Ana səhifə »  Müəlliflər »  Xəyanətkar Yunusov-Barseqyan ailəsinin ermənilərlə əməkdaşlığı sübuta yetirilib
A+   Yenilə  A-
Xəyanətkar Yunusov-Barseqyan ailəsinin ermənilərlə əməkdaşlığı sübuta yetirilib
Yazdı: Pərviz Sadayoğlu

Hələ Qarabağ müharibəsi dövründə ermənilərə casusluq edən bu ailə sonrakı fəaliyyətlərində də qan qohumlarına sədaqətini nümayiş etdirib
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Sülh və Demokratiya İnstitutu” adlı qurumun rəhbəri Leyla Yunusovaya və həyat yoldaşı Arif Yunusova hökm oxunub. Leyla Yunusova 8 il 6 ay, Arif Yunusov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Leyla Yunusova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə) və digər maddələrlə təqsirli biliniblər. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Arif Yunusov-Barseqyan erməni xüsusi xidmət orqanlarına xəbər daşıyırdı
Ermənilərlə şərikli layihələrə imza atan, Azərbaycanın dövlət dilinə, rəsmi atributlarına qarşı təhqirlər yağdıran L.Yunusovanın, sözün hər bir mənasında, azərbaycanlı olmadığı məhkəmə prosesinin gedişatında bir daha sübut olundu. Vaxtilə erməni mətbuatına açıqlamasında da soykökünün ermənilərə bağlı olmasını etiraf edən L.Yunusova bildirmişdi ki, anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Əri Arif Yunusovun anasının erməni olduğunu da etiraf edən L.Yunusova fəaliyyətinin bütün məqamlarında öz qan qohumlarına bağlılığını sübut edib.
Xatırlatmaq yerinə düşər ki, Arif Yunusovun atası Seyfulla Əbdüləhəd oğlu Yunusov erməni ailəsində böyüyüb boya-başa çatıb və orada tərbiyə alıb. A.Yunusov 1952-ci il martın 24-də Arşalyus Arsenovna Barseqyan adlı erməni qadınla evlənən S.Yunusovun oğludur. Arif Yunusovun yaxın qohumları bu günə qədər də Ermənistanda, işğal altında olan Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onlar orada Qarabağ savaşı zamanı - 1991-1993-cü illərdə məskunlaşıblar. Məsələn, Arif Yunusovun doğma dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın övladları, yəni Arif Yunusovun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə “Surik dayı”nın arvadı Kamella isə hələ də Şuşada yaşayırlar. Arif Yunusovun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan (əri Qrişa ilə birlikdə) isə bu yaxınlara qədər Rusiyanın Krasnodar diyarında yaşayıblar.
Ermənilərlə yaxın və möhkəm qan qohumluğu bağlarına malik olan bu adam Əbülfəz Elçibəyin prezidentliyi dövründə çox vacib və həlledici bir posta - Prezident Aparatında analitik informasiya idarəsinin rəisi təyin edilib. A.Yunusov 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirib. O, bu işlə üçüncü ölkələrin ərazisində və Azərbaycan Prezident Aparatının baş analitiki və informatoru qismində məşğul olub...
Leyla Yunusovanın Şuşa xəyanəti...
Leyla Yunusova - Barseqyan da ermənilərə xidmət sahəsində heç də ərindən geri qalmayıb. Vaxtilə Leyla Yunusovanın Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinə rəhbərlik etməsi isə bu xəyanətkar ailənin ermənilərin maraqlarına xidmətinin miqyasını daha da genişləndirdi. L.Yunusova Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. Şuşanın döyüşsüz təslim edildiyi günlərdə L.Yunusovanın “şəxsi döyüşçüləri” Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq bundan əldə etdiyi gəlirləri Almaniyadakı bank hesabına köçürürdü.
“Sülh və Demokratiya İnstitutu”, əslində, casusluq ünvanına çevrilmişdi...
Ümumiyyətlə, Leyla Yunusovanın erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. O, erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunusova Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Bundan başqa, onun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibətləri də olub.
O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. L.Yunusova Ermənistanın “Region” araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib.
L.Yunusova ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu “Sülh və Demokratiya İnstitutu”nun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib.
Amma qanunlardan qaçmaq olmur və hər bir xəyanətin gec-tez cəzası verilir. Bu gün L.Yunusovanın və həyat yoldaşının ədalət məhkəməsinin qarşısında dayanması da ədalətin təntənəsi sayılır.

 
 
  • Oxunub:  25680  |  
  • Tarix:  19-08-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7