Ana səhifə »  Müəlliflər »  AXCP-də Əli Kərimliyə qarşı “gənclərin qiyamı” başlayır
A+   Yenilə  A-
AXCP-də Əli Kərimliyə qarşı “gənclərin qiyamı” başlayır
Yazdı: Pərviz Sadayoğlu

Əbülfəz Qurbanlı partiya sədrinin ətrafındakı məhdud çevrəyə qarşı mübarizənin qurbanına çevrilib
AXCP-də davam edən gərginlik və qarşıdurma yenidən pik həddə çatmaqdadır. Partiyadan istefalar, o cümlədən, qruplaşmaların açıq savaşa keçməsi AXCP-nin yenidən bölünmə və parçalanma mərhələsinə qədəm qoymasından xəbər verir. Vurğulayaq ki, son dövrlərdə partiya üzvlərinin rəhbərlikdə təmsil olunanlar, eləcə də, rəyasət heyətinin üzvləri tərəfindən döyülməsi, sosial şəbəkələrdə təhdid olunması yeni-yeni istefalara səbəb olub.
AXCP sədri Əli Kərimlinin müavini Əbülfəz Qurbanlının partiyadan “sirli” gedişi isə bir müddətdir davam edən partiyadaxili qruplaşmalar məsələsini yenidən gündəmə gətirib. AXCP-də Əli Kərimlinin “əsas adamlar”ına çevrilən Həsən Kərimov və Gözəl Bayramlıya qarşı qalxan “üsyan”a başçılıq edən şəxslərdən biri olan Ə.Qurbanlı digər sədr müavini Fuad Qəhrəmanlı ilə eyni tərəfdə təmsil olunur. Bu səbəbdən də artıq uzun müddətdir ki, Ə.Kərimli və yaxın çevrəsi bu iki müavini bütün proseslərdən kənarda qoyub.
Vurğulamaq yerinə düşər ki, Ə.Qurbanlı istefasının səbəblərini hələlik açıqlamasa da, onun məhz Ə.Kərimliyə yaxın çevrə ilə yola getməməyin “qurban”ına çevrilməsi ortadadır. Partiyadakı mənbələrdən KİV-ə daxil olan məlumata görə, Ə.Qurbanlının istefasının səbəbi AXCP Ali Məclisinin sədri Həsən Kərimovla etdiyi mübahisə olub. Belə ki, iyulun əvvəlində partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin AXCP-nin Qazax rayon şöbəsində hesabat yığıncağı öncəsi rayon təşkilatının fəalları ilə görüşü nəzərdə tutulmuşdu. Bu görüşə partiya rəhbərliyindən sədr müavini Əbülfəz Qurbanlının və Ali Məclisin sədri Həsən Kərimovun getməsi razılaşdırılsa da, sonradan Həsən Kərimov iyulun 4-də Əbülfəz Qurbanlıdan xəbərsiz Gözəl Bayramlı ilə birlikdə rayona gedərək, 26 dayaq dəstəsindən yalnız 9-nun rəhbəri ilə görüşüb. Məlumata görə, bu görüşdə daha çox Həsən Kərimova yaxın şəxslərin qurultaya nümayəndə seçilməsi məsələsi həll olunub. Əbülfəz Qurbanlının toplantının ondan xəbərsiz keçirilməsi ilə bağlı etirazına isə sədr Əli Kərimli laqeyd qalıb. O, Ə.Qurbanlını güzəştə getməyə çağırıb.
Digər bir məlumata görə, partiyanın rəyasət heyətinin iclaslarının birində Həsən Kərimov F.Qəhrəmanlıya və Ə.Qurbanlıya daha yaxın olan və hazırda həbsdə olan Seymur Həzi ilə bağlı kəskin ifadələr işlədib. Ə.Qurbanlı bu fikirlərə etiraz olaraq iclası yarımçıq tərk edib. Bunlar isə nəticə etibarilə Ə.Qurbanlının istefasını şərtləndirib.
Ümumiyyətlə, son dövrdə AXCP-də baş verənlər bu təşkilatda da Əli Kərimli “epoxa”sının sona yetmək üzrə olmasından xəbər verir. Sıravi üzvlərin rəyasət heyəti üzvləri və ya rayon təşkilatı sədrləri tərəfindən döyülməsi, təhqir olunması, partiya üzvlərini hədə-qorxu altında saxlamaqla guya partiyanın “monolit”liyini qorumaq istəyi Ə.Kərimlinin son kartlarını oynadığını göstərir. Demokratiyadan dəm vuran, amma bütün addımları antidemokratik olan AXCP sədri üçün əsas məsələ xarici ermənipərəst dairələrdən aldığı ianələrdir. Əslində, partiya üzvlərinə qarşı repressiv davranışların arxasında da məhz həmin pulları əldən verməmək arzusu dayanıb.
Maraqlıdır ki, artıq AXCP-nin sıravi üzvləri də sədrin bu özbaşınalıqları haqqında məlumatlıdırlar. Mətbuatda işıq üzü görən bəzi açıqlamalar bunu təsdiq edir. Məsələn, vaxtilə Əli Kərimlinin müşaviri olmuş Zərifə Məhəddinova bir müddət əvvəl bildirib ki, ona qarşı haqsızlıqlar olunanda AXCP-də hər kəs susdu. Z.Məhəddinova deyib ki, həmin vaxt da hər kəs həqiqəti bilirdi, sadəcə, Ə.Kərimlinin qorxusundan kimsə məsələyə ədalətli yanaşma göstərmədi.
AXCP-dən çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu da partiyada artıq parçalanmanın baş verdiyini, gənclərin Ə.Kərimlini dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, qısa zamanda istefaların sayı artacaq və az müddətdən sonra Əli Kərimli hətta rəyasət heyətinin üzvlərinin sayını bilməyəcək. Hamı bütün iyrənclikləri görüb.
Bəli, ermənipərəst dairələrin sifarişlərini yerinə yetirmək üçün əmrə müntəzir olan AXCP-də bu gün qara yellər əsməkdədir. Əli Kərimlinin, sadəcə, bir-iki şəxsin ümidinə qalması bir daha göstərir ki, o, artıq yalanları ilə heç kimi aldada bilmir. Yalanları işləməyəndə isə yanındakı insanları da itirməyə başlayır...

 
 
  • Oxunub:  23400  |  
  • Tarix:  11-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA