Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin antidemokratik qurultay şousu və ya “kürsüqoruma əməliyyatı”
A+   Yenilə  A-
Əli Kərimlinin antidemokratik qurultay şousu və ya “kürsüqoruma əməliyyatı”
Yazdı: Pərviz Sadayoğlu

Muzdlu “qurultay” nümayəndələrinin köməyi ilə alternativsiz şəkildə sədrliyə təsdiqlənən Ə.Kərimli gizli səsvermədən qorxduğunu etiraf etdi
Sentyabrın 27-də AXCP-nin “qurultay”ında baş verənlər radikal müxalifət düşərgəsinin əsl simasını bir daha üzə çıxardı. Özlərinə “demokrat” deyən, əməllərində isə avtoritarizmə söykənən Ə.Kərimli və onun rəhbərlik etdiyi qruplaşma sədrlik kürsüsünü və partiyadaxili mübarizəni qazanmaq üçün bütün saxtakarlıqlardan istifadə etdilər. Bu saxtakarlıqlara isə hələ “qurultay”dan əvvəl, hazırlıq prosesində start verilmişdi. Belə ki, məlumatlara görə, Ə.Kərimli “qurultay”da iştirak etməyə nümayəndə tapmadığı üçün rayon təşkilatlarının toplantılarını da Bakıdan apardığı muzdlular hesabına təşkil edib, “qurultay” nümayəndələrini bu muzdlu “cəbhəçi”lərin sırasından seçib. Hətta bir sıra rayon təşkilatlarının üzvləri “qurultay”a seçilən “nümayəndələr”i tanımadıqlarını və həmin muzdluların məhz Gözəl Bayramlı, Həsən Kərimov və digərləri tərəfindən Bakıdan gətirildiyini etiraf etmişdilər.
Sözügedən “qurultay” isə rayon təşkilatlarının muzdlu konfranslarının “zirvə”si oldu və demokratik normaların ciddi pozuntusu ilə müşayiət olundu. “Qurultay”da “demokratiya göstəricisi” sayılan gizli səsverməni qadağan edən Ə.Kərimli bu addımı ilə partiyada avtoritar üsul-idarə tətbiq etdiyini, fikir plüralizminə yol vermədiyini, bütün iştirakçıların rəyini bildirmək hüququnu məhdudlaşdırdığını bir daha təsdiqlədi. Bu, həm də Ə.Kərimlinin rəqiblərinin susdurulmasına hesablanmışdı. Hələ seçkidən öncə ona alternativ olan Sahib Kərimlinin sosial şəbəkələrdə məhz AXCP üzvləri tərəfindən dəstəklənməsi, fərqli profillərdən S.Kərimliyə etimad göstərilməsi Ə.Kərimlini narahat edirdi. Məhz bu narahatlığın fonunda açıq səsverməyə israr etməklə S.Kərimlinin seçkidən kənarlaşmasına nail olan Ə.Kərimli alternativsiz şəkildə öz qruplaşmasının sədri postuna “təsdiq edildi”.
Radikal düşərgə təmsilçiləri Əli Kərimlinin saxtakarlıqlarını üzünə vurdular
AXCP-nin “qurultay”ında demokratik seçki ənənələrinin pozulması, Ə.Kərimlinin saxtakarlıqlara əl atması faktı radikal düşərgənin digər nümayəndələri tərəfindən də tənqid olunur. Belə ki, uzun illər AXCP-də təmsil olunan, hazırda isə AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olan Rəfail Becanov bildirib ki, Əli Kərimlini yaxından tanıyan adamlar onun demokratiyaya hansı məsafədə dayandığını yaxşı bilirlər. Onun sözlərinə görə, demokratiya və Əli Kərimli - bir-birinə daban-dabana zidd olan anlayışlardır: “Sadəcə, demokratiya onun üçün bir imitasiyadır. Lakin Əli Kərimlinin hərəkət və qərarlarında bu anlayışa heç vaxt yer olmayıb. Ən xırda məsələlərdə belə demokratik düşüncəyə, demokratik dəyərlərə münasibət bir avtoritarın münasibəti səviyyəsində olub. AXCP adına keçirilən qurultayın nəticəsi əvvəldən bəlli idi. Fərqli nəticə gözləməyə dəyməzdi. Əli Kərimli üçün ən maraqlı məsələ sədrlikdir, onun üçün demokratiya önəmli deyil. 15 il sədr olub, nə dəyişib ki, bundan sonra sədr olanda nə dəyişsin? Ancaq Azərbaycan siyasətinə gətirilən, müəllifləri Əli Kərimli və tərəfdarları olan söyüş, təhqir və şantaj janrı inkişaf etdiriləcək”.
Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli isə sözügedən “qurultay”ı “növbətçi qurultay” adlandırıb. Onun sözlərinə görə, Ə.Kərimlinin qurultayda alternativsiz mühit yaratması hər şeyi ortaya çıxarır.
“Müsavat” Divanının üzvü Nemət Kərimli də AXCP-nin “qurultay”ının demokratik keçirilmədiyinə diqqət çəkib: “Qurultayın azad və ədalətliliyindən danışmaq yersizdir. Açıq səsvermənin keçirilməsi gizlilik prinsiplərini pozur və bu, azad seçki hesab edilə bilməz”.
“Qurultay”da demokratik ənənələrin pozulmasına etiraz edən AXCP üzvü Razi Nurullayevin tərəfinə keçdi
Bu arada “qurultay”da baş verən saxtakarlıqlar və Ə.Kərimlinin rəhbərlik etdiyi qruplaşmanın digər namizədi Sahib Kərimliyə qarşı təzyiqlər nümayiş etdirməsi AXCP-dən növbəti qopmalara yol açıb. 1988-ci ildən “Xalq Cəbhəsi”ndə təmsil olunduğunu bildirən AXCP Naxçıvan şöbəsinin fəalı Həkimeldostu Mehdiyev Razi Nurullayevin tərəfinə keçdiyini bəyan edib. Əli Kərimli qrupunun təzyiqləri nəticəsində Sahib Kərimlinin “qurultay”da namizədliyini geri götürməsini və sədrlik üçün səsvermənin açıq keçirilməsini avtoritarizm hesab edən H.Mehdiyev partiya daxilində baş verənlərə etiraz edib: “1988-ci ildən bu günə kimi AXCP-nin üzvüyəm. Şərur rayon İdarə Heyətinin, AXCP-nin yaratdığı könüllülərdən ibarət regional qərargahın üzvü, dayaq dəstəsinin sədri olmuşam. Dünənki (sentyabrın 27-si nəzərdə tutulur) qurultayda sədr seçimi bir daha göstərdi ki, partiyada demokratiya yoxdur. Əli Kərimlinin ətrafının təzyiqi nəticəsində Sahib Kərimli də namizədliyini geri götürdü və səsvermə açıq keçirildi. Bəyan edirəm ki, bu gündən Razi Nurullayevi dəstəkləyirəm və fəaliyyətimi AXCP EQTK sıralarında davam etdirəcəyəm”.

 
  • Oxunub:  22080  |  
  • Tarix:  30-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6