhkəmə müstəvisinə çıxacaq. Kərimli hər bir “cəbhəçi”yə etdiyinə, onların partiyadan uzaqlaşdırılmasına görə cavab verməlidir. AXCP-də sədr 4 ildən bir seçilir. Kərimli sədrlik müddətini çoxdan başa vurmuşdu. Qəzetiniz vasitəsilə mətbuata müraciət edirəm ki, indiyə qədər məni Razi Nurullayevin başçılıq etdiyi AXCP sədri kimi təqdim etmisiniz, bundan sonra Əli Kərimlini də belə təqdim edin. Çünki o, AXCP-nin hüquqi təmsilçisi deyil”.
Bu arada, AXCP Sumqayıt şəhər şöbəsinin sədri, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin tərəfinə keçmiş Şakir Məmmədov hələ də Ə.Kərimlinin yanında yer alan və tərəddüd edən partiyadaşlarına çağırış edib. O, radikal müxalifətin indiyə qədər yaratdığı birliklərin effektsizliyini vurğulayıb və bütün partiya üzvlərini R.Nurullayevin yaratdığı AXCP-də birləşməyə səsləyib.
Bununla yanaşı, artıq cəmiyyətin müəyyən aktiv qismi də öz seçimini edərək hansı tərəfi əsl AXCP kimi tanıyacağını dilə gətirib. Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-ni tanıdığını dilə gətirib. O, R.Nurullayevin və digər narazı “cəbhəçi”lərin hüquqi yollarla partiya təmsilçiliyinə iddia etmələrində yanlışlığın olmadığını deyib.
Və sonda, Əli Kərimli artıq keçmiş partiyadaşlarının belə onun yalanlarına inanmadığını görür. Amma illərdir ki, təmsil olunduğu partiyanın adını alver predmetinə çevirərək antimilli mərkəzlərdən pul alan, qarşılığında isə dövlətimizə, xalqımıza qarşı aparılan kampaniyanın ön sıralarında səf tutan bu şəxs AXCP-nin əlindən çıxmasını həzm edə bilmir. Bunun nəticəsidir ki, partiyadaşlarının ona qarşı etimadsızlığını məhz “xəyanət” kimi dəyərləndirir. Necə deyərlər, aşıq gördüyünü çağırır. Xəyanəti özünə peşə seçən birisi üçün bu, təbii haldır...

 
  • Oxunub:  26670  |  
  • Tarix:  19-11-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7