Ana səhifə »  Müəlliflər »  “Avropa Barometri” Azərbaycan cəmiyyətinin nəbzini yoxladı
A+   Yenilə  A-
“Avropa Barometri” Azərbaycan cəmiyyətinin nəbzini yoxladı
Yazdı: Hikmət BABAOĞLU

Bəlli olduğu kimi, bu günlərdə “Avropa Qonşuluğu Barometri” çərçivəsində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Avropa Qonşuluğu ölkələrində ictimai rəyin öyrənilməsi ilə bağlı media monitorinqi keçirilib. Bu monitorinqi son illərdə Azərbaycanda keçirilən ən obyektiv, tərəfsiz monitorinq kimi qiymətləndirmək olar. Monitorinqdə müxtəlif mövzular, ölkəmizin siyasi, iqtisadi inkişafı ilə bağlı, ölkədə siyasi güc mərkəzlərinin balansı və eyni zamanda, sosial vəziyyətin öyrənilməsi, sosial-psixoloji əhval-ruhiyyənin səviyyəsinin, Avropa ölkələrinə münasibətin necəliyinin müəyyənləşdirilməsi və s. kimi prioritet istiqamətlər əhatə olunub.
İctimai münasibət həyata keçirilən siyasətlə düz mütənasibdir
Diqqəti çəkən birinci məqam odur ki, monitorinqin nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 92 faizi Azərbaycan hökumətinə inanır. Hesab etmək olar ki, bu, artıq uzun illərdir Azərbaycanda həyata keçirilən daxili siyasətə cəmiyyətin adekvat münasibətidir. Çünki Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, ölkəmizdə dövlətin siyasətinin mərkəzində vətəndaş, onların rifahı dayanır. Sosial dövlət kimi Azərbaycan Respublikası ötən illər ərzində sözün həqiqi mənasında məhz bu terminin məzmununun ifadə etdiyi əsaslara söykənərək vətəndaş-dövlət münasibətlərinin qurulmasını, tənzimlənməsini təmin edib. Biz bunu ölkənin ümumi iqtisadi inkişafını ifadə edən, sosial vəziyyətin yaxşılaşması tendensiyasını göstərən, bank-maliyyə sektorunun fəaliyyətini əks etdirən rəqəmlərdə əyani şəkildə müşahidə edə bilərik.
Sosial göstəriciləri ifadə edən rəqəmlər nə deyir?
Son illərdə ölkəmizdə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib. Bununla yanaşı, 2003-cü ildə Prezident İlham Əliyevin ölkəmizdə işsizliyin aradan qaldırılmasına dair elan etdiyi prinsiplərin bu gün Azərbaycanda tam şəkildə həyata keçirildiyini müşahidə etməkdəyik. Belə ki, qeyd edilən dövrdən ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanda işsizliyin səviyyəsi 5,2 faiz təşkil edir. Bir sıra Avropa ölkələri ilə müqayisə etsək məlum olur ki, Avropa ölkələrində bu rəqəm 8-9 faiz, bəzilərində isə ikirəqəmli ədədlərlə ifadə olunur. Nəzərə alsaq ki, 2008-ci ildən Avropa ölkələrində baş verən iqtisadi böhran bu göstəricilərin artmasına səbəb olub, o zaman cəsarətlə deyə bilərik ki, əhalinin rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində Azərbaycanda həyata keçirilən siyasətin nəticələri nə dərəcədə düzgündür.
Həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Ölkəmizdə neft gəlirlərinin səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi büdcə gəlirlərini artırıb, əhalinin güzəranı gündən-günə yaxşılaşıb. 9 milyondan çox əhalisi olan respublikamız dünyada ən yüksək ümumi daxili məhsul (ÜDM) göstəricisinə və 50 faizlik sənaye istehsalı artımına nail olub.
İnvestisiya idxalından investisiya ixracına doğru
Hazırda iqtisadi inkişaf tendensiyası Azərbaycanı investisiya idxal edən ölkədən investisiya ixrac edən ölkəyə çevirib. Son 2 ildə qeyri-neft sektorunda ÜDM istehsalı orta hesabla 10 faiz artıb. Bununla bərabər ölkəmizdə sənayenin müxtəlif istiqamətlərində inkişaf müşahidə edilməkdədir. Cari ildə isə 100-ə yaxın müxtəlif sənaye obyektinin istifadəyə verilməsi nəzərdə tutulur.
İctimai rəyin bu şəkildə ifadə olunmasında əsas şərtlərdən biri də Azərbaycanın xarici borcunun demək olar ki, olmamasıdır. Hazırda Azərbaycanın xarici borcu ÜDM istehsalının 7,5 faizini təşkil edir. Təkcə cari ilin ilk 3 ayında 12,19 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çox ÜDM istehsal edilib. Bu o deməkdir ki, Azərbaycanda iqtisadiyyat dinamik olaraq inkişaf edir. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi isə bu ilin üç ayında 11,4 faiz artaraq 6,6 milyard manat və ya ÜDM-nin 51,3 faizini təşkil edib.
Əhalinin gəlirlərində ciddi artım var
Öz növbəsində ÜDM-dəki yüksəlmə öz ifadəsini əhalinin gəlirlərinin artmasında tapıb. Belə ki, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1399,6 manat (1783,4 ABŞ dolları) təşkil edərək 1,7 faiz artıb. Cari ilin birinci rübündə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 7,7 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi 4,5 faiz artıb. Ölkədə orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 397,1 manat təşkil edib.
Bütün bunlarla yanaşı, ölkədə həyata keçirilən sosial siyasət sayəsində Azərbaycanda olan 1 milyona yaxın məcburi qaçqın və köçkünün məskunlaşdırılması demək olar ki, başa çatdırılıb. Əhalinin az sosial təminatlı olan bu hissəsi hər cür şəraiti - idman, sağlamlıq, mədəniyyət, səhiyyə və s. kimi mərkəzləri olan xüsusi şəhərciklərdə məskunlaşdırılıb. Görülən bu tədbirlər isə dövlətə münasibətdə ictimai rəyin formalaşmasında da öz əksini tapıb.
Heç şübhəsiz ki, bununla yanaşı, Azərbaycanda mədəniyyətin, incəsənətin, təhsilin, elmin inkişaf etdirilməsi istiqamətində xüsusi proqramlar həyata keçirilib. Eyni zamanda, Azərbaycanda ölkənin ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı dövlət proqramları qəbul edilib və həyata keçirilib. Ölkədə ucqar rayon və kəndlərin qazlaşdırılması, elektrik enerjisi ilə təchizatı, rabitə və kommunikasiya işinin yüksək səviyyədə təşkili və digər tədbirlər regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində həyata keçirilib.
92 faizlik nəticə tamamilə obyektivliyi əks etdirir
Sadaladığımız bütün rəqəmlər isə nəticə etibarı ilə Azərbaycan vətəndaşının mövcud hökumətə münasibətini formalaşdırıb. Belə olan halda sadaladığımız və sadalaya bilmədiyimiz digər əsaslar məhz Azərbaycan vətəndaşlarının öz mövqelərini bildirməsində əsas olub. Nəticə isə ondan ibarətdir ki, Azərbaycanda hökumətə inam 92 faiz olub. Hesab edirik ki, bu tamamilə obyektiv rəqəmdir.
Heç şübhəsiz ki, Aİ-nin “Avropa Qonşuluğu Barometri” çərçivəsində həyata keçirdiyi bu media monitorinq Avropa qonşuluğu siyasəti ölkələri ilə münasibətlərin tənzimlənməsində də əsas ictimai baza kimi qəbul edilir.
Hər cür inkişafı hüquqi baza dəstəkləyir
Azərbaycanda iqtisadi inkişafa paralel olaraq hakimiyyətin ayrı-ayrı qollarına münasibətə gəlincə ölkə parlamentinə inam ikinci yerdə gəlir. Rəqəmdə ifadəsinə görə, əhalinin 68 faizi ölkənin qanunverici orqanının fəaliyyətini məqbul hesab edir. Bu rəqəmin sosioloji mahiyyətini ümumi kütləvi fikirlə ifadə etsək bəlli olacaq ki, bu, Azərbaycandakı iqtisadi inkişafın qanunvericilik bazasında əsaslarının təmin olunması və hüquqi nöqteyi-nəzərdən tənzimlənməsinin göstəricisidir. Eyni zamanda, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin hüquqi əsaslara söykənməsinin göstəricisidir. Məhz bu mənada bu rəqəm Azərbaycan vətəndaşlarının parlamentə etimadının göstəricisi sayıla bilər. Bu rəqəmlərin hər ikisi olduqca yüksək rəqəmdir. Müstəqil Azərbaycan vətəndaşlarının mövqelərini ifadə etməsi baxımından da kifayət qədər ciddi şəkildə qiymətləndirilməsi lazım olan rəqəmdir.
Həyatımızdan razıyıqmı?!
Media monitorinqin nəticələrində göstərilir ki, Azərbaycan vətəndaşlarının 65 faizi öz həyatlarından razıdırlar. Bu sualın məhz media monitorinqə daxil edilməsi təkcə sosioloji faktor deyil, həm də ciddi sosial-psixoloji faktordur. Nəzərə alsaq ki, monitorinq əsas etibarı ilə 35 yaşına qədər olan gənclər arasında keçirilib bu rəqəmi Azərbaycan sosio-psixologiyasının keyfiyyəti kimi də qəbul edə bilərik. Bu, əslində, Azərbaycanın gələcəyi ilə bağlı ölkə gənclərinin mövqeyidir. 65 faizlik rəqəm onu ifadə edir ki, gənclər bu vaxta qədər ölkədə həyata keçirilən iqtisadi, sosial, daxili, xarici siyasətin davam etdirilməsində maraqlıdır və bu siyasi kursun doğruluğuna inanırlar.
Başqa bir sosial-psixoloji faktor ondan ibarətdir ki, 65 faiz gənc öz dövlətinə, hökumətinə etimad edir və bütün problemlərini hazırki hökumətin həll edəcəyinə inanır. Məhz bu kriteriyalar baxımından 65 faizlik rəqəmi həm sosial, həm psixoloji faktor kimi qiymətləndiririk və hesab edirik ki, bu da Azərbaycan hökumətinin siyasi varisliliyini təmin edəcək əsas sosial-siyasi, sosial-psixoloji göstəricidir. Nəzərə alsaq ki, 2013-cü il prezident seçkiləri ilidir və əsas etibarı ilə seçkilərdə əhalinin aktiv hissəsi, xüsusən də, gənclər çox fəal iştirak edirlər. Biz əvvəlcədən seçkinin nəticələrinin proqnozlaşdırılmasında gənclərin rolunun necə olacağını deyə bilərik.
Əhali iqtisadi siyasəti doğru hesab edir
Monitorinqdə daxil edilən sorğulardan biri isə Azərbaycanın iqtisadi baxımdan inkişaf istiqamətlərinə vətəndaşların münasibətlərinin öyrənilməsinə yönəlib. Göstəricilər kifayət qədər yüksəkdir. Belə ki, 48 faiz əhali Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin doğru istiqamətdə qurulduğunu qeyd edir. Bu isə onun göstəricisidir ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət bəzi hallarda qeyd olunduğu kimi təkcə neft sektoruna söykənən birtərəfli iqtisadiyyat deyil, bu iqtisadi siyasət Azərbaycanın inkişafını təmin edəcək strateji siyasət kursudur ki, bunun özü də müxtəlif istiqamət və sektorlardan ibarətdir.
Rəyi soruşulanların 69 faizi hesab edir ki, Azərbaycanda iqtisadi vəziyyət yaxşıdır. Bu da qeyd etdiyimiz kimi, Azərbaycan vətəndaşlarının maddi təminatının yaxşı olduğunun göstəricisidir. Bu nəticə, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycanda əməkqabiliyyətli əhalinin mütləq əksəriyyəti işlə təmin olunub. 69 faizlik rəqəm əslində Azərbaycanda işsizliyin aradan qaldırılması ilə bağlı hökumətin mövqeyinin sözdə deyil, əməldə öz əksini tapdığını və əhali tərəfindən dəstəkləndiyinin göstəricisidir.
Demokratik proseslər bizi qane edirmi?
Başqa bir məsələ isə bu gün olduqca aktual olan demokratiya məsələsi ilə əlaqədardır. Media monitorinqinə daxil olan suallardan biri də ölkədə gedən demokratik proseslərdən vətəndaşların razı qalıb-qalmaması barədə sorğusu olub. 60 faiz əhali ölkədəki demokratik proseslərdən razı olduğunu bildirib. Bu o deməkdir ki, Azərbaycanda demokratik proseslərin həyata keçirildiyini ən pessimist rəqəmlərə görə 60 faizi, optimist rəqəmlərə görə isə 80-90 faizi etiraf edir. Bu, Azərbaycan siyasi təfəkkürünün və Azərbaycan siyasi palitrasını təşkil edən əsas elektoratın ölkədə gedən demokratik proseslərə münasibətinin göstəricisidir. 60 faiz isə demokratik proseslərdən razı qaldığını konkret bildirir. Bu rəqəm o deməkdir ki, zaman-zaman ayrı-ayrı ölkədaxili siyasi qruplaşmalar tərəfindən Azərbaycanda demokratiya, söz azadlığı, insan hüquq və azadlıqları barədə səsləndirilən fikirlər heç də Azərbaycanın siyasi gərçəkliyini əks etdirən fikirlər deyil. Eyni zamanda, transmilli qeyri-hökumət təşkilatları, ayrı-ayrı fondlar, Qərbdə demokratiya ilə bağlı mövcud olan institutlar, “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və s. kimi təşkilatların vaxtaşırı Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlər də doğru deyil. Çünki ölkə vətəndaşlarının Azərbaycanda gedən demokratik proseslər və onların nəticələri ilə bağlı razılığı 60 faizdir. Cəsarətlə deyə bilərik ki, hətta bir sıra Avropa ölkələri bu rəqəmə həsəd apara bilər.
Bəs qoca qitə haqqında nə düşünürük?
Sorğuda, həmçinin, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə baxışını əks etdirən suala da yer verilib. “Azərbaycan və Aİ arasında yaxşı əlaqələr mövcuddurmu” sualına respondentlərin 53 faizi müsbət cavab verib. Bu o deməkdir ki, Azərbaycanda həyata keçirilən Qərbə inteqrasiya siyasəti strateji xətt olaraq qalır və bu siyasət davam etməlidir. Çünki 53 faiz insan Azərbaycanın Qərbə inteqrasiya olunmasının tərəfdarıdır. Amma bu inteqrasiyanın keyfiyyəti Azərbaycan Respublikasının Prezidentinin tezis şəklində ifadə etdiyi fikirlərə söykənərək həyata keçirilməlidir. Yəni, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla Avropaya inteqrasiya etmənin ən doğru yol olduğunun Azərbaycan vətəndaşları tərəfindən qəbul edilməsidir.
Rəyi soruşulanların yalnız 37 faizi Aİ-nin Azərbaycanla strateji tərəfdaş olduğunu qəbul edir. Bu göstərici digər məsələlərdə qeydə alınan göstəricilərdən azdır. Bu da sırf sosioloji məsələ deyil, eyni zamanda, sosial-psixoloji məsələdir. Çünki bu gün vətəndaşlar hesab edirlər ki, Aİ və yaxud Avropanın ayrı-ayrı institutları ölkəmizdə baş verən ictimai-siyasi hadisələrlə bağlı bəzi hallarda obyektiv mövqe nümayiş etdirmirlər. Yaxud Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan vətəndaşlarının arzu etdiyi səviyyədə Aİ ölkələri iştirak etmirlər. Qəbul etmək lazımdır ki, rəqəmin 37 faiz olmasının səbəbi məhz budur. Buna görə də, Azərbaycan vətəndaşları Aİ-ni özünün strateji tərəfdaşı kimi qəbul etmirlər. Bu həm də onunla bağlıdır ki, vaxtaşırı Avropa Parlamentində Azərbaycanla bağlı müxtəlif şou xarakterli siyasi bəyanatlar səsləndirilir. Bu azmış kimi, bu yaxınlarda Aİ Parlamentinin deputatları Azərbaycanın yuridiksiyasında olan ərazilərimizə icazəsiz səfər ediblər. Yaxud regionda ayrı-ayrı ölkələrdə baş verən antidemokratik hadisələrlə müqayisədə Azərbaycan həmişə onlara qəsdən uduzdurulur. Dolayısıyla Aİ bəzi hallarda dini təəssübkeşliyə qapılaraq və yaxud Avropada mövcud olan islamofob dairələrin təzyiqlərinə uyaraq regionda baş verən hadisələri obyektiv qiymətləndirmir. Məsələn, Ermənistanda seçkilərə münasibət həddən artıq loyal oldu. Baxmayaraq ki, hərbi xunta bu ölkədə yenə antidemokratik yollarla hakimiyyətdə qaldı. Ancaq Azərbaycanda ayrı-ayrı şəkildə baş vermiş kiçik hadisələri Aİ faciə kimi göstərir və bir çox hesabatlarda istər demokratiyanın, istər insan hüquq və azadlıqlarının, hakimiyyət-vətəndaş münasibətlərinin, istərsə də cəmiyyətin inkişafına görə, Ermənistan və digər region ölkələrini Azərbaycandan öndə göstərirlər. Halbuki, Azərbaycan vətəndaşı bu regionda yaşadığına görə, nəyin necə olduğunu hamıdan yaxşı bilir. Azərbaycan vətəndaşlarının Aİ-yə münasibəti də Aİ ölkələrinin Azərbaycana münasibətdə bir qədər ədalətli olmamasından qaynaqlanır.
Bütövlükdə isə “Avropa Qonşuluğu informasiya mərkəzinin” yaydığı məlumatlar əsas etibarı ilə Azərbaycandakı sosial, iqtisadi, siyasi proseslərin nəbzini düzgün tuta bildiyinin göstəricisidir. Hesab edirik ki, bu, eyni zamanda, son dövrlərdə müxtəlif sosial mediada ayrı-ayrı marginal qrupların, müxtəlif şəxslərin Azərbaycanda prezident seçkiləri ərəfəsində keçirdikləri rəy sorğularına bir növ cavabdır. Biz bilirik ki, o sorğuların böyük əksəriyyəti kimlər tərəfindən necə keçirilir və hansı məqsədlərə xidmət edir.
Bütövlükdə Azərbaycanın iqtisadi, siyasi nəbzini ən doğru ifadə edən sorğu isə hələ ki, “Avropa Qonşuluğu Barometri” çərçivəsində keçirilən media-monitorinq nəticələridir.

 
  • Oxunub:  31170  |  
  • Tarix:  30-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA