Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın ermənipərəst təşkilat olması növbəti dəfə təsdiqləndi
A+   Yenilə  A-
“Milli şura”nın ermənipərəst təşkilat olması növbəti dəfə təsdiqləndi
Yazdı: Mübariz Abdullayev

Qondarma qurumun fəxri sədri Rüstəm İbrahimbəyovla ona züy tutan marionet sədri Cəmil Həsənovun növbəti “ermənilərə rəğbət” çağırışları Azərbaycan cəmiyyətində kəskin etirazlarla qarşılanıb
Dilimizdə məşhur bir zərb-məsəl var: “Dostunu mənə göstər, deyim, sən kimsən”. Bu baxımdan qondarma “Milli şura”nın keçmiş qiyabi sədri Rüstəm İbrahimbəyovla qurumun indiki əyani sədri Cəmil Həsənov arasında çoxlu paralellər apara bilərik. Hətta demək mümkündür ki, onlar arasındakı oxşarlıq pataloji ideya həmrəyliyi səviyyəsinə çatıb. Bunun təsdiqi kimi çoxlu sayda faktlar da sadalamaq mümkündür. Qoca kinodramaturqun dilə gətirdiyi hər cəfəng fikir belə, “tarixçi alimi” ovsunlayaraq öz cazibə dairəsinə salır və o, Rüstəm İbrahimbəyovun hətta tarixi faktları təhrif edən fikirlərinə də haqq qazandırmağı özünə mənəvi borc bilir.
Bir mahnıda deyildiyi kimi, Rüstəm İbrahimbəyova nə var ki, istəsə, “yaradıcı adam” olduğunu bəhanə gətirərək və “dil ətdəndir” deyib sözü yüz səmtə yoza bilər. Gah qondarma “Milli şura”nın sədrliyində israr edər, gah da deyər ki, mən siyasətçi ha deyiləm, hər hansı məsuliyyət də daşımıram. Və yaxud o, milli mənsubiyyətinə rəğmən, çox asanlıqla ermənilərə “simpatiyasını” dilə gətirər, Dağlıq Qarabağın ərazi mənsubiyyəti ilə bağlı yüz faiz erməni ideologiyası ilə üst-üstə düşən fikirlər səsləndirə bilər. Bəs Cəmil Həsənov? O ki yeri gəldi-gəlmədi “tarixçi alim” olduğunu söyləyir. Axı “tarixçi alimlik”lə qoca kinodramaturqun ermənilərə simpatiya nağıllarına əl çalmaq bir araya sığmır. Məntiqlə, gərək, tarixçi alim tarixi həqiqətlərin təfrif olunmasına qarşı çıxsın, belə məqamlarda cəsarət nümayiş etdirsin. Cəmil Həsənovun timsalında isə Azərbaycan cəmiyyəti dəfələrlə ermənilərin dəyirmanına su tökən Rüstəm İbrahimbəyovun tarixi faktları saxtalaşdırmasına bu və ya digər bir formada haqq qazandıran birisinin mövqesizliyinin şahidi olub.
Bu günlərdə isə qondarma “Milli şura”nın “maralları” - Rüstəm İbrahimbəyovla Cəmil Həsənov oxşar fikir səsləndirməklə yenidən “obyektiv”ə düşüblər. Mövzu isə yenə də ermənilərlə bağlıdır. Belə ki, “Milli şura”nın fəxri sədri Rüstəm İbrahimbəyov bu günlərdə “The New Times” qəzetinə verdiyi müsahibədə ermənilərə düşmən münasibət bəsləmədiyini növbəti dəfə dilə gətirib. Qoca kinodramaturq bu dəfə də Azərbaycanın ərazilərini işğal edən, 1 milyon soydaşımızı yurd-yuvasından didərgin salan, nəhayət, Xocalı qətliamı törədən ermənilərlə bütün bu müsibətlərə düçar olan azərbaycanlılar arasında bərabərlik işarəsi qoyaraq “hər iki tərəfdən aqressiv ritorikanın əleyhinə” olduğunu bildirib.
Bir daha deyirik, yaxın çevrəsini ermənilərdən quran Rüstəm İbrahimbəyovdan bundan artığını gözləmək də mümkün deyil. Ancaq iş ondadır ki, bu dəfə də “tarixçi alim” Cəmil Həsənov yenə də sonsuz bir canfəşanlıqla qoca kinodramaturqun sərsəm fikirlərinin müdafiəsinə qalxıb. “Tarixçi alim” Rüstəm İbrahimbəyovun məlum müsahibəsinin mürəkkəbi qurumamış qələmə aldığı “Facebook” statusunda özünü, necə deyərlər, papadan artıq katolik kimi göstərməyə çalışıb. Cəmil Həsənov statusunda bütövlükdə Azərbaycan cəmiyyətinə meydan oxuyurmuş kimi, Rüstəm İbrahimbəyovun növbəti “ermənilərə rəğbət” çağırışını tənqid edənləri “qarğa-quzğun” adlandırıb.
Haqlı sual doğur: Nədən Azərbaycanın çörəyini yeyib, suyunu içən Cəmil Həsənov kosmopolitliyi ilə ad çıxaran Rüstəm İbrahimbəyovun hər dəfə ermənilərlə bağlı dediklərini tutuquşu kimi təkrarlayır? “Tarixçi alim”in Vətən və xalq qarşısında məsuliyyət hissi elə bura qədərdirmi? Burada deyiblər ki, taylı tayını tapar. Açıq görünür ki, kosmopolit, Azərbaycan cəmiyyəti ilə hər hansı bir bağlılığı olmayan Rüstəm İbrahimbəyovla adını “tarixçi alim” qoyan Cəmil Həsənovu oxşar maraqlar birləşdirir və onlar eyni bir mərkəzin dirijor çubuğunun işarəsinə baxaraq hərəkət edirlər, danışırlar.
Sonda onu da vurğulayaq ki, Rüstəm İbrahimbəyovla Cəmil Həsənovun növbəti erməni açıqlamaları Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılanıb. Ölkə ictimaiyyətinin nümayəndələrinin sosial şəbəkələrdə paylaşdıqları statuslarda Rüstəm İbrahimbəyova “züy tutan” Cəmil Həsənov ən sərt şəkildə qınanır. “Tarixçi alim”in mövqeyini (əslində, mövqesizliyini) kəskin şəkildə tənqid edən insanlar soruşurlar: Bəs ermənilər tərəfindən zorla sürükləndiyimiz müharibədə şəhid olan övladlarımızın haqqı necə olsun?

 
 
  • Oxunub:  33090  |  
  • Tarix:  26-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA