Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-də istefaların yeni “raund”u...

AXCP-də istefaların yeni “raund”u...

27.08.2015 [09:47]

Pərviz Sadayoğlu

Əli Kərimlinin mühafizəçisi partiyadan ayrılanları təhdid edir
Son dövrlər Əli Kərimlinin AXCP-də apardığı repressiv idarəçilik üsulu, eləcə də, fərqli fikirdə olan insanları hədəfə alaraq partiyadan qovması bumeranq effekti verib. Məlum olduğu kimi, avqustun 19-da Ə.Kərimlinin hədəfinə tuş olmuş keçmiş və hazırki partiya üzvləri bir araya gələrək AXCP sədrinə qarşı birlik nümayiş etdiriblər. Keçmiş sədr müavini Razu Nurullayevin rəhbərliyi altında narazı “cəbhə”çilər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaratdıqlarını bəyan ediblər. Onlar, eyni zamanda, Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını tələb ediblər.
Partiyanın rayon şöbələri bir-birinin ardınca Əli Kərimlidən imtina edir
Vurğulamaq lazımdır ki, məhz bundan sonra vaxtilə partiyadan qovulan gənclər, eləcə də, Ə.Kərimliyə yaxın qruplaşmanın rəhbərləri və partiya funksionerləri tərəfindən döyülən, təhqir edilən AXCP üzvləri bəyanat verərək R.Nurullayevlə bir yerdə olduqlarını bildiriblər. Eyni zamanda, fərdi istefalarla yanaşı, bir sıra rayon təşkilatlarının üzvləri kütləvi şəkildə Ə.Kərimlidən ayrıldıqlarını bəyan ediblər. Belə ki, Hövsan, Sumqayıt “cəbhə”çiləri artıq kütləvi şəkildə R.Nurullayevin yaratdığı AXCP-də təmsil olunmaq üçün müraciətlər ediblər. Ə.Kərimli isə ətrafındakı üç-beş insana qarşı hədə-qorxu gəlməklə, təhdid etməklə, guya, partiyasının “monolitliyini” qorumağa çalışır. Amma onun buna nail ola bilmədiyi, daha doğrusu, artıq öz yalanları ilə kimsəni aldatmaq iqtidarında olmadığı ortadadır. Bu məqamda vurğulayaq ki, əldə olunan məlumatlara görə, partiyanın digər rayon şöbələrinin də yaxın günlərdə bəyanat yayaraq R.Nurullayevin yanında yer alacağı gözlənilir.
AXCP-nin daha bir gənc üzvü Razi Nurullayevin yanında yer alıb...
Bu arada AXCP-nin Suraxanı rayon şöbəsinin gənc üzvü Cavid Nuriyev də istefa verərək Ə.Kərimlinin deyil, R.Nurullayevin yanında olduğunu söyləyib. O bildirib ki, son illərdə partiyada gördükləri artıq orada qalmasına imkan verməyib. C.Nuriyev partiya daxilində haqq-ədalətin tapdandığını söyləyib: “Razi bəyin yanındayam. Onu dəstəkləyirəm. Tam şəkildə kənara çəkilmişdim. Bu gün dostlarım Razi bəyin yanındadırsa, mən də onların yanındayam. Həmişə gözlədim ki, əqidəli bir təşkilat yaransın, mən də ona qoşulum. Bu gün onu tapdım”.
Əli Kərimlinin mühafizəçisi etirazçı üzvləri təhdid edir
Kimsəyə sirr deyil ki, Ə.Kərimlinin öz narazılığını bildirən, etiraz edən üzvlərə qarşı kampaniya aparması, onları təhdid etməsi adi hala çevrilib. Son günlərdə partiya üzvlərinin ard-arda bəyanat imzalayaraq istefa verməsi isə AXCP sədrinin yaxın ətrafının gedənlərə qarşı təhdidlərini daha da şiddətləndirib. Elə C.Nuriyev də deyilənləri təsdiqləyib. Onun sözlərinə görə, Ə.Kərimlinin mühafizəçisi onu təhdid edib: “Əli Kərimlinin mühafizəçisi olan, Suraxanı təşkilatının sədri Bəhruz məni təhdid edir. O, kimdir ki, məni təhdid etsin. O, partiyada olmayanda mən orada idim. Mənə deyir ki, sən narkomansan. Əli bəyin qəbuluna düşmək üçün dəfələrlə çalışdım. Şikayətimi çatdırmaq üçün... Amma mənə şans vermədilər”.
Əslində, öz partiya yoldaşını təhdid və şantaj etmək Ə.Kərimlinin əl atdığı köhnə “üsul”lardandır. Elə bu səbəbdəndir ki, R.Nurullayevin AXCP-ni yaratdığını və möhürü Ə.Kərimlidən alacaqlarını elan etməsi ilə partiya üzvləri kütləvi şəkildə onun yanında yer alırlar. Xatırladaq ki, bir müddət öncə partiyadan qovulan Ağaşirin Tanrıverdioğlu da AXCP funksionerləri tərəfindən döyülmüşdü. Hətta bununla bağlı zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

 
Paylaş:
Baxılıb: 1096 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30