Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayılovanın əməlləri şahid ifadələri ilə təsdiqini tapır
A+   Yenilə  A-
Xədicə İsmayılovanın əməlləri şahid ifadələri ilə təsdiqini tapır
Yazdı: Pərviz Sadayoğlu

Fərqanə Rəsulova Tural Mustafayevin Rövşanə adlı xanımla nişanlanmasından sonra Xədicə İsmayılovanın Turala təzyiqlər göstərdiyini bildirib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, prosesdə şahid ifadələri dinlənilib.
İlk olaraq prosesdə şahid qismində Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova ifadə verib. F.Rəsulova bildirib ki, T.Mustafayev Göyçayda yaşayarkən onun ailəsi ilə münasibətləri yaxşı olub, psixi xəstəliyi olmayıb. O, ifadəsində qeyd edib ki, Turalın intihara cəhdlərinin şahidi olmayıb. Şahidin sözlərinə görə, Bakıya gəldikdən sonra Turalın ailəsinə qarşı münasibətlərində soyuqluq yaranıb və bir müddətdən sonra o, ailəsindən ayrılıb.
F.Rəsulovanın sözlərinə görə, qızı həmin vaxt bildirib ki, Turalın həyatında başqa bir qadın olduğuna görə onda ailəsinə qarşı soyuqluq yaranıb.
Sonra hakim prosesdə F.Rəsulovanın istintaqa ilkin ifadəsini elan edib. F.Rəsulova ifadəsində bildirib ki, T.Mustafayev “Azadlıq” radiosunda çalışdığı zaman radioda X.İsmayılova adlı xanım geniş imkanları olduğu üçün Turala işlərində köməklik göstərib. O bildirib ki, Tural Mustafayevin Rövşanə adlı xanımla nişanlanmasından sonra Xədicə İsmayılova ona təzyiqlər göstərməyə başlayıb. F.Rəsulova məhkəmədə ifadəsini təsdiq etdiyini deyib.
Sonra Zemfira Əliyeva, Fərəh Əliyeva, Esmira Cavadova və Cavid Abdullayev şahid qismində ifadə veriblər. Şahidlərin dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırmalarından sonra proses yekunlaşdırılıb. Məhkəmə prosesi bu gün davam etdiriləcək.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Ümumiyyətlə, gah “jurnalist”, gah “QHT rəhbəri” donunda, gah da “hüquq müdafiəçisi” kimi zühur edən Xədicə İsmayılovanın hər zaman Azərbaycanın dövlət maraqlarına qarşı olan qüvvələrin mənafeyini qorumaq, maddi təminat qarşılığında ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasında iştirak etmək üçün hazır olduğu hər kəsə bəllidir.
Bundan başqa, X.İsmayılova Azərbaycanın milli maraqlarına qarşı “silah” kimi işlədilən, erməni təxribatının əsas dəstəkçisi və ölkə daxilində “beşinci kolon” nümayəndələrinin əsas “danışan dili” sayılan “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu zamanlarda da bir sıra korrupsiya əməllərinə yol verib ki, bu da ona qarşı irəli sürülən ittihamlarda öz əksini tapıb. Məhz ofisin sabiq əməkdaşlarından birinin şikayəti ilə başlanan yoxlamalarda “Azadlıq” radiosunun Bakı xidmətinin şəffaf fəaliyyət prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxmışdı. Şikayətdə büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü bildirilirdi. Qeyd edildiyi kimi, radionun fəaliyyətinə nizamnaməyə zidd olaraq kənar maliyyə cəlb edilib. Bu isə X.İsmayılovanın məhz qeyri-qanuni fəaliyyətinin sübutu sayılır. Nəzərə alsaq ki, bu radionun fəaliyyətində xarici donorların maddi təminatı əsas rol oynayırdı, demək ki, X.İsmayılova bununla kifayətlənməyib başqa “mənbələr”dən də qidalanırmış.
Şikayət əsasında o da ortaya çıxıb ki, radionun Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. Məhz bu mərhələdə şəffaflıq pozulub.
Bəli, bu baş verənlər X.İsmayılovanın birbaşa antimilli mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı pullu xidmətlər göstərdiyini bir daha ortaya çıxarır. Məlum olur ki, X.İsmayılovanın sevdiyi “korrupsiya” sözü, sən demə, onun özünün əməlinin əsas prioriteti imiş. Yəni, hamını korrupsiyada ittiham edən Xədicə İsmayılovanın özü korrupsiya mənbəyi imiş. İllərdir ki, ermənipərəst dairələrlə, konkret olaraq bir neçə mərkəzlərlə əlbir olan və Azərbaycanın milli mənafeyinə qarşı cəbhə açan X.İsmayılova və digər korrupsiya bataqlığında can verənlər “demokratiya” məfhumunu yalnız öz şəxsi mənfəətləri üçün əzbərləyiblər.
Bir sözlə, xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycana qara yaxmağa həsr edən bu şəxsin hansı əməlləri törətdiyi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Və onun əməlləri keçirilən məhkəmə prosesi zamanı şahid ifadələri ilə öz təsdiqini tapır.

 
 
  • Oxunub:  20670  |  
  • Tarix:  12-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik

19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub
19 Sentyabr 10:26
Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim
19 Sentyabr 10:25
SOCAR Gürcüstana təbii qaz tədarükü ilə bağlı məsələləri müzakirə edib
19 Sentyabr 10:20
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir
19 Sentyabr 10:17
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir
19 Sentyabr 10:12
Bakıda IX Beynəlxalq “Caspian Energy Forum – 2019” işə başlayıb
19 Sentyabr 10:05
"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə
19 Sentyabr 09:27
AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir
19 Sentyabr 09:24
İLHAM ƏLİYEV yolu
19 Sentyabr 09:21
Əhalinin məşğulluq səviyyəsinin artırılması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
19 Sentyabr 09:18
Nikol Paşinyan yoxsulluqdan əziyyət çəkən əhalini yalan vədlərlə aldadır
19 Sentyabr 09:16
Gənclər üçün Təhsil Mərkəzi üç ölkədə beynəlxalq layihə icra edir
19 Sentyabr 09:14
YAP Xızı rayon təşkilatı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib
19 Sentyabr 09:11
Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə bağlı mühüm layihələr reallaşdırılır
18 Sentyabr 23:01
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
18 Sentyabr 22:53
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
18 Sentyabr 20:55
Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır
18 Sentyabr 20:37
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
18 Sentyabr 20:31
BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır
18 Sentyabr 20:29
QDİƏT PM-in komitə iclasında Azərbaycanda vergi sistemində aparılan islahatlardan danışılıb
18 Sentyabr 20:27
Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
18 Sentyabr 20:25
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18 Sentyabr 20:24
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 20:16
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
18 Sentyabr 20:13
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” mənim gözlərim önündə ərsəyə gəlib
18 Sentyabr 20:08
Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir təşkil olunub
18 Sentyabr 20:06
Dövlət Komissiyası: Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadiləsinə hazırdır
18 Sentyabr 20:04
Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
18 Sentyabr 20:02
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
18 Sentyabr 20:00
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
18 Sentyabr 19:56
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusuna həsr olunub
18 Sentyabr 17:56
Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi
18 Sentyabr 17:54
Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
18 Sentyabr 17:52
Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18 Sentyabr 17:50
Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək
18 Sentyabr 17:48
Rauf Əliyev: “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı
18 Sentyabr 17:47
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 17:33
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiqlənib
18 Sentyabr 17:32
“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT
18 Sentyabr 17:28
“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək”
18 Sentyabr 17:24
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+27 +31
gecə+18 +21