Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Human Rights Watch” qərəzli və qeyri-obyektiv mövqeyini davam etdirir

“Human Rights Watch” qərəzli və qeyri-obyektiv mövqeyini davam etdirir

13.05.2015 [09:45]

Nurlan Qələndərli

Bu təşkilatın birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli bəyanatları onun ermənipərəst və anti-Azərbaycan dairələrlə sinxron fəaliyyətini ortaya qoyur
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də, internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Müasir hüquqi, demokratik dövlət olan Azərbaycan beynəlxalq miqyasda müsbət imicə - yüksək nüfuza malikdir
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, “sabitlik adası” kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Təsadüfi deyil ki, demokratik dəyərlərə sadiq olan, öz daxili və xarici siyasətini sırf milli maraqlar üzərində quran Azərbaycanla əməkdaşlıq strateji prioritet kimi müəyyən edilir. Məhz bütün bunlar onu göstərir ki, müasir hüquqi, demokratik dövlət olan Azərbaycan beynəlxalq miqyasda müsbət imicə, yüksək nüfuza malikdir.
Təzyiq qruplarının növbəti siyasi manipulyasiyası...
Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi dairələr “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların, o cümlədən, anti-Azərbaycan dairələrin ruporu kimi fəaliyyət göstərən transmilli media qurumlarının xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq hazırladıqları hesabat və bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir...
Bu istiqamətdə son olaraq “Human Rights Watch” təşkilatının ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli bəyanatları sadalananların təsdiqi qismində çıxış edir. Bu çağırışlar bəhs olunan təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoyur. Bu təşkilatın reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Ümumiyyətlə, bu təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir.
“Human Rights Watch” təşkilatının qərəzli çağırışları təsadüfi deyil
Əlbəttə, “Human Rights Watch” təşkilatının bu cür mövqe sərgiləməsi təəccüblü və təsadüfi deyil. Çünki bəhs olunan qurumun məhz bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv mülahizələr və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması və ikili standartlar əsasında çıxış etmək deməkdir.
Digər tərəfdən, qeyd etdiyimiz kimi, bu cür təzyiq kampaniyalarında müəyyən dairələrin direktivləri əsasında fəaliyyət göstərən transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyası aparır, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar. Məhz “Human Rights Watch” təşkilatının yuxarıda bəhs olunan qərəzli, qeyri-obyektiv mülahizələrinə tribuna verən yerli və transmilli media qurumları təzyiq qruplarının ruporu qismində çıxış edirlər.
Bütövlükdə, Azərbaycan ictimaiyyəti bu cür subyektiv, qərəzli və ədalətsiz çağırışlara kəskin etiraz edir. Cəmiyyət üzvləri bu kimi təşkilatların hesabatlarına və çağırışlarına etibar etmir. Çünki ədalət prinsipinin pozulduğu yerdə obyektivlikdən və etimaddan danışmaq imkansızdır.

Paylaş:
Baxılıb: 1164 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31