Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Beşinci kolon” nümayəndələri pul qarşılığında Azərbaycanın maraqlarını satmaqla məşğuldurlar

“Beşinci kolon” nümayəndələri pul qarşılığında Azərbaycanın maraqlarını satmaqla məşğuldurlar

11.09.2015 [10:09]

Pərviz Sadayoğlu

Leyla və Arif Yunusovlar, Xədicə İsmayılova kimi milli xəyanətkarlar erməni lobbisinin layihələrində ön sırada yer alıblar
Məlum olduğu kimi, Azərbaycan yerləşdiyi regionun əsas iqtisadi-siyasi aktoruna çevrilib. Azərbaycan bu gün sosial-iqtisadi inkişafı ilə yanaşı, sabitliyinə, demokratik inkişafına görə də dünyada nümunə sayılacaq ölkələrdəndir.
Lakin Azərbaycanın əldə etdiyi uğurlar, həmçinin ölkəmizdə yaradılan demokratik ab-hava dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi ciddi şəkildə narahat edir. Və onlar Azərbaycanın müstəqil inkişaf siyasətinə mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxtəlif vasitələrlə ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan xaricdəki ermənipərəst, anti-azərbaycançı dairələrin əsas istinad nöqtələri isə hər zaman olduğu kimi antimilli layihələrdə iştirak etmək üçün sıraya düzülən, Azərbaycan xalqının və dövlətinin maraqlarına xəyanət etmək üçün fürsət axtaran radikal müxalifət düşərgəsi, eləcə də antimilli fəaliyyəti özünün “deviz”inə çevirmiş “beşinci kolon” nümayəndələridir. Xarici anti-azərbaycançı dairələrin buyruq qulu olan o cümlədən, QHT pərdəsi altında gizlənən və dövlət maraqlarının ziddinə mövqe tutmuş bu kəsim dövlətçiliyimizə, sabitliyə və inkişafa qarşı “planlarda” ön sıralarda yer alırlar. Eyni zamanda, hər dəfə xarici ölkələrdə baş verən hansısa dağıdıcı hadisələrdən “ruhlanan” “beşinci kolon” adlandırılan bu kəsim xaricdəki anti-azərbaycançı dairələrdən aldıqları sifarişlər və “maddi vəsait” qarşılığında fəallaşır, həmin dairələrin çirkin maraqlarını ölkəmizdə təmin etmək üçün dəridən-qabıqdan çıxırlar.
Radikal müxalifət düşərgəsinin və onun yedəyinə çevrilən QHT-lərin xəyanətkar fəaliyyətinin stimullaşdırılması üçün on milyonlarla dollar ayrılıb
Kimsəyə sirr deyil ki, zaman-zaman xarici anti-azərbaycançı dairələrin təhriki ilə ölkəmizdə siyasi sabitliyi pozmağa çalışan “beşinci kolon” nümayəndələri bunun qarşılığında külli miqdarda maliyyə vəsaiti alır. Hətta bir neçə il öncə ərəb dünyasında baş verən bir sıra ssenarilərdən ruhlanaraq Azərbaycanda da buna bənzər iğtişaşlar yaratmağa meyillənən, sabitliyə, inkişafa mane olmaq, eləcə də Ukraynada baş verən hadisələrin analogiyasını yaratmaq xülyası ilə anti-azərbaycançı dairələr tərəfindən “beşinci kolon” təmsilçilərinə külli miqdarda vəsaitlərin ayrılması da məlumdur. Həmin vaxt radikal müxalifət düşərgəsinin və onun yedəyinə çevrilən QHT-lərin xəyanətkar fəaliyyətinin stimullaşdırılması üçün on milyonlarla dollar ayrılmışdı ki, bu pullar da xüsusi fondlar və təşkilatlar vasitəsilə xəyanətkar kəsimə çatdırılırdı. Həmin xarici təsisatlar radikal müxalifət düşərgəsini pulla, platforma və “Molotov kokteyli” ilə silahlandırırdı. Bir sıra “QHT”lər isə xarici dairələrdən yüz minlərlə dollar “qrant” alaraq bu pulların radikal düşərgə partiyalarına çatdırılmasını təmin edirdi.
Bir sözlə, bəhs edilən dövrdə bu cür antimilli təşkilatlar və onların əlaltısı kimi ayrılan pulları “əritmək”lə məşğul olan “beşinci kolon” Azərbaycanda siyasi sabitliyin pozulması üçün bütün “güclər”ini ortaya qoydular. Amma onların arzuları gözlərində qaldı. Çünki Azərbaycanda məhz xalqın iradəsi ilə seçilən və xalqın etimadına güvənən milli hakimiyyət mövcuddur. Xalq-hakimiyyət birliyi önündə isə bütün çirkin niyyətlər, bütün məqsədlər fiaskoya məhkumdur...
Leyla və Arif Yunusovlar xarici kəşfiyyat orqanlarının, antimilli dairələrin əlaltısına çevriliblər
Məlum olduğu kimi, hazırda həbsdə olan, amma fəaliyyətləri birmənalı şəkildə Azərbaycan dövlətinin maraqlarına qarşı yönəlmiş Leyla və Arif Yunusovlar hər zaman “beşinci kolon”un “aktivistləri” qismində çıxış ediblər. Ölkəmizin əldə etdiyi mədəniyyət, idman və digər sahələrdəki uğurlara qarşı “cəbhə açan” Yunusovlar xarici kəşfiyyat orqanlarının, həmçinin anti-azərbaycançı dairələrin xidmətçisi olmağa hər zaman “sevinərək” razılaşıblar.
Əslində, Leyla Yunusova və həyat yoldaşı Arif Yunusovla, onların anti-Azərbaycan fəaliyyətləri ilə bağlı məlumatlar zaman-zaman istər ölkə KİV-ində, istərsə də ictimai kuluarlarda özünə yer tapıb. Hələ 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ölkəmizdə keçirildiyi dövrdə bu cütlük ermənilərlə eyni “cəbhə”də yer alaraq sözügedən müsabiqənin baş tutmaması üçün bütün güclərini ortaya qoymuşdular. Həmin dövrdə heç bir “uğur” əldə edə bilməyən L.Yunusova məhz bu məğlubiyyətinin və ifşasının acığı ilə milli maraqlarımıza qarşı daha yüksək aqressivliklə düşmən kəsildi. Belə ki, hətta açıq-aşkar şəkildə ermənilərlə işbirliyinə gedərək, Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru Laura Baqdasaryanla şərikli layihələrə “baş vurması” onun əsl niyyətinin üstünə işıq salırdı. L.Yunusova bu “xidmətlər”inin qarşılığında əməlli-başlı “ödülləndirildi”. Yunusovlara qarşı aparılan cinayət təhqiqatında, eləcə də məhkəmə prosesində Arif və Leyla Yunusovların Bakıda, Praqada, Türkiyədəki şəxsi bank hesablarında külli miqdarda pul aşkarlanmışdı ki, bu pulların da məhz fərqli xarici dairələrdən oraya köçürüldüyü ortadadır. L.Yunusovanın sahib olduğu var-dövlətin miqyası da göstərir ki, özünü “zavallı hüquq müdafiəçisi” kimi qələmə verməyə çalışan bu şəxs illərdir ki, “zəhmətinin bəhrəsi”ni görüb.
Xədicə İsmayılovaya qeyri-şəffaf qrant axını xəyanətinin “ödül”ü idi...
Anti-azərbaycançı dairələrlə işbirliyində heç də Yunusovlardan geri qalmayan, ölkə maraqlarına qarşı səf tutmaqda isə bəzən onları belə üstələyən Xədicə İsmayılova da “beşinci kolon”unun öncüllərindən biridir. Azərbaycanın imicinə xələl yetirmək, şər atmaq, ləkə yaxmaq üçün növbə gözləyən X.İsmayılovanın ölkəmizə və xalqımıza qarşı olan münasibəti hər kəsə bəllidir. Belə ki, fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və xalqının maraqlarına zərbə vurmaq üçün fürsət gözləyən X.İsmayılova da xarici fondların elan etdiyi, əslində isə peşkəş etdiyi qrantlara sahiblənənlərdəndir. Bu məqamda xatırladaq ki, vaxtilə rəhbərlik etdiyi “Azadlıq” radiosunun Bakı bürosunda iqtisadi maxinasiyalara yol verən, nizamnaməyə zidd sərmayə əldə etmək uğruna ölkə qanunlarını pozan X.İsmayılova da məhkəmə qarşısında cavab verdi və məsuliyyətə cəlb edildi.
Ümumiyyətlə, xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova hər məqamda özünü “müstəqil” kimi qələmə verməyə çalışsa da, addımbaşı hansı maraqların əsiri olduğunu nümayiş etdirib. Maraqlıdır ki, hətta Qərbin bir sıra mühüm beynəlxalq qurumları belə hər zaman ölkəmizdə gedən inkişafı dəyərləndirdikləri halda X.İsmayılova ciddi-cəhdlə həmin qurumalara bunun əksini “sübut” etməyə çalışırdı. Əlbəttə ki, bu “dirəniş”in arxasında dayanan marağın nədən ibarət olması Azərbaycan cəmiyyətinə yaxşı bəlli idi.
Vurğulamaq yerinə düşər ki, bir müddət öncə X.İsmayılovanın ABŞ-dan olan bir sıra şəxslərə hansısa “siyahı” ötürməsi ilə bağlı yaranan qalmaqal zamanı da onun fəaliyyətinə dair bir sıra detallar elə radikal düşərgə təmsilçiləri tərəfindən ifşa edilmişdi. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu bildirmişdi ki, Xədicə İsmayılova faktiki olaraq AXCP-nin, xüsusilə də Əli Kərimlinin maraqlarını müdafiə edir. O qeyd etmişdi ki, “Azadlıq” radiosunun əməkdaşlarının əksəriyyəti Əli Kərimlinin mövqeyindən çıxış edirlər, birbaşa AXCP ilə əlaqəli işləyirlər...

Paylaş:
Baxılıb: 1120 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31