Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin əmisi oğlu İŞİD-i Azərbaycana dəvət edir
A+   Yenilə  A-
Əli Kərimlinin əmisi oğlu İŞİD-i Azərbaycana dəvət edir
Yazdı: Pərviz Sadayoğlu

Yaxud AXCP sədri terrorçu qruplaşma ilə yaxınlaşmaqda hansı məqsədləri güdür?
Hər zaman Azərbaycan xalqının, dövlətinin maraqlarına əks mövqe tutan, dağıdıcılığı və bölücülüyü dəstəkləyən radikal müxalifət yenə də öz ampluasındadır. Belə ki, dağıdıcı düşərgə partiyalarından olan AXCP-nin üzvü, həmin partiyanın sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov facebook statusunda İŞİD-ə açıq-aşkar dəstək verən status paylaşıb. Statusunda dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən terror qruplaşması kimi tanınan İŞİD-ə müraciət edən İ.Kərimov bu terror qruplaşmasını Azərbaycana dəvət edib: “İŞİD heç də hər adamın başını kəsmir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən, İŞİD...”
Yeri gəlmişkən, sosial şəbəkədə terroru, terrorçuluğu dəstəkləyən fikirlər paylaşan İ.Kərimov hazırda Fransada yaşasa da, Ə.Kərimlinin ən yaxınlarından hesab olunur. AXCP sədrinin əmisi oğlu olması ilə yanaşı “mühacirət biznes”indəki ortağı sayılan İ.Kərimov hələ də AXCP-nin rəhbərliyində təmsil olunur və partiya üzvüdür.
Vurğulamaq lazımdır ki, terrora çağırış olan bu statusu bir sıra AXCP üzvləri də “bəyəniblər”. Bu isə bir daha həmin partiyanın, eləcə də, onun rəhbərliyinin sabitliyə qənim kəsildiyini, xalqımıza, dövlətimizə qarşı kinlə silahlandığını göstərir.
Terrora çağırış edən İnqilab Kərimovla əmisi oğlu Əli Kərimli eyni ideologiyaya xidmət göstərirlər
Əslində, AXCP-nin, həmçinin, onun sədri Əli Kərimlinin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti heç də öz əmisi oğlundan fərqlənmir. Eyni “ideologiyanın” daşıyıcıları olan bu iki əmioğlunun siyasi fəaliyyətlərinin mahiyyəti məhz terrorizmə, dağıdıcılığa, xaosa söykənir. Daha doğrusu, illərdir ki, Azərbaycan dövlətinə düşmən kəsilən, fərqli xarici maraqların danışan dilinə, siyasi alətinə çevrilən, eləcə də, ölkədə qarşıdurma yaratmaq cəhdləri göstərən AXCP və onun sədri Əli Kərimlinin siyasi kimliyinin üzərinə məhz bu cür “maraqlı fakt”larla işıq düşür. Ona siyasi bağlılıq baxımından ən yaxını sayılan bir sıra şəxslərin milli-mənəvi dəyərlərdən uzaq olması, kriminal hadisələrə bulaşması faktları da kimsəyə sirr deyil. Ə.Kərimlinin əmisi oğlunun məhz İŞİD-ə müraciətlə terrora çağırış etməsi isə onların hansı məqsədlərə xidmət göstərdiyini bir daha ortaya qoyur.
Yəni, erməni lobbisi, eləcə də, digər anti-azərbaycançı dairələrin sifarişləri əsasında daima siyasi qarşıdurma yaratmaq, xalq arasında bölücülük toxumu səpmək istəyən Əli Kərimli və onun partiyadaşları terrora çağırışı dəstəkləməklə siyasi müxalifət olmadıqlarını sübut etmiş oldular.
Əli Kərimli və onun “doğmaları”nın məqsədi Azərbaycanda xaos yaratmaqdır...
Maraqlıdır ki, radikal müxalifət düşərgəsi, o cümlədən də bu düşərgənin əsas “siyasətbazlar”ından sayılan Əli Kərimli fərqli məkanlarda, fərqli coğrafiyalarda baş verən mənfi tendensiyaları, siyasi və vətəndaş qarşıdurmasını, çevrilişləri, terroru və digər dağıdıcı amilləri Azərbaycana “dəvət” etməkdən usanmırlar. Yəni, xarici ölkələrdə fərqli maraqların əli ilə baş verən çevrilişlərdən ruhlanaraq gündə bir rəngə, bir dona düşən Əli Kərimli və onun “doğmaları”nın məqsədi Azərbaycanda xaos yaratmaqdır. Bu dəfə isə İŞİD-ə müraciətlə terrora çağırış edən bu ünsürlərin məqsədi Azərbaycanda olan dünyəvi, demokratik, azad dövlətçiliyə qarşı marıqda yatan islamofob, anti-azərbaycançı qüvvələrlə işbirliyi qurmaqdır.
Vurğulandığı kimi, hələ bir neçə il öncə yaxın və uzaq coğrafiyada baş verən çevrilişləri və qarşıdurmaları özlərinə “nümunə sayan”, ərəb baharı, məxməri, qızılgül və başqa adlarla kodlandırılan “çevriliş layihələri”ni Azərbaycana gətirmək üçün çaba göstərən radikal düşərgə təmsilçiləri fiaskoya uğramışdılar. Bu dəfə isə terroru dəstəkləməklə, onu ölkəmizə “dəvət etməklə” onlar kimlərə nökər olduqlarını öz əməlləri və fikirləri ilə açıq şəkildə nümayiş etdirirlər. Daha dəqiq desək, özlərinə “demokrat” adı vermiş bu “dil pəhləvanlar”ının, əslində, terroru dəstəkləyənlər olduqlarını özləri etiraf edirlər...
“Bulanıq suda balıq tutmaq istəyi” və ya AXCP sədri terrora “qucaq açmaqla” hansı məqsədi güdür?
Digər tərəfdən, “terror sevdalısı” olduğunu nümayiş etdirən Əli Kərimli və onun əmisi oğlu İnqilab Kərimovun İŞİD-ə bu cür “maraq” göstərməsi daha bir faktı ortaya çıxarır. Qeyd etdiyimiz kimi, bu şəxslər hər zaman ölkədə qarşıdurma yaratmaq üçün bütün vasitələrə əl atıblar. Bunun yeganə səbəbi isə həmin şəxslərin “bulanıq suda balıq tutmaq istəyi”dir. Yəni, Azərbaycanda siyasi böhran arzusunda olanlar hər hansı bir qarşıdurmadan istifadə edərək öz istəklərini, məramlarını həyata keçirmək, satqınlıq, xəyanət qarşılığında maddiyyat qazanmaq arzusundadırlar. Digər tərəfdən, terror dəstəkçisi, İŞİD “sevdalısı” Kərimovların bu arzu-istəyə düşməsi birinci dəfə deyil. Hələ 1992-ci ildə ölkədə vətəndaş qarşıdurması yaradaraq dövlət maraqlarını öz şəxsi mənafelərinə qurban verənlər dövlətçiliyimizi təhlükə qarşısında qoyub qaçmamışdılarmı? Bu gün İŞİD-in baş kəsməsinə haqq qazandıran Kərimovlar 1992-ci ildə günahsız insanları öz siyasi oyunlarına qurban verməmişdilərmi? Bir sözlə, məhz həmin dövrdə siyasi qarışıqlıqdan istifadə edərək ətraflarına qoçu dəstəsi, terror qrupları toplayaraq çapqınçılıqla məşğul olan Kərimovlar bu gün eyni halı İŞİD-in köməkliyi ilə həyata keçirməyə niyyətləniblər. Vaxtilə Azərbaycan xalqını təhlükə qarşısında köməksiz qoyub qaçanlar indi də eyni məqsədə xidmət göstərdiyini açıq şəkildə büruzə verirlər. Sadəcə, onlar bir şeyi unudurlar ki, Azərbaycan dövləti 1992-ci ildə olan Azərbaycan dövləti deyil. Bu gün dövlətimiz bütün təhlükələrin öhdəsindən gələcək qüvvədədir və Kərimovların terrora söykənən arzuları, sadəcə, sabun köpüyündən başqa bir şey ola bilməz...
Ötən il rəhbərlik etdiyi partiyanın mitinqində İŞİD bayrağı qaldıran Əli Kərimli yenidən terrorçularla şərikliyə niyyətlənib
Əslində, bu gün Əli Kərimlinin İŞİD-ə qarşı “sıcaq münasibət” sərgiləməsini təsadüf saymaq olmaz. Xatırladaq ki, hələ bir il öncə - ötən ilin oktyabr ayında Əli Kərimlinin qondarma “Milli şura” ilə birgə keçirdiyi icazəli mitinqdə də İŞİD bayrağı qaldırılmışdı. Həmin vaxt ictimai qınaq, cəmiyyətin sərt təpkisi Ə.Kərimlini, guya, bu bayraqdan xəbəri olmadığını deməyə məcbur etmişdi. Amma görünən budur ki, ötən il İŞİD-ə qarşı sevgisini tam açıqlaya bilməyən AXCP sədri indi əmisi oğlunun vasitəsilə bunu həyata keçirməyə çalışır.
Ümumiyyətlə, “İŞİD” adlanan terror qruplaşmasına qarşı bu cür təmtəraqlı sevgi Əli Kərimlinin yeni xüsusiyyətlərini ortaya qoymaqdadır. Yuxarıda qeyd olunduğu kimi, torpaqlarımızı işğal edən ermənilərlə işbirliyi qurmaqdan belə çəkinməyən AXCP sədri artıq terrorçu təşkilat kimi xarakterizə olunan qurumlarla da “şərik” olmağa niyyətlənib. Amma xalqımız hər zaman radikal düşərgənin bu cür çirkin oyunlarına öz etirazını bildirib. Bu cür çirkin oyunlara meyil edən, sivil siyasi mübarizədən çəkinən radikal düşərgə təmsilçiləri isə belə əməlləri ilə növbəti dəfə özlərini biabır və ifşa edirlər.
Avropa terrora çağırış edən İnqilab Kərimovu deportasiya edəcəkmi?
Digər tərəfdən, Fransada sığınacaq alaraq yaşayan İnqilab Kərimovun İŞİD-ə dəstək verməsi, terror çağırışında bulunması, günahsız insanların qətl edilməsinə haqq qazandırması, yəqin ki, Avropanı da qayğılandırmalıdır. Əvvəla ona görə ki, guya, “təqiblərdən yaxa qurtararaq Avropaya pənah aparan” bu “demokrat”ın hansı mənəviyyata malik olması bir daha ortaya çıxdı. Yəni Azərbaycan dövlətinə qarşı şər-böhtan kampaniyası aparan, guya ölkəmizdəki “antidemokratik” mühitdən qaçdığını iddia edən bu şəxsin terrora meyilli olması, əslində, onun kimliyinin göstəricisi sayılır. Bir sözlə, bu amil Kərimovların cinayətə, terrora meyilli insanlar olduğunu təsdiqləyir.
Və heç şübhəsiz ki, bu məsələ İnqilab Kərimova sığınacaq verən dövlətin rəsmilərini də düşündürməlidir. Avropanın terrorçu şəbəkəyə aşkar dəstək verən İ.Kərimovu deportasiya edib-etməyəcəyini isə zaman göstərəcək.

 
 
  • Oxunub:  21630  |  
  • Tarix:  18-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6