Ana səhifə »  Müəlliflər »  Daha bir şahid Xədicə İsmayılovanın yalanlarını ifşa edib
A+   Yenilə  A-
Daha bir şahid Xədicə İsmayılovanın yalanlarını ifşa edib
Yazdı: Pərviz Sadayoğlu

Ona qarşı irəli sürülən çoxsaylı ittihamlar şahid ifadələri ilə sübuta yetirilir
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, məhkəmədə ilk olaraq, şahid qismində “Azadlıq” radiosunun sürücüsü işləmiş Nurəddin Eyvazov ifadə verib. O, “Azadlıq” radiosunda işləməsi barədə dövlət ittihamçısının suallarını cavablandırıb. N.Eyvazov radioya işləmək üçün Xədicə İsmayılova tərəfindən dəvət edildiyini bildirib.
Daha sonra digər şahid məhkəmədə iştirak etmədiyi üçün X.İsmayılova ifadə verməkdən imtina edib. O bildirib ki, bütün şahidlər ifadə verdikdən sonra ifadə verəcək.
Hakim R.Allahverdiyeva isə şahidin həmin gün məhkəməyə gəlməsinin mümkün olmamasını onun ölkədən kənarda olması ilə izah edib. Hakim prosesin avqustun 13-də davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Vurğulamaq lazımdır ki, istər Xədicə İsmayılovanın “jurnalist” kimi fəaliyyəti, istərsə də şəxsi həyatı ilə bağlı zaman-zaman ölkə KİV-ində müxtəlif məlumatlar yer alıb.
Bildirilib ki, intriqaçılıq, kosmopolitlik kimi xüsusiyyətlər, eyni zamanda, qeyri-normal həyat tərzi, ailə, cəmiyyət qarşısında məsuliyyət hissinin olmaması, milli-mənəvi dəyərlərə ironik münasibət X.İsmayılovanın portretinin əsas ştrixləri sayıla bilər. Onun işlədiyi radionun ofisində baş verənlər haqqında isə kənar şəxslər deyil, elə radionun keçmiş əməkdaşları zaman-zaman danışıblar. Təbii ki, radionun əməkdaşlarının belə hallara etirazı heç bir fayda vermirdi, çünki X.İsmayılova radio rəhbərliyi tərəfindən dəstəklənir, ona qarşı çıxanları müxtəlif üsullarla susdururdu. İndi məhkəmə prosesində irəli sürülən iddialar məhz X.İsmayılovanın yaşam tərzinin həmin “müzakirə obyektinə çevrilən” hissələridir desək, yanılmarıq. Bu mənada istər şahidlərin ifadələri, istərsə də istintaqın ortaya çıxardığı faktlar X.İsmayılova haqqında əsl həqiqətlərin aşkar olunmasına yardımçı olur.
O ki qaldı X.İsmayılovaya qarşı irəli sürülən iqtisadi xarakterli iddialara, bu haqda da istər siyasi və mətbu kluarlarda, istərsə də dövri nəşrlərdə zaman-zaman bəhs edilib. Radionun Bakı bürosunun keçmiş əməkdaşlarından birinin şikayəti əsasında həmin radioda aparılan araşdırma zamanı aydın olub ki, X.İsmayılova yol verdiyi cinayətləri “jurnalist fəaliyyəti” ilə pərdələməyə çalışırmış. Ancaq Azərbaycan hüquqi dövlətdir və Xədicə İsmayılovanın peşə fəaliyyəti onu törətdiyi cinayətin məsuliyyətindən azad etmir. Sabiq əməkdaş şikayətində Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə arasında bölüşdürdüyünü bildirib.
Aparılan yoxlamalar da “Azadlıq” radiosunun Azərbaycan xidmətinə kənar mənbələrdən qeyri-qanuni maliyyənin cəlb olunduğunu təsdiqləyib. Radioya kənar maliyyənin cəlb edilməsi isə Nizamnaməyə ziddir. Məhz bu qaynaqlardan gələn maliyyə gizli saxlanılıb və rəsmiləşməyib. Bu isə qeyri-şəffaf, korrupsiyaya söykənən fəaliyyətdir.
Təbii ki, radionun Azərbaycan xidmətindəki maliyyə pozuntularının radionun “aparıcı siması” sayılan və bir müddət radioya başçılıq edən X.İsmayılovanın iradəsindən kənarda baş verdiyini düşünmək sadəlövhlük olardı. Çünki haqqında bəhs olunan maliyyə pozuntuları hazırda davam edən məhkəmə prosesində ona qarşı sürülən iddialarda öz əksini açıq şəkildə tapmaqdadır.
O da məlumdur ki, bu qanunsuz əməllərə bulaşmış, çirkin əməllərin iştirakçısına çevrilmiş X.İsmayılova həm də anti-azərbaycançı mərkəzlərlə yaxın əlaqədə olub. Erməni lobbisinin və bu lobbinin maraqlarının açıq dəstəkçisi və müdafiəçisi qismində çıxış etməyi özünə “peşə borcu” sayan X.İsmayılova iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan xalqının, dövlətinin mənafeyinə qarşı mövqe tutub. Onun antimilli dairələrdən aldığı qeyri-qanuni maliyyənin əsasında da məhz bu amil dayanır.
Ona görə də, Azərbaycanın uğurlarına qara yaxmağa çalışan, qeyri-qanuni fəaliyyəti qarşılığında isə külli-miqdarda maliyyə qazanan X.İsmayılovanın bu gün qanun qarşısında cavab verməsi hüququn aliliyinin göstəricisidir.

 
 
  • Oxunub:  23730  |  
  • Tarix:  13-08-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7