Ana səhifə »  Müəlliflər »  Anti-azərbaycançı informasiya ruporunun növbəti iflası
A+   Yenilə  A-
Anti-azərbaycançı informasiya ruporunun növbəti iflası
Yazdı: Aqşin Şahinoğlu

Yaxud “Azadlıq” qəzeti “Şərh”dən niyə imtina etdi?
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadəsi üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən başlıca prinsiplərindən biridir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlər müxtəlif cəmiyyətlərdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında KİV-in aparıcı rol oynadığını bildirir, əksər hallarda demokratiyanın vəziyyətini də KİV-in azadlıq səviyyəsi ilə ölçürlər. Bütün bunların cəmiyyətin demokratikləşməsində çox mühüm rol oynadığını dərk edən dövlətlər, demokratik təsisatlar azad mətbuatın inkişafına geniş imkanlar yaradırlar. Azərbaycan da demokratik bir dövlət kimi, bu məsələlərə böyük diqqət yetirir.
Bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb, ölkənin ən ali qanunlarında belə bu məsələ fundamental prinsiplər kimi öz əksini tapıb. Azərbaycan Respublikasında mövcud olan demokratik qanunvericilik söz və məlumat azadlığının qarantı kimi çıxış edir. Eyni zamanda, dövlət mətbuat orqanlarının iqtisadi asılılığının aradan qaldırılması, onların müstəqil fəaliyyətinin stimullaşdırılması məqsədilə effektiv tədbirlər görür, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün konkret addımlar atılır.
Lakin çox təəssüf ki, Azərbaycanda bir qrup siyasi dairələrin əlində vasitə olan, onların ruporu qismində çıxış edən mətbuat orqanları da var ki, yaradılan demokratik mühitdən bəhrələnərək cəmiyyətə obyektiv, həqiqətə söykənən informasiya yaymaqdansa, qeyri-rasional fəaliyyət ortaya qoyurlar. Bu qəzetlər bütün etik prinsipləri bağlı olduqları siyasi qrupların maraqlarına qurban verərək, onların təlimat və tapşırıqlarını yerinə yetirirlər. Belə olan halda, onların mətbuat orqanı kimi fəaliyyəti tamamilə faydasız və cəmiyyət üçün yararsız, dağıdıcı missiyaya xidmət edir. Belə mətbuat orqanlarından biri də “Azadlıq” qəzetidir.
“Azadlıq” qəzeti: qaragüruhun dəyişməz ünvanı
Əlbəttə ki, AXCP sədri Əli Kərimlinin “şər maşını”nın ən önəmli parçası özünün birbaşa rəhbərlik etdiyi “Azadlıq” qəzetidir. Bu qəzet faktiki olaraq Ə.Kərimlinin xəyanətkar fəaliyyətinin aparıcı layihəsi qismində çıxış edir. AXCP sədri xarici maraq qruplarından və anti-azərbaycançı mərkəzlərdən aldığı tapşırıqları əsas etibarilə bu qəzet vasitəsilə yerinə yetirir. Elə bu səbəbdəndir ki, “Azadlıq” qəzeti öz fəaliyyətini Azərbaycan xalqına xidmət deyil, müəyyən kiçik bir dairənin siyasi ambisiyalarını, şəxsi maraqlarını təmin etmək üzərində qurur. Dar çərçivəli şəxsi maraqları gerçəkləşdirməyə çalışan bu qəzet, üstəlik, Azərbaycana qarşı heç də xoş məramı olmayan bir sıra xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Xarici anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirməklə məşğul olan qəzetin antimilli məzmunu da məhz buradan irəli gəlir. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, bunlar dərhal “Azadlıq” qəzetinin səhifələrində tirajlanır. Biz bunu xüsusilə ilk Avropa Oyunları öncəsi və Oyunların davam etdiyi günlərdə daha aydın müşahidə etdik.
Məlumdur ki, xaricdəki müəyyən mərkəzlər, islamofob dairələr və ermənipərəst qüvvələr Azərbaycanda keçirilən ilk Avropa Oyunlarını hədəf alan “qara piar” kampaniyası həyata keçirdi. Bəlli mərkəzlərdən idarə olunan bu prosesdə əsas məqsəd isə demokratik inkişaf xəttinə, müstəqil siyasi kursa malik və regionun güc mərkəzi olan Azərbaycanın beynəlxalq nüfuzuna xələl yetirmək idi. Təbiidir ki, bu işdə xüsusilə Qərbin təzyiq qrupları funksiyasını yerinə yetirən qeyri-hökumət təşkilatları və media qurumlarının fəallığının şahidi olduq. Ölkə daxilində isə həmin imperialist və islamofob mərkəzlərə bağlı olan mətbuat orqanları və siyasi partiyalar, qeyri-hökumət təşkilatları təmsilçiləri Qərbdən aldıqları tezislər üzrə hərəkət edərək yeganə məqsədə - Azərbaycana qara yaxmaq niyyətinə xidmət edirdi. “Azadlıq” qəzetinin bu işdə göstərdiyi canfəşanlığı isə xüsusilə qeyd etmək olar. Qəzet, demək olar ki, hər gün “Hollandiya ikinci Avropa Oyunlarından imtina etdi”, “Le Monde” Azərbaycandakı repressiyalardan yazdı”, “Almaniyadan Əliyevlərə “açılış sürprizi”, “Üsyankar səfir”dən ilginc açıqlamalar”, “Hakimiyyət beynəlxalq aləmdə təklənib”, “Azərbaycandakı repressiya və korrupsiya bu dəfə “Əl-Cəzirə”də...” başlığı altında və Qərbin islamofob dairələrinin sifarişləri əsasında bir sıra beynəlxalq mətbuat orqanlarında dərc olunan digər qərəzli yazıları dərhal öz səhifələrində yerləşdirir, Oyunlara və Azərbaycan dövlətçiliyinə qarşı münasibətini açıq-aydın göstərirdi.
“Azadlıq”ın qıfıl vurulmuş “Şərh”i
Təbii ki, “Azadlıq” qəzeti ona verilən bu tapşırıqları icra etmək üçün hər vasitəyə əl atırdı. Sözügedən məqalələrin yerləşdirildiyi səhifələrdə mövcud olan “Şərh” bölməsi də bu məqsədi daşıyırdı. “Azadlıq” qəzeti özünün internet versiyasında “Şərh” bölməsini yerləşdirməklə, guya, qəzetin “demokratik ruhu”nu nümayiş etdirdiyini iddia etsə də, əslində, burada məqsəd yenə də qərəzli və qeyri-obyektiv təbliğatın həyata keçirilməsi idi. İlkin dövrlərdə bu bölmədə AXCP-nin və birbaşa Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən sözügedən qaragüruhçu qrupun təmsilçiləri hətta bir çox hallarda məqalələrin mövzusuna belə uyğun olmayan şərhlər yazaraq həm ölkədə, guya, kifayət qədər narazı elektoratın mövcudluğunu göstərməyə, həm də Oyunlara qarşı onlar üçün arzuolunan, reallıqda isə fiaskoya uğrayan təbliğatın ictimai dəstək qazandığı görüntüsü yaratmağa çalışırdılar.
Amma AXCP-nin təmsilçilərinin saxta profillərlə “Azadlıq” qəzetinin yalan, qərəz dolu yazılarına şərhlər yazmaları bumeranq effekti verərək elə “ideya” müəlliflərinin özlərinə qarşı yönəldi. Cəmiyyət, xüsusən gənclər “Azadlıq”ın ölkə həqiqətlərini təhrif edən məqalələrinə şərhlər yazmağa başladı. Ancaq iş ondadır ki, bu şərhlərin böyük əksəriyyəti Əli Kərimlinin xəyal etdiyi məzmunda olmadı. Şərhlərin müəllifləri cəsarətlə həqiqəti Əli Kərimlinin, “Azadlıq”ın yazarlarının üzlərinə çırpmağa başladılar. Burada gənclərin böyük əksəriyyəti Azərbaycan dövlətinin uğurları, ilk Avropa Oyunlarının möhtəşəm təşkil olunması, eyni zamanda, AXCP və onun mətbu orqanı olan “Azadlıq” qəzetinin xəyanətkar mövqeyi ilə bağlı ciddi arqumentlərə söykənən şərhlər yazaraq Əli Kərimlini və “Azadlıq”ı bu dəfə də ifşa etdi. Təbii ki, “Azadlıq”ın qərəzli yazılarına oxuculardan gələn obyektiv şərhlər o qədər artdı ki, artıq Əli Kərimli, onun yan-yörəsi saxta profillərlə də “balans”ı qoruya bilməyəcəklərini anladılar. Bundan sonra isə Əli Kərimli tərəfindən idarə olunan bu azlıq saxta profillərlə (Merri K.va, Rasim Kara, nümayəndə, Kənan və s.) dövlətin mövqeyini müdafiə edən gəncləri təhqir etməyə başladılar. Bu da onların özünüifşası ilə nəticələndiyi üçün “Azadlıq” oxucu auditoriyası ilə yollarını ayırmaq və şərhlərdən üz döndərmək məcburiyyətində qaldı...
AXCP sədrinin köhnə şakəri...
Ümumiyyətlə, siyasi opponentlərinə qarşı virtual məkanda “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtan yağdırmaq, hətta bəzən təhqirlərə yol vermək Əli Kərimli və onun rəhbərlik etdiyi marginal qrupun əsas mübarizə üsuludur. Bununla bağlı ölkə mediasında dəfələrlə ifşaedici faktların öz əksini tapması da deyilənləri sübut edir. Məsələn, AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev cari il fevralın 24-də keçirdiyi mətbuat konfransında AXCP-nin və onun sədrinin bütün siyasi fəaliyyətinin yalnız sosial şəbəkələrlə məhdudlaşdığını, hətta partiya rəhbərliyində təmsil olunan adamların da bu işdə xüsusi canfəşanlıq göstərdiyini vurğulamışdı. Sitat: “Facebook”da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb. Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”.
Razi Nurullayev bu saxta profillərdən siyasi opponentlərin təhqir olunduğunu, partiya rəhbərliyi tərəfindən “qara siyahı”ya salınmış adamların üzərinə hücumlar təşkil edildiyini də bildirmişdi.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da rəhbərlik etdiyi qəzetə qarşı AXCP və Əli Kərimli tərəfindən sosial şəbəkələrdə “qara piar” kampaniyası aparıldığını söyləmişdi. O, Əli Kərimlinin konkret bu tapşırığın icrası üçün kompakt bir qrup yaratdığını, həmin qrupun da “internet hücumları” həyata keçirdiyini açıqlamışdı.
Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, “Milli şura”nın keçmiş üzvləri və digərləri də müxtəlif vaxtlarda bununla bağlı şikayətləri dilə gətirmişdilər. Beləliklə, sadalanan bu faktlar da bir daha sübut edir ki, Əli Kərimli və onun ətrafı üçün heç bir etik və mənəvi baryer olmadığı kimi, bu qaragüruh təhqir və şantajdan savayı da mübarizə metodologiyası tanımır. Amma artıq bu da bir işə yaramadı...
Əli Kərimli, etiraf et: təklənmisən!
Bu gün “Azadlıq”ın şərhlərlə vidalaşması həm də artıq çoxdandır müxtəlif siyasətçilər tərəfindən ifadə olunan, amma Əli Kərimli və ətrafı tərəfindən cidd-cəhdlə inkar olunan bir reallığın da təsdiqi oldu. 20 ildən artıqdır müxalifətdə olan düşərgə təmsilçiləri bu uzun müddət ərzində sürətlə dəyişən siyasi mühit və zaman fonunda bir buğda dənəsi boyda belə inkişaf etməməsi, müraciət etdikləri köhnəlmiş və effektivliyini itirmiş mübarizə metod və üsullarının səmərəsizliyi, hər şeydən daha vacib, Azərbaycan dövlətinə və xalqına qarşı mövqeyi ucbatından meydanda təkləniblər. Artıq bu yalnızlıq o qədər dərinləşib ki, Əli Kərimlini və onun amorf partiyasını sosial şəbəkələrdə müdafiə edəcək “ödənişli qrup” da “gəmi”ni tərk edib. İndi “ştatlı təhqirçilər” də nə Əli Kərimlinin vədlərinə, nə də onun xaricdən gələn “ianə”lərinə inanırlar. Ona görə də, “Azadlıq” qəzeti çarəni “Şərh”lər bölməsini bir dəfəlik ləğv etməkdə tapıb. Bu, eyni zamanda, onu göstərdi ki, Ə.Kərimli artıq azadlıq, demokratiya kimi dəyərlərin imitasiyasını belə bacarmadı. O nəinki reallıqda azadlığın tətbiqi ilə barışmır, azadlığın imitasiyasını da əlinə-üzünə bulaşdırdı.

 
 
  • Oxunub:  20160  |  
  • Tarix:  09-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA