Ana səhifə »  Müəlliflər »  Ermənilərin sadiq dostu Kristofer Smit!
A+   Yenilə  A-
Ermənilərin sadiq dostu Kristofer Smit!
Yazdı: Mübariz Abdullayev

Və yaxud ermənilərin sifarişləri əsasında Azərbaycanın ünvanına qərəzli “ittihamlar” səsləndirməsi amerikalı konqresmenə heç bir halda başucalığı gətirmir
Azərbaycanın dinamik inkişaf sayəsində regional və qlobal miqyasda gedən proseslərə daha aktiv təsir imkanlarına malik bir ölkəyə çevrilməsi dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi də bir o qədər narahat edir. Bu məqam özünü cari ilin iyununda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bir daha qabarıq şəkildə bürüzə verir. Hər halda son vaxtlar cərəyan edən proseslər belə deməyə əsas verir. Belə ki, ABŞ-dakı və ayrı-ayrı Avropa ölkələrindəki bəzi qüvvələr, islamofob dairələr və xaricdəki erməni lobbisi Azərbaycan haqqında həqiqətlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyan birinci Avropa Oyunları ərəfəsində ölkəmizin ünvanına heç bir reallığa söykənməyən şər, böhtan kampaniyasının miqyasını bir qədər də genişləndiriblər. Həmin qüvvələr bununla bir tərəfdən Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzuna xələl gətirməyə, digər tərəfdən də tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. Azərbaycan reallıqlarını təhrif etməyə yönələn ssenarilərdə rol alanlardan biri də ABŞ-ın Nyu Cersi ştatından Nümayəndələr Palatasının respublikaçı üzvü, Helsinki Komissiyasının sədri Kristofer Smitdir. O, bu günlərdə “Amerikanın səsi”nə müsahibəsində ölkəmizlə bağlı növbəti dəfə reallıqdan uzaq fikirlər ifadə edib. 
Sən kimsən Kristofer Smit?
Bu məqamda ortaya “görəsən nə üçün Kristofer Smitin adı “Azərbaycan əleyhinə zəhlətökən mahnılar oxuyan xor”da daha ucadan eşidilir”- sualı çıxır. Kristofer Smitin tərcümeyi-halından qırmızı xətlə keçən məqamlara nəzər saldıqda isə sualın cavabına aydınlıq gəlir. Belə ki, keçdiyi həyat yoluna istinadən onu qısa şəkildə təqdim etməli olsaq, belə deyə bilərik: Kristofer Smit qatı ermənipərəstdir, erməniliyə xidmət göstərmək onun həyatının amalını təşkil edir. Elə bu amil də K.Smitin bir qayda olaraq Azərbaycan əleyhinə ssenarilərdə yer almasını şərtləndirir. Necə deyərlər, görünən dağa nə bələdçi? K.Smitin tərcümeyi-halı erməni lobbisinin sifarişlərini can-başla yerinə yetirmək məqamları ilə kifayət qədər zəngindir. O, erməni lobbisinin birbaşa təsiri altında hazırlanan məşhur və bədnam “907-ci düzəliş”in müəlliflərindən biridir. Təkcə bu faktın özü bu gün Azərbaycanın ünvanına ittihamlar səsləndirən K.Smitin hansı qabdan “su içdiyinə” dəlalət edir. Lakin bu, K.Smitin ermənipərəstliyinə dair yeganə fakt deyil. O, Dağlıq Qarabağın ermənilər tərəfindən zor gücünə ilhaqına haqq qazandıranların, separatçıların “müstəqillik” əldə etmək istəklərini açıq-aydın dəstəkləyənlərin, bu prosesə yardım göstərənlərin də siyahısında öndə gedir. K.Smitin adı eyni zamanda saxta “erməni soyqırımı” kampaniyasından keçir. Yəni, o, Türkiyəyə, Türk dünyasına qarşı yönələn qatı çıxışların müəllifi kimi də “şöhrət” tapan konqresmenlərdəndir. 
Kristofer Smit yenə də köhnə ampluasında
Onu da qeyd edək ki, Kristofer Smit zaman-zaman həyata keçirdiyi missiyanın üzərinə pərdə çəkməyə və onun əsl mahiyyətini gizlətməyə çalışsa da, bu alınmır. Necə deyərlər, torbada qara pişik olduğu dərhal sezildiyi kimi, K.Smitin də ibarəli kəlmələrinin arxasından onun suflyorlarının kimliyi tez bir zamanda bəlli olur. Elə bu konqresmen “Amerikanın səsi”nə müsahibəsində də Azərbaycana növbəti dəfə “demokratiya qayğısı” nümayiş etdirib. Daha doğrusu, bədnam “erməni işi”nə xidmət edənlərin əksəriyyəti kimi, K.Smit də “demokratiya”, “insan haqları” kimi gəlişigözəl ifadələrdən Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməyə çalışıb. Əlbəttə, “demokratiya”, “insan haqları” kimi məsələlər hər bir ölkə üçün çox aktualdır. Ancaq konqresmen hansı əsaslarla demokratik dəyərlərə ciddi önəm verən Azərbaycanı tənqid edir? Ümumiyyətlə, onun hansısa bir ədalət meyarı varmı? K.Smitin səsləndirdiyi cəfəng fikirlərdən aydın görünür ki, o ittihamlarında tamamilə subyektivlik və qərəz prizmasından çıxış edib. Aydın sezilir ki, konqresmen Azərbaycana yönəlik ittihamlar dilə gətirərkən ölkəmiz haqqında “antidemokratik” imic formalaşdırmaq və beləliklə də, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək məqsədi daşıyır. Heç kəsə sirr deyil ki, Azərbaycandakı K.Smitin də sıx təmaslar qurduğu “beşinci kolon” təmsilçiləri - yerli radikal müxalifət və xaricdən maliyyə alan bəzi QHT-lər, guya, Azərbaycanda demokratiyanın boğulması barədə rəy formalaşdırmağa çalışırlar. Kristofer Smitə və onunla eyni “cəbhə”də yer alanlara beynəlxalq aləmdə Azərbaycan haqqında belə mənfi rəyin formalaşdırılması Dağlıq Qarabağdakı separatçılara daha çox yardım göndərilməsinə nail olmaq üçün lazımdır. 
Qeyd etdiyimiz kimi, K.Smit Azərbaycanın radikal müxalifəti ilə sıcaq münasibətlər qurub. Onun Azərbaycanın radikal müxalifət düşərgəsinin təmsilçiləri, o cümlədən də, İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov və digərləri ilə dəfələrlə görüşləri olub. Konqresmeni Azərbaycan müxalifətinin radikal qanadı ilə birləşdirən ortaq məxrəc nədir? Radikalların “yaxın dost”, “böyük demokrat” adlandırdıqları K.Smitlə görüşlərində bir dəfə də olsun Dağlıq Qarabağ problemini, “erməni soyqırımı”nı gündəmə gətirməmələri də suallar doğurmaya bilməz...
Daha bir fakt da K.Smitin əlaqəli olduğu ipin digər ucunun ermənilərin əlində olduğunu təsdiqləyir. Məsələn, konqresmen təkidlə müxtəlif ittihamlarla təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilən “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunusun azadlığa buraxılmasına nail olmağa çalışır. K.Smitin bu canfəşanlığı əsla onun sıradan bir məhbusa qayğısı kimi dəyərləndirilə bilməz. Leyla Yunusun şəxsi həyatının və fəaliyyətinin da ermənilərlə və erməniliklə sıx bağlı olduğunu xatırlasaq, onda konqresmenin “canıyananlığı”nın pərdəarxası məqamları üzə çıxar. Necə deyərlər, ermənilərin sadiq dostu Kristofer Smit yenə də köhnə ampluasındadır...
Azərbaycanı qınayan konqresmen nə üçün öz ölkəsindəki vəziyyəti görməzdən gəlir?
Yeri gəlmişkən, məlum müsahibəsində Azərbaycana növbəti dəfə “demokratiya qayğısı” göstərən K.Smit bir sıra məsələlərə görə “narahatlığını” ifadə edib. Məsələn, o, Azərbaycanda mətbuatın durumundan, jurnalistlərin həbsindən şikayətlənib. Azərbaycanda mətbuat üzərində heç bir məhdudiyyətin olmadığını, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşmasına dövlətin ardıcıl qayğı göstərdiyini, internetin tam azad olduğunu konqresmenə xatırlatmağa lüzum görmürük. Ancaq maraqlıdır: K.Smit dünyanın digər ölkələrində, eləcə də onun öz ölkəsində baş verən iğtişaşlardan, demokratiya pərdəsi altında aparılan əməliyyatlardan niyə narahat olmur? Uzaq Azərbaycan haqqında “narahatlıq” ifadə edən konqresmen niyə irqi zəmində alovlanan Ferqüson hadisələri zamanı səsini də çıxarmırdı? Bəs konqresmen Baltimorda qaradərili gəncin polis zorakılığının qurbanına çevrilməsinə nə deyəcək? 
Əlbəttə ki, K.Smit ABŞ-da baverənləri görməzdən gəlir. Azərbaycanın nümunəsində isə onu danışdıran qərəzdir, erməni lobbisindən gələn sifarişlərdir. Bu isə ona heç bir halda başucalığı gətirmir.

 
  • Oxunub:  22770  |  
  • Tarix:  05-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA