Ana səhifə »  Müəlliflər »  “Azadlıq” qəzetinin ermənilərlə işbirliyinin növbəti sübutu...
A+   Yenilə  A-
“Azadlıq” qəzetinin ermənilərlə işbirliyinin növbəti sübutu...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, Çanaqqala zəfərinə həsr olunan tədbirdən bir cümlə yazmayan Əli Kərimlinin mətbu ruporu qondarma “soyqırımı” tədbirlərinin təbliğatçısı rolunda
Azərbaycanın radikal müxalifət düşərgəsinin ermənipərəst dairələrlə işbirliyində olması, erməni lobbisinin nəzarətində olan mərkəzlərin sifarişlərini yerinə yetirməsi kimsəyə sirr deyil. Dağlıq Qarabağ münaqişəsini özünün siyasi alver predmetinə çevirən, xarici islamofob dairələrin demokratiya və insan haqları pərdəsi altında milli dövlətçiliyə qarşı apardığı təxribatların fəal təbliğatçısı qismində iştirak edən radikal müxalifət düşərgəsinin təmsilçiləri illərdir ki, Azərbaycanın uğurlarına kölgə salmaq üçün min bir oyundan çıxırlar. Daha dəqiq desək, bir neçə il öncə “Eurovision” yarışması öncəsi ermənilərlə əl-ələ verib “mahnı oxuyanlar”, eyni zindana çəkic döyənlər bu dəfə də birinci Avropa Oyunları ərəfəsində “fəallaşıblar”. Məsələn, artıq bir müddətdir ki, ermənilərin ölkəmizə, konkret olaraq birinci Avropa Oyunlarına qarşı apardığı çirkin kampaniyanın bir parçasına çevrilən AXCP sədri Əli Kərimli və onun nəzarətindəki “Azadlıq” qəzeti bu “şər-böhtan” kampaniyasında öz rolunu “uğurla” ifa edir.
Yəni, Əli Kərimli və onun mətbu ruporu növbəti dəfə özünün siyasi kimliyini ortaya qoymaqdadır. Ölkəmizə, xalqımıza qarşı ikili standartlarla çıxış edən “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House” kimi “beynəlxalq” təşkilatların dediyi yalanları təkrarlamaq üçün əldən-ayaqdan gedən Əli Kərimli və onun ətrafındakılar hansı məqsədə səfərbər olunduqlarının tablosunu cızırlar. Bir sözlə, Ə.Kərimli və onun nəzarətindənki “Azadlıq” birmənalı şəkildə ermənipərəstlərin sifarişləri əsasında “siyasi hərəkət trayektoriyasını” müəyyənləşdirir.
Yeri gəlmişkən, Əli Kərimli və “Azadlıq” qəzeti bu günlərdə bir daha hansı “tərəflə” yanaşı durduğunu təsdiqləyib. Məlum olduğu kimi, aprelin 24-ü ermənilərin qondarma “soyqırımı” oyunları oynadığı, öz yalanlarını yaymaq üçün çirkin tamaşalar hazırladığı bir gündür. Bunu hər kəs bilir. Ermənilər bu dəfə də öz oyunlarını oynamağa çalışdılar. Qondarma “soyqırımı” tədbiri keçirtməklə bir daha öz çirkin planlarını reallaşdırmaq üçün səfərbər, arxalarında duranların isə iyrənc erməni kartından istifadəyə hazır olduqlarını bir daha nümayiş etdirdilər.
Bu ilin 24 apreli həm də Türkiyə və Azərbaycan dövləti, xalqı üçün ən önəmli və qürurlu günlərdən biri olan Çanaqqala zəfərinin 100 illiyi idi. Çanaqqala döyüşünün türk xalqı üçün nə qədər önəmli olduğunu təkrarlamaq niyyətindən uzağıq. Amma həmin döyüşdə yüzlərlə azərbaycanlının da şəhid olduğu faktdır. Yəni, bu qələbədə bizim də qan payımız var.
Lakin nədənsə özünə “vətənpərvər” deyib yaxasını yırtan “Azadlıq” qəzeti və onun yönləndiricisi Əli Kərimli bu zəfərin 100 illiyinə həsr edilən tədbirdən bir cümlə yazmağı özlərinə rəva bilməyiblər. Bununla belə, qondarma “soyqırımı” haqqında “şəkilli-məkilli” bir səhifəlik yazı dərc ediblər. Bu erməni sevgisi haradan qaynaqlanır?
Qondarma “soyqırımı”na tam bir səhifəsini ayıran “Azadlıq” qəzeti Çanaqqala zəfərinin 100 illiyi üçün Türkiyədə keçirilən tədbirdən bir cümlə yazmağa ehtiyac görmür. Bu təsadüfdürmü? Yəqin ki, yox. Çünki bu cür “təsadüflər”ə “Azadlıq” qəzetinin səhifələrində tez-tez rast gəlmək olur. “Kostanyan”ların və digər ermənilərin bütün “arzu və istəklərinə” sevə-sevə yer ayıran “Azadlıq” qəzetinin Türkiyədə keçirilən tədbirlərə qarşı bu qədər soyuq yanaşması bir daha onların nə qədər “vətənsevər” və “milliyyətçi” olmasından xəbər verir.
Bəli, “Azadlıq” qəzeti və Əli Kərimli bir daha kim olduğunu, kimlərə xidmət göstərdiyini, kimin sifarişlərini yerinə yetirdiyini nümayiş etdirdi. Əslində, bunu təsadüf saymaq olardı. Amma nəzərə alsaq ki, bu qəzetin baş redaktoru da ermənilərin əsas dəstəkçisi olan bir ölkəni özünə “sığınacaq” seçib, o zaman artıq şərhə ehtiyac qalmır...

 
  • Oxunub:  23220  |  
  • Tarix:  28-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır
13 Sentyabr 17:33
Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar
13 Sentyabr 17:32
Akademik Kamal Abdulla Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA