Ana səhifə »  Müəlliflər »  Bu da sonun başlanğıcı
A+   Yenilə  A-
Bu da sonun başlanğıcı
Yazdı: Pərviz Sadayoğlu

Yaxud AXCP niyə iflas etdi?
Radikal müxalifət düşərgəsinin xəyanət yuvalarından birinə çevrilmiş AXCP-nin, eləcə də, sədr Əli Kərimlinin başının üstünü “qara buludlar” almaqdadır. Partiyanı şəxsi biznesinə çevirən, partiya üzvləri ilə kölə kimi davranan, eləcə də, avtoritar üsul-idarə ilə hər kəsi narazı salan Ə.Kərimlinin bu addımları təşkilat daxilində böyük etiraza səbəb olub. Son bir neçə ayda partiyanın bir sıra rəhbər funksioneri, eləcə də, gənclər Ə.Kərimlinin bu davranışlarına dözmədiklərini və kütləvi şəkildə partiyadan istefa verib ayrıldıqlarını açıqlayıblar.
Narazı partiya üzvləri avqustun 19-da mətbuat konfransı keçiriblər və yeni hərəkat yaratdıqlarını elan ediblər. Bir müddət öncə partiyadan istefa verərək ayrılan sabiq sədr müavini Razi Nurullayev qeyd edib ki, onlar AXCP adına iddia edirlər. Partiyada olan üzvləri də öz ətraflarına gətirə biləcəklərini bildirən R.Nurullayev artıq bununla bağlı danışıqların olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya da narazı kəsim təmsilçilik uğrunda mübarizə aparacaq və təmsilçiliyin onlara verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər: “Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün “cəbhəçi”lərin fikridir. Biz “cəbhəçi”lər çağırış edirik ki, Əli Kərimli və onun tərəfdarları partiyadan getsinlər. Və partiya yenidən demokratik düşüncəli insanlarla qurulsun”.
“Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını vicdansızcasına satmaqla məşğuldur”
Daha sonra tədbirdə narazı “cəbhəçi”lərin bəyanatı səsləndirilib. Bəyanatda vurğulanıb ki, “biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz”.
Bəyanatda o da qeyd edilir ki, narazı kəsimin məqsədi Azərbaycan Xalq Cəbhəsi Partiyasında daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Bundan başqa, vurğulanır ki, AXCP qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılırlar. Buna son qoyulmalıdır: “Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi “cəbhəçi”ləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər. Biz inanırıq ki, “cəbhəçi”lərin birliyi və səyi ilə AXCP-ni əsl sahiblərinə qaytaracağıq”.
Məclis üzvü Kamil Babayev də istefa verib
Bu arada AXCP-ni tərk edənlərin sayı da durmadan artır. Keçirilən mətbuat konfransından sonra bu proses daha da sürətlənib. AXCP-nin Qubadlı rayon şöbəsindən partiyanın Ali Məclisinin üzvü olan Kamil Babayev də Razi Nurullayevin təşkilatçılığı ilə təsis edilən AXCP-yə keçdiyini bəyan edib. O bildirib ki, 1990-cı ildən partiyanın üzvüdür: “Əli Kərimlinin tutduğu yolun uğurlu olmasına inancımı itirmişəm. Əminəm ki, partiya rəhbərliyi dəyişsə, ciddi nəticələrə səbəb olar. Bunun üçün də çağırış edirəm ki, AXCP-də gəncliyə yol açılsın. Çünki partiya içində gedən oyunlar, Əli Kərimlinin tənqidə dözümsüzlüyü, “cəbhəçi”lərlə müqayisədə kifayət qədər normal yaşayışı və apardığı siyasətin də şəxsi maraqlar və şəxsi istəkləri üzərində qurulması mənə digər yol qoymur. Bütün “cəbhəçi”ləri də ayıq-sayıq olmağa səsləyirəm”.
Partiyadan qopmalar davam edəcək
AXCP-də baş verənlər ümumən radikal düşərgəyə xas mənzərənin bir hissəsidir. Əli Kərimlinin timsalında illərdir ki, ənənəvi avtoritar idarəçilikdən və radikal düşüncədən ayrıla bilməyən partiya rəhbərliyinin yaratdığı mühit böyük etirazlara səbəb olur. Müsavat Partiyasında parçalanma ilə nəticələnən proses AXCP-də narazı kəsimin hazırkı sədrin istefası tələbi ilə müşayiət olunur. Ard-arda partiyadan qopmalar, gənclərin etiraz əlaməti olaraq istefa vermələri, Əli Kərimlinin şəxsi iradəsinə tabe olmayanların isə təşkilatdan qovulması özünü “demokrat” adlandıranların iç üzünü yenidən cəmiyyətə nümayiş etdirir. Daxili narazılığın tüğyan etdiyi AXCP-də qruplararası savaşın daha da şiddətlənməsi yaxın zamanda yeni qopmaların olacağını da istisna etmir. Vurğulamaq yerinə düşər ki, R.Nurullayevin rəhbərliyi altında yaradılan bu hərəkata artıq Ə.Kərimlinin “repressiya”sına məruz qalmış bir sıra keçmiş partiya üzvləri də qoşulublar. Yaxın zamanlarda onların sıralarının daha da genişlənəcəyi istisna edilmir.
Göründüyü kimi, artıq AXCP-də Ə.Kərimlinin törətdiyi özbaşınalıqların da sonu yetişməkdədir. Ə.Kərimlinin xarici ermənipərəst dairələrlə işbirliyi, onun ölkəmizə qarşı şər-böhtan kampaniyası aparması artıq öz partiyası daxilində də ona qarşı müxalifətin yaranmasına səbəb oldu. Necə deyərlər, illərdir cidanı çuvalda gizlətməyə çalışan Ə.Kərimli artıq özü özünü dalana sıxışdırıb...

 
 
  • Oxunub:  23850  |  
  • Tarix:  21-08-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7