Ana səhifə »  Müəlliflər »  “Human Rights Watch” sifariş yerinə yetirir
A+   Yenilə  A-
“Human Rights Watch” sifariş yerinə yetirir
Yazdı: Mübariz Abdullayev

Birinci Avropa Oyunlarını işıqlandırmağa gələcək jurnalistlərə ünvanlanan “müraciət”də qurumun qərəzli siması bir daha açıq-aşkar nəzərə çarpır
Məlumdur ki, dünyada özünün dinamik inkişaf və nümunəvi cəmiyyət modeli ilə fərqlənən Azərbaycanın beynəlxalq nüfuzu da getdikcə artır. Ölkəmiz son illərdə güclü potensialı və xoş məramı sayəsində regional və qlobal miqyasda gedən proseslərə daha artıq dərəcədə təsir göstərmək imkanları qazanıb. Artıq müstəqil Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, regionda hər hansı bir irimiqyaslı layihə ölkəmizin təşəbbüsü və fəal iştirakı olmadan reallaşdırıla bilməz.
Ölkəmizin hər sahədə dinamik inkişafı və dünyada nüfuz sahibinə çevrilməsi, təbii ki, dostlarımızı sevindirir. Nüfuzlu beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin nailiyyətlərimizi yüksək qiymətləndirərək respublikamızla əməkdaşlığa böyük önəm verdiklərini ifadə etmələri bunun təsdiqidir.
Bununla belə, xaricdəki erməni lobbisinə bu və ya digər formada bağlı olan dairələr, islamofob qüvvələr ölkəmizin inkişafına və getdikcə artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün müxtəlif çirkin vasitələrə əl atırlar. Bədxahlarımız, adətən, respublikamızda keçirilməsi gözlənilən mötəbər beynəlxalq tədbirlər ərəfəsində xüsusilə fəallaşırlar. Cari ilin iyununda Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunları da bu cəhətdən istisna olmayıb. Belə ki, sözügedən qüvvələr mötəbər idman yarışması ərəfəsində Azərbaycana qarşı növbəti “qara piar” təbliğatına start veriblər.
Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı haqqında bəhs olunan qüvvələrin başladığı “qara piar” kampaniyasında xüsusi canfəşanlıq göstərənlərdən biri də “Human Rights Watch” təşkilatıdır. Əslində, “Human Rights Watch”u Azərbaycan əleyhinə qərəzli təbliğat kampaniyalarının daimi üzvü kimi səciyyələndirmək daha doğru olardı. Ölkəmizin əleyhinə yönələn ssenarilərdə bu təşkilatın adı bir qayda olaraq ön sıralarda gəlir. “Human Rights Watch” üçün o da xarakterikdir ki, bu təşkilatın “fəaliyyəti” ilə onun missiyası arasında kəskin təzad müşahidə edilməkdədir. Yəni qurum beynəlxalq miqyasda insan haqları ilə bağlı vəziyyətin obyektiv şəkildə monitorinqini aparmaq əvəzinə, milli dövlətlərə qarşı təzyiq aləti rolunda çıxış edir. Başqa sözlə desək, “Human Rights Watch” insan haqlarının vəziyyətinə ayrı-ayrı ölkələrdə selektiv və subyektiv yanaşır. Bir halda təşkilat faktları görməzdən gəlir, digər halda isə ölkələrin adı mütəmadi olaraq “qara siyahı”ya salınır.
“Human Rights Watch”un qərəzli siması qurumun birinci Avropa Oyunlarını işıqlandırmağa gələcək jurnalistlər üçün müəyyənləşdirdiyi “qaydalar”da bir daha açıq-aşkar nəzərə çarpır. Əvvəla, soruşan gərək, “Human Rights Watch” hansı səlahiyyətlə belə “qaydalar”ı müəyyənləşdirməyə özündə cəsarət tapıb? Burada deyiblər: Utanmasan, oynamağa nə var ki! Görünür ki, “Human Rights Watch”un təmsilçilərində də mənəvi hisslər tamam aşınıb və onlar öz əməllərinin, səsləndirdikləri cəfəng fikirlərin fərqində deyillər.
Yeri gəlmişkən, haqqında bəhs olunan qüvvələrin əllərində alətə çevrilən “Human Rights Watch”un birinci Avropa Oyunlarını işıqlandıracaq media təmsilçilərinə ünvanladığı “qaydalar”da iddia edilir ki, guya, ölkəmizdə jurnalistlər, insan haqları müdafiəçiləri, siyasi fəallar təzyiqlər olur. Lakin “qaydalar”da bu iddialar faktlarla təsdiqini tapmır. Bəli, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da həbslər baş verir. Məsələn, jurnalist Xədicə İsmayılova, özünü QHT təmsilçisi sayan Leyla Yunusova və bu qəbildən olan digərləri həbs olunublar. Ancaq müvafiq qurumların açıqlamalarında da bildirildiyi kimi, bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinin onların jurnalist fəaliyyəti və yaxud vətəndaş mövqeyi ilə hər hansı bağlılığı əsla yoxdur. Həmin şəxslər konkret cinayət əməllərinə görə saxlanılıblar. Azərbaycan hüquqi dövlətdir. Burada vətəndaşın peşə fəaliyyəti, siyasi baxışları onu yol verdiyi cinayət əməlinin məsuliyyətindən sığortalamır.
“Human Rights Watch”un məlum “qaydalar”ında, həmçinin, ölkəmizdə mətbuatın durumu ilə bağlı reallıqdan uzaq fikirlər də yer alıb. Guya, Azərbaycanda mətbuat azadlığına qoyulan qadağalar repartyorların araşdırmalar aparmalarına maneçilik yaradacaq. “Human Rights Watch”un təmsilçilərinin bu münəccimliyi ölkəmizdəki azad media mühiti ilə kəskin təzad təşkil edir. Azərbaycan o ölkədir ki, burada mətbuat üzərində senzura tamam ləğv olunub, dövlət siyasi oriyentasiyasından asılı olmayaraq, hətta onu tənqid edən KİV-lərin də maddi-texniki bazasının möhkəmləndirilməsinə davamlı dəstək verir.
Belə olan halda “Human Rights Watch” nə üçün real vəziyyəti görməzdən gəlir? Nə üçün qurumun yaydığı “sənəd”də reallıq növbəti dəfə təhrif olunub? Suallar çoxdur. Bütün sualların isə yeganə cavabı belədir: “Human Rights Watch” sifariş yerinə yetirir və buna görə də monitorinqlərində yalnız qərəzə istinad edir!

 
  • Oxunub:  22650  |  
  • Tarix:  08-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA