Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət xəyanətin vahid ünvanı olduğunu təsdiqləyir
A+   Yenilə  A-
Radikal müxalifət xəyanətin vahid ünvanı olduğunu təsdiqləyir
Yazdı: Pərviz Sadayoğlu

Müsavat Partiyası dövlət və hökumət başçılarını Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağırdı
2012-ci ildə paytaxtımızda keçirilən “Eurovision” mahnı müsabiqəsinə qarşı cəbhə açan, bu mədəni tədbiri boykot etmək üçün dəridən-qabıqdan çıxan Müsavat Partiyası yenidən öz xəyanətkar iddiaları ilə gündəmə gəlməyə niyyətlənib. Belə ki, bu partiya birinci Avropa Oyunlarını boykot etmək çağırışı səsləndirib. Bəli, ermənilərin arzusu, istəyi və maliyyəsi ilə hərəkət edən İsa Qəmbər və onun patronajlığı altındakı siyasi təşkilat növbəti dəfə öz siması(zlığı)nı cəmiyyətə nümayiş etdirir.
2012-ci ildə “Ekramas”a sığınan İsa Qəmbər yenidən öz ampluasındadır
Əlbəttə, Azərbaycanda keçirilən böyük miqyaslı tədbirlərin boykotu ideyası Müsavat Partiyası üçün yenilik deyil. 2012-ci ildə ermənilərin “Ekramas” qəzetini özünün “tribuna”sına çevirən və Bakıda keçirilən musiqi yarışmasına qarşı bu qəzet vasitəsilə “avropalı dostları” ilə eyni fikirdə olduğunu bəyan edən İsa Qəmbər o zaman da Avropa ölkələrini “boykot”a çağırmışdı, müsabiqə keçirilən gün isə hətta Bakıda etiraz aksiyaları təşkil etməyə cəhd göstərmişdi. İndi yenidən eyni təklifin irəli sürülməsi də partiyaya yenə də İsa Qəmbərin rəhbərlik etdiyini bir daha sübut edir. İ.Qəmbər öz köhnə komandasını partiya rəhbərliyinə gətirməklə həm də ermənipərəst xarici dairələrə nümayiş etdirmişdi ki, bundan sonrakı mərhələdə də onların xidmətində dayanmağa hazırdır. Yenidən xaincəsinə boykot fikirləri səsləndirmələri bir daha təsdiq edir ki, Müsavat Partiyası öz köhnə “şakər”indən əl çəkməyib...
Ermənilərin “köhnə-təzə” müttəfiqi olan Müsavat Partiyası anti-azərbaycançı dairələrin ianələri uğrunda savaşır
Əslində, hər zaman xəyanətini pərdə arxasında gizlətməyə çalışan İsa Qəmbərin öz kartlarını növbəti dəfə açması zərurətdən yaranıb. Ölkəmizə qarşı aparılan yalan təbliğatın effektsizliyi, o cümlədən, radikal düşərgənin bacarıqsızlığı ermənipərəst xarici qrupların da işini çətinə salıb. Nəzərə alınmalıdır ki, parçalanan, hər gün onlarla üzvünü itirən Müsavat Partiyası olduqca acınacaqlı vəziyyətdədir. Bu partiyanın qurulmasında xidməti olan şəxsləri belə ucuz təhdid, təhqir və şər-böhtana məruz qoyan İ.Qəmbər və onun “varisi” Arif Hacılı indi də boykot çağırışı ilə diqqəti cəlb etməyə niyyətlənib. Bəli, xaricdəki anti-Azərbaycan qüvvələrinin diqqətini cəlb etmək, maliyyə mənbəyinin “yadına düşmək” üçün bu cür ucuz şoular yenidən gündəmə gəlir. Görünür, Cəmil Həsənlinin ABŞ səfirliyində görüş keçirməsi və “maliyyə” alması haqda xəbərlərdən həvəsə gələn “Müsavat” illər öncə də müttəfilik etdiyi, əməkdaşlıq memorandumu imzaladığı ermənilərin onları yaddan çıxarmasından “incik” düşüb. Bu cür boykot xəyanətini ictimailəşdirməklə isə onlar xaricdəki dairələrə “biz də radikalıq”, “bizdən də istifadə edin”, “bizi də yada salın” kimi mesajlar ötürürlər. Xalqın dəstəyini əldə edə bilməyən bu cür siyasi buqələmunlar məhz xarici dairələrdən yardım dilənirlər.
Bir dəfə uğursuzluğa düçar olan “Müsavat” rəhbərliyi yenidən “palçığa batmaq” həvəsindədir
Göründüyü kimi, bu qarşılıqlı istəklər, təlimatlar, boykot çağırışları radikal müxalifət partiyalarının həmin maraqlı xarici dairələrin apardığı anti-Azərbaycan təbliğatına dəstək verdiyini bir daha təsdiqləyir. Hər zaman ölkəmizə qarşı düşmən mövqedə olan, Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələrlə işbirliyinə gedən “Müsavat” və onun timsalında xəyanət mücəssəməsinə çevrilmiş siyasi təşkilatlar bu dəfə də öz ampluasına sadiqlik nümayiş etdirir. Onlar bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zamanda xarici ermənipərəst dairələrin maliyyə yardımının qarşılığında ölkəmizə qarşı uğursuz bir şəkildə cəbhə açmağa niyyətlənirlər və bir daha öz kimliklərini ortaya qoymuş olurlar.
Məşhur bir atalar sözündə deyildiyi kimi, bir dəfə “uğursuzluğa düçar olan “Müsavat” yenidən həmin palçığa batmaqla özünün uğursuzluğunu növbəti dəfə təsdiqləyir. Yəni, “Müsavat”ın 2012-ci ildə apardığı boykot çağırışları effektsiz olduğu halda, bu gün yenidən eyni taktikaya əl atılması bu partiyanın rəhbərliyinin yeni metodlar tapa bilməməsinin, fantaziya çatışmazlığının göstəricisidir. Əlbəttə ki, bu da heç bir nəticə verməyəcək. Əksinə, Müsavat Partiyası rəhbərliyinin boykot çağırışı bumeranq effekti ilə özünə qayıdır. Həm Azərbaycan, həm də Avropa ictimaiyyəti bu mühüm idman tədbirinə hazırlaşır, “Müsavat” isə hər gün ondan üz çevirən və partiyasını boykot edən onlarla üzv ilə yollarını ayırmaq məcburiyyətini yaşayır...
Mitinq və vəsiqə biznesinin görünməyən tərəfləri - “Arif Hacılı & qardaşları” firması...
Ermənilərin pulu ilə Avropaya boykot çağırışı edən Müsavat Partiyası görəsən öz ayıbına niyə kor olmur? Uzun illərdən sonra keçirdiyi sonuncu qurultayında saxtakarlığa yol verən, qeyri-demokratik və qeyri-şəffaf sədr seçkisi nəticəsində Arif Hacılının yiyələndiyi başqan kreslosu uğrunda ölüm-dirim savaşı gedən bu partiya hansı üzlə kiməsə, nəyə görəsə müraciətlər edir? Axı insan əvvəlcə güzgüdə özünə baxar. Görəsən, Arif Hacılı rəhbərlik etdiyi partiyaya baxdıqda nə görür? Bu gün Müsavat Partiyasını daha çox “Arif Hacılı & qardaşları” firması adlandırırlar. Bu da təbiidir. Bu partiyanın adından biznes strukturu kimi istifadə edən, lazım gələndə ermənilərlə saziş bağlayan, bəzən isə mühacirət alveri aparan “Hacılı və komandası” öz əməllərini ört-basdır etmək üçün min bir yalan danışır, min bir dona girir. 1800 manata Müsavat Partiyasının vəsiqəsini əldə edərək xaricə qaçanlar Arif Hacılı komandasının bu biznesinin üstünə işıq salır. Belə demək mümkündürsə, bu gün “Müsavat” adlı açıq bazara rəhbərlik edən Hacılı və onun qəyyumu İsa Qəmbərdən öz xalqına, dövlətinə xəyanətdən başqa heç bir əməl gözləməyə dəyməz. Hətta “Müsavat”ın partiyadan qovulan üzvləri belə təsdiq edirlər ki, Arif Hacılı, qardaşları və “komandası” mitinq, partiya bileti biznesini əldən verməmək üçün bütün antidemokratik addımlara getməyə hazırdırlar...
Qısqanclıqdan doğan xəyanətin anatomiyası...
Bəli, “Eurovision” musiqi yarışması, eləcə də, birinci Avropa Oyunları gənc, müstəqil Azərbaycanın indiyədək keçirdiyi ən böyükmiqyaslı beynəlxalq tədbirlərdir. Belə məsuliyyətli, dünya miqyaslı tədbirlərə ev sahibliyi etmək işinin öhdəsindən uğurla gələn Azərbaycanın nailiyyətləri “Müsavat” rəhbərliyini qısqandırır, narahat edir. Bu narahatlıqdan doğan xəyanət isə partiyanı parçalanmaya sövq edir. Belə ki, “Müsavat” rəhbərliyinin xəyanəti partiyanın azsaylı tərəfdarlarını da ondan üz döndərməyə məcbur edir. “Müsavat” getdikcə marginal bir qrupa çevrilməkdədir. Bu baxımdan, İsa Qəmbər və onun dublyoru rolunu oynayan Arif Hacılı “Müsavat”ın son mitinqində cəmi 300-ə yaxın adamın toplaşmasına təəccüb etməməlidir.
Bu, nədən irəli gəlir? Təbii ki, hər bir siyasi qüvvə hər hansı etiraz aksiyası keçirdiyi zaman onun konsepsiyasını, hansı məqsədə kökləndiyini müəyyənləşdirməli, həmin məqsəd istiqamətində öz elektoratını formalaşdırmalıdır. Amma elektoratı olmayan, konsepsiyası olmayan radikal düşərgə xalqa hansı üzlə desin ki, Azərbaycanın təbliğatına xidmət göstərəcək idman tədbirini hədəfə alır, bu idman tədbirinə siyasi don geyindirmək üçün bu pəstəhalardan çıxır?
Ona görə də, siyasi karyeralarını uğursuzluqlara kökləmiş və öz siyasi bitkinliklərini həzm edə bilməyən “Müsavat” rəhbərliyi ermənilərin əmri ilə birinci Avropa Oyunlarına qarşı çıxanların dəyirmanına su tökməyə çalışır. Təbii ki, belələri özləri də dərk edirlər ki, onların bu cəhdləri hər zaman olduğu kimi boşa çıxacaq və Azərbaycan bu yarışmaya çox yüksək səviyyədə ev sahibliyi edəcək.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  21870  |  
  • Tarix:  05-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA