Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin və “Azadlıq” qəzetinin acı məğlubiyyəti...
A+   Yenilə  A-
Əli Kərimlinin və “Azadlıq” qəzetinin acı məğlubiyyəti...
Yazdı: Aqşin Şahinoğlu

Bütün siyasi karyerasını yalan və böhtan üzərində quran AXCP sədri ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən ifadə olunan həqiqətlər qarşısında aciz qalaraq rəhbərlik etdiyi qəzetin internet saytında “Şərhlər” bölməsini ləğv edib
AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi “Azadlıq” qəzetinin ölkəmizə qarşı bəzi anti - azərbaycançı, ermənipərəst dairələr tərəfindən həyata keçirilən şər kampaniyasının əsas təbliğat vasitələrindən biri olması ilə bağlı ölkə mətbuatında dəfələrlə kifayət qədər ciddi arqument və faktlara söykənən yazılar yer alıb. Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkə daxilində baş verən müsbət hadisələrə, o cümlədən, həyata keçirilən uğurlu siyasi, iqtisadi islahatlara kölgə salmaq, ictimai fikri yanlış yönləndirmək üçün “qara piar” kampaniyası həyata keçirmək bu qəzet üçün məlum dairələr tərəfindən müəyyənləşdirilmiş və hazırda icra olunan başlıca vəzifədir. Qısacası, onu deyə bilərik ki, dünyanın hansı ölkəsində Azərbaycan dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal “Azadlıq” qəzetinin səhifələrində görünür. Bu qəzetdə özünə yer tapan, demək olar ki, hər bir məqalədə hədəf Azərbaycan dövlətçiliyi olur. Üstəlik, bu, sadəcə, qəzet əməkdaşlarının qələmə aldığı yazılarla məhdudlaşmır. Ötən yazılarımızda “Azadlıq” qəzetinin internet səhifəsində “Şərhlər” bölməsinin ləğv olunması ilə bağlı məsələyə toxunmuşduq. Hələ bir müddət əvvəl özünün internet versiyasında “Şərhlər” bölməsini yerləşdirməklə, guya, qəzet “demokratik ruh”unu, qarşı fikrə də yer verdiyini nümayiş etdirməyə, həmçinin, Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən bir qrup qaragüruhçunun yazdıqları qərəzli şərhlərin sayını süni artırmaqla ölkədə guya kifayət qədər narazı elektorat olduğunu, bu qrupun isə məhz Əli Kərimlinin ətrafında birləşdiyini göstərməyə çalışırdı. Amma Əli Kərimlinin və “Azadlığ”ın bu istəyi baş tutmayanda “Şərhlər” ləğv olundu...
“Azadlığ”ın paradoksları...
“Azadlıq” qəzeti “Şərhlər” bölməsinin ləğvinin səbəbləri ilə bağlı yazdığımız məqaləyə cavab yazısında qeyd etmişdi ki, guya bu hansısa texniki məsələlərlə bağlıdır. Həmçinin, vurğulanırdı ki, bu bölmə yaxın zamanlarda bərpa olunacaq. Sitat: “Azadlıq”da şərhlər bölümü bərpa olunacaq və bu, müəyyən texniki çətinliklərlə bağlıdır”.
Təbii ki, bu “açıqlama”nın yalan olması elə ilk andaca aydınlaşır. Çünki əvvəlcə bunu “texniki səbəb”lə əlaqələndirən qəzet, görünür, öz yalanına özü də inanmayıb ki, bir neçə cümlədən sonra başqa bir yalanı dilə gətirməyə məcbur qalıb. Məqalədən sitat: “Gələk məsələnin əsas səbəbinə. Agah olun ki, “Azadlığ”ın saytındakı şərhlərin yığışdırılmasına səbəb də hakimiyyətdir. Belə ki, hakimiyyətin 50 qəpiklik şərh yazanları hər dəfə şərh bölümünə təhqirlər, əxlaqsız ifadələr yazırlar. Biz isə oxuculara hörmət etdiyimiz üçün bu şərhləri silirik”.
El dilində çox tez-tez işlədilən “ağ yalan” ifadəsi bu absurd bəhanəyə münasibətdə lap yerinə düşər. Çünki az sonra təqdim edəcəyimiz nümunələrdən də göründüyü kimi, əqidəli və sağlam gənclər tərəfindən Əli Kərimlinin və onun rəhbərlik etdiyi “Azadlıq” qəzetinin yarıtmaz və xəyanətkar fəaliyyətini tənqid edən, dövlətimizin uğurları və əldə olunmuş böyük nailiyyətlər haqqında yazılan bu şərhlərdə heç bir təhqir elementi yoxdur və tamamilə dəfələrlə təsdiqini tapmış faktlara söykənir. Əksinə, sosial şəbəkələrdə, o cümlədən də, “Azadlıq” qəzetinin internet saytında təhqirlərə məhz Əli Kərimlinin saxta profillər altında gizlənmiş “komandası” yol verir. “Atilla Daşqın”, “Miri Cabbarov”, “Merri K.va”, “Rasim Kara”, “nümayəndə”, “Kənan” profilləri bunların sadəcə bir neçəsidir. Hətta bu profillərin birbaşa Əli Kərimlinin özü və onun müavinləri tərəfindən istifadə edildiyinə dair müxtəlif məlumatlar da var. Bunlar isə Kərimlinin ikinci bəhanəsinin də sabun köpüyündən başqa bir şey olmadığını göstərir. Elə isə, AXCP sədri şərhlərdən niyə narahat olub?
Qəzetin cavab yazısında yer alan aşağıdakı fikirlər səbəbin nə olduğunu ortaya qoyan etirafdır: “...hakimiyyətin muzdlu şərh yazanları həmişə hakimiyyəti ifşa edən materiallara qarışqa kimi daraşırlar və çaşqınlıq yaratmaq istəyirlər. İndi həmin “əlaltı şəbəkə”nin fəaliyyəti məhdudlaşıb”.
Əlbəttə, normal məntiqlə bu 3 “izahat” arasında çox ciddi ziddiyyətlər var və burada rabitə axtarmaq müşkül məsələdir. Amma “Azadlıq” qəzetinə bütün siyasi karyerası məğlubiyyətlərlə dolu olan Əli Kərimlinin şəxsən özünün rəhbərlik etdiyini nəzərə alsaq, onda bu qəzetdən məntiqli bir açıqlama gözləmək də başqa bir müşkülə çevrilir. Onların açıqlamadığı gerçək isə əslində 3-cü cavabda özünü göstərir - Əli Kərimli gənclərin həqiqəti onun üzünə üfürməyindən qorxub.
“Doğma divarlar arasında” növbəti məğlubiyyət...
Boş qazan daha gur səs çıxarar. Əli Kərimlinin hay-küyü də quru gurultudan başqa bir şey deyil. Özünü müxalifətin “şəriksiz lideri”, rəhbərlik etdiyi qəzeti isə bu düşərgənin əsas mətbu ruporu adlandıran Kərimlinin özündən böyük iddiaları zaman keçdikcə, situasiya yetişdikcə iflasa uğrayır. Və şərait onun nə dərəcədə zəif olduğunu sübuta yetirir.
Vurğuladığımız kimi, “Azadlıq” qəzeti “Şərhlər” bölməsini yaradarkən, qarşısına qoyduğu məqsədə çata bilmədi. Necə deyərlər, Əli Kərimlinin “evdəki hesabı bazarda tutmadı”. Onun manipulyasiya cəhdi bumeranq effekti ilə özünə qayıtdı. Çünki daim dövlətinin yanında olan əqidəli gənclər AXCP və onun mətbu orqanının yalanlarının ayaq tutub yeriməsinin qarşısında sədd çəkdilər. Həmçinin, əks arqumentlərlə xaricdən dəstəklənən və ölkəmizə qarşı fəaliyyət göstərən “beşinci kolon” təmsilçilərini ifşa etdilər. Futbol leksikonu ilə desək, Əli Kərimli hətta öz doğma meydanında da məğlubiyyətə uğradı. O, “50 qəpiklik şərh yazanlar” adlandırdığı gənclər qarşısında dura bilmək cəsarəti və gücünə sahib olmadığını göstərdi. Çünki yalanı müdafiə etmək, bu yalandan yapışıb böyük görünmək mümkün deyil. Gözlənilən məğlubiyyəti gecikdirmək üçün isə Kərimli və onun buyruq qulları əvvəlcə öz maraqlarına uyğun olmayan şərhləri pozmaq qərarına gəldilər. Gənclərin öz şərhlərinin bu bölmədə görünməməsi ilə bağlı çoxsaylı şikayətlərindən sonra bu dəfə bu şərhləri “filtr”dən keçirib bölməyə yerləşdirməyə çalışdılar. Bunu da bacarmayınca (bu proses kifayət qədər vaxt, bacarıq və işçi potensialı tələb edir. “Azadlıq”da isə bu işləri görmək qabiliyyətinə və həvəsinə sahib işçi tapılmır - A.Ş.) çarəni işi kökündən həll etməkdə tapdılar.
“Şərhlər”də nələr yazılıb?
İndi isə Əli Kərimlini narahat edən, gənclərin “qarışqa kimi daraşdığı” mövzulara diqqət yetirək. Onda “Azadlığ”ın “Şərhlər”ə niyə birdəfəlik “əlvida” deməsinin səbəbləri də daha aydın olar. Məsələn, qəzetin şərhlər bölməsində Fuad Ağayev adlı oxucunun yazdıqları xüsusilə diqqətə layiqdir. Burada Əli Kərimlinin “Azadlıq” qəzetinin gəlirlərini necə və hara xərcləməsi ilə bağlı məlumat verilir. Şərhdə deyilir: “Azadlıq” qəzeti 50 qəpiyə satılır 6000 tirajla. Məntiqcə günə 3000 manat gəlir var. Aya isə təxminən 90 min manat. Bu pulla bütün ofis və işçilərin xərclərini təmin etmək olar. Hətta əlavə də 20 000 qala bilər. Amma “Azadlıq” qəzetində insanların maaşları ödənilmir, insanlar kasıbçılıqdadırlar. Yəqin Əli Kərimli Bristolda oxutduğu oğlunun illik haqqını verir, Cəmil Həsənli öz cibinə qoyur, sonunda isə adi əməkdaşa qəpik də çatmır” (şəkil - 1).
Yaxud 08.06.2015-ci il tarixdə yerləşdirilmiş “Hökumət pərtliyinin motivi aydındır” sərlövhəli məqalənin “Şərhlər” bölməsində isə yuxarıda əksini tapan bəzi məlumatlar daha geniş və əhatəli diqqətə çatdırılır: “Nərgiz İsmayılova: Ən böyük korrupsioner Əli Kərimlinin özüdür. 20 ilə yaxın (1993-cü ildən bəri) heç bir yerdə işləməyən şəxsin - Əli Kərimlinin övladı Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili ala bilməz. Ən azı ona görə ki, bunun üçün külli miqdarda pul tələb olunur. İngiltərəyə, Almaniyaya, yaxud Fransaya yalnız uçuş xərcləri 850-900 manatdır. Mən hələ orda qalmağı, təhsil almağı, nəqliyyat, yemək xərclərini demirəm. Maraqlıdır ki, Əli Kərimlinin oğlu Türkel Birləşmiş Krallığın Klifton şəhərindəki Bristol Universitetində oxuyur, özü də hüquq fakültəsində. Təəccüblüdür, heç bir yerdə işlmədəyini bəyan edən, işləməməsinə görə də hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Əli Kərimlinin oğlu, Avropa dövlətlərində necə, hansı vəsaitlə təhsilini davam etdirir?” (şəkil - 2).
Doğrudan da maraqlı sualdır. Amma əminik ki, Ə.Kərimli bu suala heç vaxt cavab verməyəcək. Çünki bu sualın cavabı onun kirli, gizli fəaliyyətinin mənbəyini açıq şəkildə ortaya qoyacaq. Və nəzərə almaq lazımdır ki, bu sual ilk dəfə səslənməyib. Bundan əvvəl müxtəlif şəxslər tərəfindən, o cümlədən, vaxtilə Ə.Kərimlinin ətrafında olmuş, onun tapşırıqlarını yerinə yetirmiş adamlar da bununla bağlı faktları mətbuata açıqlayıblar. Mirzə Sakit, Sakit Allahverdiyev, Azər Əsgərov, Razi Nurullayev və bu gün ölkə siyasi palitrasında boy göstərən keçmiş “cəbhəçilər” bunlardan sadəcə bir neçəsidir. Kərimlinin korrupsiya və digər maliyyə fırıldaqları ilə bağlı bu şəxslərin dilindən ifadə olunan faktların indi də bu statuslarda irəli sürülən fikirlərlə üst-üstə düşməsi Kərimlini tamamilə mat vəziyyətinə salıb. Çünki o, bu faktları gizlədib onlardan qaçmağa çalışdıqca, bu dəlillər onu öz kölgəsi kimi təqib edir.
Siyasi palitranın autsayderi, “siyasi dönük”
Qeyd etmək yerinə düşər ki, “Şərhlər” bölməsinə yazılan rəylərdə, sadəcə AXCP sədrinin maliyyə fırıldaqları ifşa olunmur. Onun siyasi riyakarlığı, dönüklüyü ilə bağlı da ritorik və məntiqli məsələlər ortaya qoyulur. Məsələn, saytın AXCP-nin keçmiş sədri, mərhum Əbülfəz Elçibəyin doğum günü ilə bağlı yerləşdirdiyi yazının “Şərhlər” bölməsindən oxuruyuq: “Şəklə baxdım, 1-ci sırada dayananları görəndə xəcalət hissi keçirdim. Onların hamısı - Əli Kərimli, Cəmil Həsənli, Nurəddin Məmmədli, İbrahim İbrahimli, Fuad Qəhrəmanlı (bəlkə də Həsən Kərimovu bu siyahıdan çıxarmaq olar) dəfələrlə öz liderlərinə xəyanət etmiş, bir partiyadan digərinə transfer etmiş əqidəsiz insanlardır. Elçibəy bu riyakarları görsəydi, xəcalət çəkərdi” (şəkil - 3).
15 iyun 2015-ci il tarixdə saytda yerləşdirilmiş “Əli Kərimli idmançıları təbrik etdi” başlıqlı məqaləyə yazılan şərhlərdən: “Faiq Qardaşov: Əli Kərimli müsahibələrində bu Avropa Oyunlarının heç kəs tərəfindən tanınmadığını, oyunların Avropa miqyasında əhəmiyyət daşımadığını qeyd etmişdi. Nə oldu bəs? Həmin oyunlarda qalib gələn idmançıları təbrik edir indi. Birdən-birə oyunlar gözündə qalxdı? Bu insanlar belədir, yalnız öz mənfəətini düşünür...” (şəkil - 4).
Şərhlərdən də göründüyü kimi, bu gün siyasi palitramızın autsayderi olan Əli Kərimli cəmiyyətin müxtəlif təbəqələri tərəfindən həm də “siyasi dönük” kimi səciyyələndirilir. Bu isə təsadüfi deyil. O, bu “adı” öz satqın fəaliyyəti ilə qazanıb. Vaxtilə AXCP-ni, sonrakı mərhələlərdə isə qoşulduğu müxtəlif “birlikləri” parçalayan “siyasi dezertir” Əli Kərimlinin bu fəaliyyətinin mərkəzində nə olursa olsun, necə olursa olsun, öz mənfəəti dayanır. Bu isə onun sonunu hazırlayan ən önəmli detallardan biri olub.
“10 minlik paçkadan 1300 manat pencəyinin döş cibinə qoymadınmı?”
Təəssüf ki, özünə ziyalı deyən bəziləri cəmiyyətimizin ayrı-ayrı təbəqələri, müxtəlif yaş qruplarından olan insanlar tərəfindən Ə.Kərimlinin üzünə çırpılan bu həqiqətlər qarşısında “görmədim, eşitmədim, bilmirəm” ab-havasına giriblər. Qondarma “Milli şura”nın sədri Cəmil Həsənli də bu “ziyalı”lardandır. Əslində isə bu iki şəxsin siyasi karyerasına nəzər saldıqda onunla Əli Kərimli arasında kifayət qədər paralellərin olduğu aydın görünür. Ona görə də, bu “duet”in bu gün müxalifətin xor səhnəsində uca səslə qışqırması elə də təəccüblü qarşılanmır. Cəmiyyətin bu iki şəxsin siyasi riyakarlıqları ilə bağlı rəyi də üst-üstə düşür. Bunu “Azadlığ”ın “şərhləri” də təsdiqləyir. Məsələn, “Azadlıq” qəzetinin “Cəmil Həsənli İqbal Ağazadəni ifşa etdi” başlıqlı məqaləsinin şərhlər bölməsində elə Cəmil Həsənlinin özünü ifşa edən bir şərh diqqətimizi cəlb edir: “Cəmil Həsənli özü nə qədər ifşa olunub? Mandat naminə hakimiyyətlə işbirliyinə getməklə, korrupsioner Fərhad Əliyevi böyük pul müqabilində müdafiə etməklə hər 10 minlik paçkadan 1300 manat pencəyinin döş cibinə qoymadınmı? Əslində, normal əxlaqı olan adam bu qədər ifşa olunduqdan sonra ictimaiyyət qarşısına çıxmamalıdır. Amma Cəmil Həsənli üçün bu ayıb olmadı”. (şəkil - 5).
Gültəkin Hacıbəyli, Xədicə İsmayıl və digərləri...
İctimaiyyət nümayəndələrinin obyektiv və dəlillərə söykənən arqumentlərindən nəsibini alanların arasında Gültəkin Hacıbəyli, Xədicə İsmayılova kimi anti-azərbaycançı mərkəzlərin buyruq qulları da var.
Məsələn, “Gültəkin Hacıbəylidən Rauf Arifoğluna tərs sillə” başlıqlı məqalənin şərhlər bölməsində Niyazi Camallı adlı oxucu yazır: “Gültəkin Hacıbəyli 2000-2010-cu ilədək Milli Məclisin deputatı, 2008-ci ildə isə prezident seçkilərində İlham Əliyevin vəkili olub. 2010-cu ilədək istər Milli Məclisdə, istər AŞ PA-da, istərsə də mətbuatda və çoxsaylı tədbirlərdə iqtidarın daxili və xarici siyasətini birmənalı şəkildə təqdir edib. 2010-cu ildəki 180 dərəcəlik dönüşün səbəbi onun guya vicdanının oyanması, səhvini dərk etməsi ilə bağlı deyildir. Yeganə səbəb onun deputat mandatından məhrum olması və az sonra Bakıda, Goranboyda qanunsuz ələ keçirdiyi mülklərin, istehsal, xidmət və ticarət obyektlərinin əlindən alınması idi. Milli Şuranın mitinqinə ona görə çox az adam gəlir ki, onun rəhbərliyində olanların hamısı (Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Vidadi Mirkamal, İbrahim İbrahimli və s.) öz liderlərinə xəyanət etmiş, əqidələrini üzv olduğu partiyaları dəfələrlə dəyişmiş adamlardır”. (şəkil - 6).
06.06.2015 tarixində dərc olunmuş “Əliyev Xədicəni susdura bilmədi” başlıqlı məqaləyə yazılan şərhlərdə isə hazırda bir sıra qanun pozuntularına görə həbsdə olan Xədicə İsmayılova haqqında faktlar mövcuddur. Məsələn, Aytən Məmmədova adlı oxucunun yazdıqlarına diqqət yetirək: “Bu Xədicə qeyri-qanuni yolla rüşvətxorluqla 400000 manatadək pulu mənimsəyərək daim Azərbaycanın əleyhinə olmuşdur. Biz bundan nə gözləyə bilərik?” (şəkil - 7).
Beləliklə, bu qəbildən olan şərhlərin sayı yüzlərlədir. Onun sıraları artdıqca isə Əli Kərimli “ova gedərkən ovlandığını” anlayıb. İfşa olunmaq, yalanlarının üstünün açılmasını, yaxın ətrafının və onun təlimatlarını icra edən yarıtmaz “siyasətçi”lərin cəmiyyətin gözündə düşdükcə düşməsini seyr etməkdənsə “Şərhlər”in ləğvinə qərar verib. Bu biabırçılığını ört-basdır etmək üçün yenə də riyakarlıqla məşğuldur. Necə deyərlər, qozbeli heç qəbir də düzəltməyəcək...
“Azadlığ”ın dəyərləri
Əlbəttə, biz yüzlərlə gənc tərəfindən yazılan bu şərhlərə cavab olaraq AXCP-nin “başbilənlər”inin Meh Mastalıyev, Ramid Nağıyev, Fexri Eleskerov, Atilla Daşqın adlı saxta profillərdən yazdıqları şərhləri də oxumuşuq. Bu şərhlər isə həmin “gizli qəhrəman”ların hansı mənəvi və əxlaqi keyfiyyətlərin daşıyıcıları olduqlarını aydın şəkildə ortaya qoyur. Düşünürük ki, “Azadlıq” qəzeti sözügedən cavabında “Yeni Azərbaycan” təfəkkürlülərdən fərqli olaraq bizim üçün dəyərlər önəmlidir” deyəndə məhz bu “dəyərləri” nəzərdə tutubmuş. Əgər onlar üçün təhqir, şantaj, böhtan bir dəyərə çevrilibsə, onda bu dəyərlər Azərbaycan gəncliyinə lazım deyil. Qoy “Azadlıq” qəzeti və onun rəhbəri elə öz dəyərlərinə sadiq qalsınlar.

 
 
  • Oxunub:  31650  |  
  • Tarix:  28-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
09 Dekabr 21:30
Polad Bülbüloğlu: Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir
09 Dekabr 21:10
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
09 Dekabr 21:08
Rövzət Qasımov: Azərbaycanda keçirilən bütün seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün hərtərəfli imkan yaradılır
09 Dekabr 20:55
Gəncə Qarnizonunda “Heydər Əliyev və Azərbaycan əsgəri” adlı vətənpərvərlik tədbiri keçirilib
09 Dekabr 20:45
Düşənbədə “Almatı prosesi” texniki ekspert qrupunun iclası keçirilir
09 Dekabr 20:43
Şərur rayonunun Xələc kəndi müasirliyə qovuşdu
09 Dekabr 20:19
Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
09 Dekabr 17:56
Dərbənddə görkəmli dövlət xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun abidəsi açılıb
09 Dekabr 17:55
YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 17:53
YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
09 Dekabr 17:49
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
09 Dekabr 17:47
Ucar rayonunda bələdiyyə üzvlüyünə irəli sürülən namizədlərin seçicilərlə görüşü keçirilib
09 Dekabr 17:45
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir
09 Dekabr 17:42
Bərdə rayonunun Mollalı və Məşədiibişli kəndlərində seçicilərlə görüş keçirilib
09 Dekabr 17:29
Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub
09 Dekabr 17:27
YAP ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır
09 Dekabr 17:18
Türkiyədə “Müstəqil Azərbaycan - Heydər Əliyev!” mövzusunda konfrans keçirilib
09 Dekabr 17:14
ATƏT PA-nın prezidenti: Azərbaycanda aparılan islahatlar demokratik prinsiplərə sadiqliyi nümayiş etdirir
09 Dekabr 17:06
Dövlət Neft Fondu Müşahidə Şurası yeni tərkibdə təsdiqlənib
09 Dekabr 16:59
Yeni TV-də Hikmət Babaoğlunun qonağı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olmuşdur
09 Dekabr 16:56
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb
09 Dekabr 16:26
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmirinə 7,8 milyon manat ayrılıb – Sərəncam
09 Dekabr 16:14
YAP Mingəçevir şəhər təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
09 Dekabr 16:06
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat tədbirləri ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatında gənclərlə görüş keçirildi
09 Dekabr 16:00
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilir
09 Dekabr 15:58
Aydın Hüseynov: Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır
09 Dekabr 15:55
Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir
09 Dekabr 15:53
Musa Quliyev: Azərbaycanda vətəndaşa göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır
09 Dekabr 15:51
YAP Binəqədi rayon təşkilatında Binəqədi Bələdiyyəsi üzvlüyünə namizədlərin seçicilərlə görüşü keçirildi
09 Dekabr 15:47
Əli Əhmədov: Radikal müxalifət uğursuzluğunu sərsəm bəyanatlarla ört-basdır etməyə çalışır
09 Dekabr 15:45
Gələn il “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək
09 Dekabr 15:43
Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09 Dekabr 15:40
Şahin Mustafayev: İlin sonunadək Samur çayı üzərində körpü açılacaq
09 Dekabr 15:27
Tbilisidə Avronest PA-nın sessiyası keçirilir
09 Dekabr 14:58
Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə anılıb
09 Dekabr 14:52
Azərbaycanda qadın hüquqlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır
09 Dekabr 14:46
İran qəzeti: Azərbaycanın qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir
09 Dekabr 14:27
Serbiya qəzetində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub
09 Dekabr 14:24
MSK-nın bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirləri davam edir
09 Dekabr 14:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09 Dekabr 13:58
“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib
09 Dekabr 13:33
Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir
09 Dekabr 13:08
Rusiyanın İqtisadi İnkişaf naziri Şəhidlər xiyabanını ziyarət edib
09 Dekabr 12:53
Azərbaycanda helikopterlərin təmiri və texniki xidmət mərkəzi tikiləcək
09 Dekabr 12:43
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
09 Dekabr 12:37
9 dekabr Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
09 Dekabr 12:25
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilir
09 Dekabr 12:18
Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”
09 Dekabr 12:07
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb
09 Dekabr 11:52
“Kreativ Azərbaycan” portalının təqdimatı olub
09 Dekabr 11:32
Səudiyyə Ərəbistanının Neft-Qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar
09 Dekabr 11:11
Horadizdə “Çingiz dastanı” adlı mənzum tamaşa təqdim edilib
09 Dekabr 11:00
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək
09 Dekabr 10:58
Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş
09 Dekabr 10:38
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
09 Dekabr 10:34
Əli Əhmədov: Azərbaycan cəmiyyəti bütövlükdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara ciddi inam ifadə edir
09 Dekabr 10:14
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək
08 Dekabr 13:19
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
08 Dekabr 13:09
Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
08 Dekabr 12:56
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib
08 Dekabr 12:19
Rusiyanın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
08 Dekabr 12:17
Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Məktəbi-2” layihəsi fəaliyyətə başlayıb
08 Dekabr 12:09
Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
08 Dekabr 12:04
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
07 Dekabr 18:10
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə rəsmən start verib
07 Dekabr 16:56
Dövlət Dəstəyi Şurası və Vəkillər Kollegiyası QHT-lər üçün birgə məlumatlandırma sessiyası keçirib
07 Dekabr 16:35
Azərbaycan nümayəndə heyəti Brüsseldə bir sıra görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA