Ana səhifə »  Müəlliflər »  Kim olursa olsun, İsa Qəmbər olmasın!
A+   Yenilə  A-
Kim olursa olsun, İsa Qəmbər olmasın!
Yazdı: Aqşin Şahinoğlu

Əli Kərimli İsa Qəmbəri oyundan kənarlaşdırmaq üçün radikal düşərgədə yer alan partiyaların sədrləri ilə danışıqlara başlayıb
Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə qalan vaxt daraldıqca radikal müxalifət cəbhəsində də uzun müddətdir pərdələnən gerçəklər gün üzünə çıxır. Son dövrlər baş verən olaylar və mətbuata açıqlanan fikirlər bu düşərgədə yer alan və özlərini radikalların “lideri” hesab edən “stajlı” müxalifətçilərin mövqelərini də müəyyənləşdirməyə imkan verir. Bu günə qədər media önündə birlik nümayiş etdirən, geri planda isə bir-birilərinə qarşı müxtəlif addımlar atan və bir-birilərini nüfuzdan salmağa çalışan dağıdıcı müxalifət partiyalarının sədrləri artıq açıq müstəvidə və heç bir pərdələnməyə ehtiyac duymadan düşmənçiliyə başlayıblar. Xüsusilə AXCP sədri Əli Kərimlinin son dövrlər Müsavat Partiyasının sədri İsa Qəmbərə qarşı apardığı “qara piar” kampaniyası diqqəti cəlb edir.
Məlum olduğu kimi, bir müddət əvvəl Əli Kərimli partiyasının üzvləri ilə görüşdə müxalifətdəki rəqiblərini seçkilərdə namizəd olmaqdan könüllü geri çəkilməyə çağırdı. Onun bu çağırışının İsa Qəmbərə ünvanlandığı da sirr deyil. Çünki radikal müxalifət düşərgəsində bu günə qədər yalnız İsa Qəmbər öz namizədliyini elan edib. Əli Kərimli və onun ətrafında toplaşan 3-5 nəfərin “Müsavat” sədrinin bu açıqlamasından narahat olduğu da bəlli məsələdir. Ə.Kərimlinin müavinlərinin, partiyasının üzvlərinin İ.Qəmbərlə bağlı kompramatları istər mətbuat səhifələrinə çıxarması, sosial şəbəkələrdə müzakirə etməsi buna sübutdur. Ə.Kərimlinin özü də İ.Qəmbəri namizəd olduğunu təbrik etməklə yanaşı, eyhamlarla onun hələ vahid namizəd olmadığını da çatdırıb. Məsələn, Ə.Kərimli açıqlamalarının birində İ.Qəmbərin addımını sadə bir piar kampaniyası kimi dəyərləndirib. Bundan başqa, AXCP sədri “müttəfiqini” prezidentliyə deyil, namizədliyə namizəd adlandırmaqla onun AXCP tərəfindən dəstəklənməyəcəyini və düşərgənin vahid namizədliyi perspektivinin olmadığını ortaya qoyub.
Digər tərəfdən, Ə.Kərimlinin müavini Həsən Kərimov mətbuata açıqlamasında Ə.Kərimlinin də “İP”-in vahid namizədi statusuna iddiasını irəli sürüb. O, Əli Kərimlinin müxalifətin daha geniş koalisiyasının namizədi olması istəklərinin olduğunu söyləyib və bu fikrin “müəllifinin” də elə Ə.Kərimlinin özünün olmasına şübhə yoxdur. Ə.Kərimlinin digər müavini Asəf Quliyev isə bildirib ki, İ.Qəmbərin Ə.Kərimliyə güzəşt edəcəyi inandırıcı deyil. Bunun səbəbi isə “Müsavat” sədrinin, hətta 1998-ci ildə Elçibəyə güzəşt etməməsidir. O deyib ki, artıq vahid namizəd məsələsi baş tutmayacaq, səbəbi isə İ.Qəmbərin namizədliyini irəli sürməsidir. Hətta o, “Müsavat”ı vahid namizəd məsələsinə mane olmaqda günahlandırıb.
Əli Kərimlinin İsa Qəmbəri bu prosesdə “offsayt”da qoymaq cəhdləri yalnız bəyanatlarla yekunlaşmır. O, əməli addımlarında da İsa Qəmbəri oyundan kənarlaşdırmaq niyyətini ortaya qoyur. Əldə etdiyimiz məlumatlara görə, o, bu məqsədlə “cırtdan” partiyaların dəstəyini alıb, onları “Müsavat” sədrinin namizədliyinə qarşı çıxmaq üçün yola gətirilməsi istiqamətində danışıqlara start verib. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva, Vətən İnkişaf Partiyasının sədri Əli Əliyev və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə bir araya gələn Əli Kərimli İsa Qəmbərin önünə keçmək üçün təkliflərini səsləndirib. Eyni zamanda, seçkilərdə öz namizədliyini irəli sürəcəyinə eyham vuran “El” hərəkatının təsisçisi Eldar Namazovla görüşündə də açıq-aşkar İsa Qəmbərə dəstək verməyəcəyini söyləyib. O, açıq şəkildə bəyan edib ki, İsa Qəmbərin qarşısını kəsmək üçün hətta özü namizədlikdən imtina etməyə razıdır: “Kim olursa olsun, bircə İsa Qəmbər olmasın”.
Təbii ki, bu addım Əli Kərimlinin siyasi xarakterinin mühüm cizgilərini də ortaya qoyur. Despotizm, avtoritarizm kimi keyfiyyətləri ilə bilinən Əli Kərimlinin adi rəqibinə qarşı bu cür dözümsüzlük göstərməsi və onu oyundan kənarlaşdırmasının səbəbləri də bəllidir. O, bu prosesin sonunda qalib gəlmək şansının olmadığını aydın dərk edir. Bütün bu gedişlərin yeganə məqsədi radikal düşərgənin əsas fiquru statusunu qazanmaq və xaricdən gələn maliyyə dəstəyinə təkbaşına sahiblənməkdir. Amma buna nə qədər nail olacağını zaman göstərəcək. Çünki “Müsavat” cəbhəsindən verilən açıqlamalardan belə aydın olur ki, onlar Əli Kərimlinin bu gedişlərindən xəbərdardırlar və gələcəkdə böyük travmalar yaşamamaq üçün indidən vaksinasiya ilə məşğuldurlar. Onlar da Əli Kərimliyə qarşı düşmənçiliyi ilə bilinən partiyalara üz tutublar. Müsavat Partiyası yaxın müddət ərzində AXCP-siz yeni bir birlik modelini işə salmağa hazırlaşır. Son bir neçə gündə bu partiya keçmiş müttəfiqi KAXCP ilə yaxınlaşmaya cəhdlər nümayiş etdirir. Aparılan danışıqlar və görüşmələr zamanı AXCP-ni qəbul etməmə səbəbindən “İP”-ə daxil olmayan partiyaların da həmin birliyə daxil ola bilmə perspektivləri müzakirə olunur. Bir müddət öncə məsələyə münasibət bildirən “Müsavat” sədrinin müşaviri Mustafa Hacıbəyli də bunu inkar etməmişdi. O, demişdi ki KXCP-nin qərarına hörmətlə yanaşılmalıdır: “Hesab edirik ki, seçki dövründə də Müsavat Partiyası ilə KXCP arasında əməkdaşlıq olacaq”.
Beləliklə, görünən odur ki, yaxın zamanlarda radikal müxalifət ünsürləri arasında savaş daha da alovlanacaq. Qəribədir ki, mübarizənin nəticəsini isə AXCP və “Müsavat” deyil, “cırtdan” partiyalar müəyyənləşdirəcək. Bu isə onu deməyə əsas verir ki, illərdir özlərini tərifləyə-tərifləyə doymayan, yerə-göyə sığışmayan “liderlər” elə bir “cırtdan”ın dəstəyinə möhtac qalacaq qədər də kiçikdirlər.

 
  • Oxunub:  28560  |  
  • Tarix:  25-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA