Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İki qeyri-legitimin bir-birini legitimləşdirmək cəhdi

İki qeyri-legitimin bir-birini legitimləşdirmək cəhdi

22.10.2015 [10:21]

Pərviz Sadayoğlu

Yaxud taylı tayını tapmasa, günü ah-vayla keçər...
Radikal müxalifət düşərgəsinin formal olaraq “partiya” adlanan, əslində, isə kiçik bir qrupdan ibarət olan dəstələri keçirdikləri son saxta qurultaylarla özlərini yenidən ifşa etmiş oldular. Ötən il Müsavat Partiyasının keçirdiyi “qurultay”ın tüstüsü çəkilməmiş AXCP də küyünü küyə qatdı. Xatırladaq ki, “Müsavat” qurultayında indiki sədr Arif Hacılının rəhbərlik etdiyi qrup hər cür saxtakarlığa əl ataraq “qurultay”ın nəticələrini şübhə altına saldılar. Buna görə də partiya nizamnaməsinin və adi demokratik normaların kobud şəkildə pozulduğu “qurultay”da A.Hacılının “qələbə”sini bir çox “müsavat”çılar qeyri-legitim elan edərək partiya sıralarından istefa verdilər. Yəni, Arif Hacılının partiya sədrliyini ələ alması “Müsavat”ın özündə belə qeyri-qanuni hesab edildi.
Analoji proses AXCP-də də yaşandı. Fərqli fikirlərə dözümsüz yanaşan, partiya üzvlərini, xüsusilə də gəncləri repressiyaya məruz qoyan Əli Kərimlinin avtoritar idarəetmə üsulundan bezmiş “cəbhəçi”lər AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsi yaratdılar. Bundan qorxuya düşən Ə.Kərimli və ətrafındakı qruplaşma illərdir təxirə saldığı qurultayı keçirmək və öz sədrliyini legitimləşdirmək üçün bütün yollara əl atdı. Muzdlu konfrans nümayəndələri toplayan, onların qurultay məzhəkəsində iştirakını təmin edən Ə.Kərimli son nəticədə hətta pulla tutduğu insanlara belə güvənmədiyini nümayiş etdirdi. Bütün demokratik seçki ənənələrini pozaraq açıq səsvermə keçirilməsinə təkid edən Ə.Kərimli saxta qurultayda sədr ünvanını “qazansa” da, “qurultay”ın nəticələri partiya üzvləri tərəfindən qəbul olunmadı. Oktyabrın 18-də keçirilən AXCP-nin qurultayında isə Razi Nurullayev sədr seçildi, partiyanın nizamnaməsinə dəyişikliklər oldu. Ə.Kərimlinin keçirdiyi qurultay “şou”su isə qeyri-legitim elan edildi.
Artıq yenidən təşkilatlandıqlarını elan edən AXCP rəhbərliyi Ə.Kərimlinin rəhbərlik etdiyi dəstəni AXCP adından məhrum etmək üçün hüquqi prosedurlara baş vurub, qurultayla bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
Maraqlı olan odur ki, bir ildən artıqdır ki, özünün legitimliyini təsdiqləyə bilməyən Arif Hacılı Əli Kərimlinin “yarasına məlhəm olmaq” üçün AXCP sədri olaraq onu tanıdığını bəyan edib. Əslində, bununla böyük bir ziddiyyət və gülünc situasiya yaranıb. O mənada ki, Bir qeyri-legitimin digər qeyri-legitimi tanımaq cəhdi heç bir siyasi məntiqə, o cümlədən etik çərçivəyə sığmır. Təmsil olunduqları siyasi təşkilatı illərdir ki, “gəlir gətirən şirkət” gözündə görən, məhz bu partiya vasitəsilə xarici ermənipərəst dairələrdən pul dilənənlər saxtakarlıqlarının üstünü ört-basdır etmək üçün bir-birilərini tanıdıqlarını bəyan edirlər. Nəzərə alsaq ki, dünənə qədər istər Əli Kərimli, istərsə də Arif Hacılı bir-birilərinə qarşı küçə jarqonları, təhqirlərlə danışırdılarsa, bu gün meydana çıxan “tanışlıq” yalnız pul oyunu zərurətindən irəli gəlir.
Ona görə də dövri olaraq söyüşən, didişən, xaricdən gələn əmrlərə əsasən qoşalaşan, ayrılan, küsən bu qeyri-legitim qrupların yaxın zamanlarda yenidən eyni havanı çalıb-oxuyacağını da proqnozlaşdırmaq mümkündür. Çünki iki tanınmayanın bir-birini tanıması “taylının tayını tapması” deməkdir. Yəqin ki, sabah da Ə.Kərimli A.Hacılını “Müsavat” başqanı kimi tanıyacağını bəyan edər. Halbuki ötən bir ildə A.Hacılını tanımadığını dəfələrlə bildirib...

Paylaş:
Baxılıb: 1119 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31