Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənovun ucuz “siyahı sensasiyası”...

Cəmil Həsənovun ucuz “siyahı sensasiyası”...

14.10.2015 [09:49]

Pərviz Sadayoğlu

Və ya şanslı namizədlərdən ibarət siyahı tərtib etmək nə vaxtdan “şok effekt” yaradır?
Əsl müxalifətçilik missiyasından xəbəri belə olmayan radikal müxalifət düşərgəsi üçün “siyasi mübarizə” pafoslu yalanlardan və məntiqsiz “proqnozlaşdırma”dan ibarətdir. “Fəaliyyət proqramı”nı xarici dairələrə satqınlıq etmək, maddi təminat əldə etmək üzərində quran düşərgə təmsilçiləri ölkədə keçirilən seçkilərdən yayınmaqla öz gücsüzlüklərini ört-basdır etmək niyyətindədirlər. Nəzərə alsaq ki, hələ 2010-cu ildə muzdlu namizədlər “taktika”sına əl atan radikal müxalifət partiyaları üçün seçki fiasko ilə nəticələnmişdi. Eyni zamanda, heç bir zaman xalqın etimadını qazana bilməyən radikal müxalifət düşərgəsinin təmsilçiləri ötən seçkilərdəki məğlubiyyətlərini min bir yalanla “sığortalamağa” çalışmışdılar.
Bu dəfə isə, deyəsən, muzdlu namizəd oyunu da baş tutmayıb. Belə ki, bəzi radikal düşərgə partiyalarının boykot yalanının arxasında məhz həmin təşkilatın seçkidə iştirak etməsi üçün irəli sürməyə namizəd tapa bilməmə səbəbi dayanır. Cəmiyyətin radikal düşərgəyə etinasızlığı, inamsızlığı isə onları yeni yalanlar püskürməyə “vadar edir”.
Belə ki, qondarma “Milli şura”nın marionet sədri Cəmil Həsənov “fal açaraq” hələ noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələri ilə bağlı “siyahı” açıqlayıb. Və C.Həsənovun bu qeyri-ciddi fəaliyyəti radikal düşərgədə “şok” effekti yaratsa da, cəmiyyət tərəfindən sadəcə gülüşdə qarşılanıb. Bunun da bir sıra obyektiv səbəbləri var.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, əli hər şeydən üzülən, bütün xəyanətləri ifşa edilmiş, Əli Kərimlinin yedəyinə çevrilməyi “qisməti” kimi qəbul etmiş C.Həsənov bu siyahını açıqlamaqla özünü “Amerika kəşf etmiş” kimi göstərməyə çalışır. Amma radikal müxalifətin düşüncəsi, məntiqi o qədər korşalmış vəziyyətdədir ki, C.Həsənovun bu cür yalan siyahıları düşərgə üçün “sensasion xarakter” daşıyır. Digər tərəfdən, C.Həsənov bu addımı ilə yenə də əsl simasını cəmiyyətə nümayiş etdirir. Yəni, istər yedəyi olduğu AXCP-nin, istərsə də marionet sədri olduğu qondarma şuranın irəli sürməyə namizədlərinin olmaması C.Həsənovu bu cür xəstə təxəyyüllərə salıb.
Bundan başqa, C.Həsənovun millət vəkili seçiləcəyini iddia etdiyi şəxslərin mühüm əksəriyyəti öz dairələrinin əsas şanslı namizədləridir. Elə isə dairədə ən çox şansı olan, ən tanınan, cəmiyyət tərəfindən qəbul edilən namizədin seçiləcəyini “proqnozlaşdırmaq” nə vaxtdan sensasiya sayılır?
Eyni zamanda, C.Həsənovun ortaya atdığı bu siyahını prosesləri minimal səviyyədə izləyən və dairədəki şanslı namizədləri dəyərləndirə bilən hər hansı bir insan da tərtib etmək iqtidarındadır.
Göründüyü kimi, bir neçə gündür ki, radikal düşərgənin ətrafında ajiotaj yaratmağa çalışdığı “sensasiyalı siyahı şoku”, əslində, sıradan bir şeydir. Sadəcə olaraq, xarici ermənipərəst dairələrin maşası rolunda çıxış edən radikal düşərgə üçün bu cür ucuz oyunlar lazımdır ki, başını qatsın...

Paylaş:
Baxılıb: 1062 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30