Ana səhifə »  Müəlliflər »  Sabiqlərin son tanqosu...
A+   Yenilə  A-
Sabiqlərin son tanqosu...
Yazdı: Nurlan Qələndərli

Yaxud Azərbaycan neftindən pay qopartmaq cəhdləri ilə çıxış edən qərəzli dairələrin növbəti “qara piar” kampaniyası
Xəbər verildiyi kimi, bir qrup amerikalı ekspertin, siyasətçinin və Birləşmiş Ştatlarda yaşayan bəzi azərbaycanlıların ABŞ dövlət katibi Con Kerriyə açıq məktubunda ölkəmizə qarşı böhtan - ittiham xarakterli, subyektiv mülahizələrə söykənən məqamlar yer alıb. Əlbəttə, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç kimi şəxslərin Azərbaycana qarşı “qara piar” kampaniyasında istifadə edilməsi bu qərəzli kampaniyanın arxasında anti-Azərbaycan və islamofob dairələrin olduğunu aşkar edir.
Anti-Azərbaycan və islamofob dairələr ənənəvi amplualarında...
Digər tərəfdən, məktubda səsləndirilən subyektiv mülahizələr, manipulyasiya xarakterli fikirlər və ittihamlar heç də yeni deyil, ənənəvi qərəzli yanaşmanın bariz nümunəsidir. Əslində, bu cür “qara piar” kampaniyası gözlənilən idi, çünki mühüm hadisə və proseslər ərəfəsində anti-Azərbaycan və islamofob dairələrin təbliğatına dəfələrlə rast gəlinib. Məsələn, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi çərçivəsində qərəzli dairələr “demokratiya”, “insan hüquqları” kimi məsələlərdən istifadə edərək Azərbaycana təzyiq etməyə çalışır, bu istiqamətdə bütün təbliğat vasitələrinə istinad edirdilər. Məhz ilk Avropa Oyunları ərəfəsində də ölkəmizə qarşı “qara piar” kampaniyasına start verilməsi ona dəlalət edir ki, islamofob qüvvələr, anti-Azərbaycan dairələri Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə cəhd göstərirlər. Digər tərəfdən, erməni lobbisi, dünya erməniliyi beynəlxalq miqyasda həm informasiya cəbhəsində, həm də diplomatik müstəvidə islamofob dairələrin arxasına sığınaraq Azərbaycan əleyhinə təbliğat kampaniyasını şiddətləndirməyə çalışırlar.
Anti-Azərbaycan dairələrin Azərbaycanın demokratik imicinə kölgə salmaq cəhdləri heç bir nəticə verməyəcək
Bütövlükdə, ABŞ dövlət katibi Con Kerriyə açıq məktubda əks olunan subyektiv və böhtan xarakterli məqamlar, ölkəmizə təzyiq məqsədi daşımaqla yanaşı, əsas etibarilə, Azərbaycanın demokratik imicinə zərbə vurmağa hesablanıb. Amma Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilib. Buna görə də, bəzi anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Yəni, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu cür səylər nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Ümumiyyətlə, sirr deyil ki, Azərbaycan demokratik, hüquqi dövlət olaraq insan hüquq və azadlıqlarının təminatını ali prinsip kimi qəbul edir. Ölkəmizdə siyasi sistemin demokratikliyini təmin edən əsaslardan biri insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsidir. Bu istiqamətdə həm qanunvericilik bazası kifayət qədər təkmildir, həm də praktik baxımdan əhəmiyyətli işlər görülməkdədir. Digər tərəfdən, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib. Odur ki, bütün bunların fonunda Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir.
Bunlarla yanaşı, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də, siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir. Bu isə ölkədə seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasının əsas təminatlarından biri qismində çıxış edir. Əminliklə söyləmək olar ki, qarşıdan gələn parlament seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olacaq. Ölkəmiz bu seçkiləri də beynəlxalq standartlara uyğun şəkildə, azad və şəffaf keçirmək əzmini ortaya qoyacaq.
Azərbaycanın demokratik inkişafı kontekstində digər bir vacib nüans ondan ibarətdir ki, demokratik siyasi sistemə malik olan ölkəmizdə söz, fikir və özünüifadə, o cümlədən, mətbuat azadlığı təmin olunub. Eyni zamanda, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb, bu sektorun dinamik inkişafı müşahidə edilməkdədir.
Belə olan halda, anti-Azərbaycan dairələrin Azərbaycanın demokratik imicinə kölgə salmaq cəhdləri heç bir nəticə verməyəcək.
Sabiqlərin mövqeyi diplomatik ədəbə və mənəviyyata ziddir
Beləliklə, bir daha vurğulamaq yerinə düşər ki, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Azadlıq” radiosunun keçmiş direktoru Cefri Qedmin, “Freedom House” təşkilatının direktoru Mark Laqon, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasota, AZAD təşkilatından Elmar Şahtaxtinski, Qorxmaz Əsgərov, Ramiz Yunus və başqalarının ABŞ dövlət katibi Con Kerriyə ünvanladıqları açıq məktub manipulyasiyadan başqa bir şey deyil. Qeyd etdiyimiz kimi, məktubda ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç kimi şəxslərin adlarının yer alması isə bir neçə nüansı yenidən aktuallaşdırır. Məlumdur ki, bu şəxslər (sabiqlər-red.) ötən dövrdə tutduqları postda yerinə yetirdikləri vəzifə və funksiyalarla dövlətlərarası münasibətlərin inkişafında formal da olsa, müəyyən rol oynayan fiqurlar kimi çıxış ediblər. Məhz bu gün həmin şəxslərin ənənəvi amplualarını davam etdirərək təzyiq kampaniyasında iştirak etmələri bir çox məqamlara dəlalət edir. Birincisi, bu cür mövqe diplomatik normalar və ədəbə uyğun deyil, ikincisi isə, mənəviyyata ziddir. Digər tərəfdən, belə yanaşma ilə onlar keçmişdə tutduqları vəzifələri gözdən salaraq neqativ nümunə kimi çıxış edirlər.
Birləşmiş Ştatların dövlət katibinə yaxşı məlumdur ki...
O da qeyd edilməlidir ki, anti-Azərbaycan dairələrin bu cür cəhdləri, eyni zamanda, mühüm regional və beynəlxalq əməkdaşlıq modeli formalaşdırmış Azərbaycan və ABŞ arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Amma belə çağırışlarla, siyasi manipulyasiyalarla bu məqsədə çatmaq mümkün deyil. Bütün hallarda Azərbaycan və ABŞ strateji tərəfdaşlıq münasibətlərinə malikdir və belə neqativ faktorlar münasibətlərin inkişafına xələl gətirə bilməz. Məhz bütün bunları nəzərə alan ABŞ dövlət katibi Con Kerrinin də bu qərəzli çağırışlara ciddi yanaşmayacağı, hər hansı bir cavab verməyəcəyi gözləniləndir. Çünki heç bir ciddi dövlət xadiminin bu cür qeyri-ciddi təşəbbüslərə reaksiya verəcəyini gözləməyə dəyməz. Birləşmiş Ştatların dövlət katibinə yaxşı məlumdur ki, etibarlı tərəfdaş olan və regional güc mərkəzi kimi çıxış edən Azərbaycan demokratik siyasi sistemə malikdir, ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub, insan hüquqları etibarlı şəkildə müdafiə olunmaqdadır, vətəndaş cəmiyyətinin inkişafı təqdirəlayiq hal kimi xarakterizə edilir.

 
  • Oxunub:  23550  |  
  • Tarix:  16-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA