Ana səhifə »  Müəlliflər »  “Demokratiya” və “insan hüquqları” islamofob dairələrin təzyiq vasitələri kimi...
A+   Yenilə  A-
“Demokratiya” və “insan hüquqları” islamofob dairələrin təzyiq vasitələri kimi...
Yazdı: Nurlan Qələndərli

Anti-Azərbaycan dairələr ölkəmizə qarşı “qara piar” kampaniyasında “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “CEPS” kimi təşkilatların xidmətlərindən xüsusi istifadə edirlər
Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi qüvvələr - əsas etibarilə Qərbdəki islamofob dairələr “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq hazırladıqları hesabat və bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir.
Təzyiq qruplarının “demokratiya” oyunu siyasi məqsədlərə xidmət edir
Bu istiqamətdə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların xidmətlərindən aktiv istifadə olunur. Xüsusilə də, son zamanlar ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı onların spekulyasiya xarakterli çağırışları sadalananların təsdiqi qismində çıxış edir. Bu çağırışlar bəhs olunan təşkilatların nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Bununla yanaşı, “Freedom House” bir müddət öncə ölkəmizdə demokratiya və vətəndaş cəmiyyətinin mövcud durumu ilə bağlı tədbir keçirmək istəyini ortaya qoyur ki, əslində, bəhs olunan qurumun bu addımı dolayısıyla ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa yönəlib. Ümumiyyətlə, bu təşkilatların reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Bəhs olunan qurumların ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onların ikili standartdan çıxış etdiyini göstərir.
“CEPS”in mövqeyi siyasi manipulyasiyaya əsaslanır
Vurğulamaq lazımdır ki, bu kampaniyada Avropanın müəyyən strukturları və orada fəaliyyət göstərən ekspertlər də xüsusi rol oynayırlar. Həmin təşkilat və ekspertlərin mövqelərinə nəzər saldıqda müəyyən olur ki, onlar birmənalı şəkildə anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirir, ölkəmizə qarşı qeyri-obyektiv mövqe və məlumatlarla çıxış edirlər. Bu nümunə kontekstində Avropa Siyasəti Araşdırmaları Mərkəzinin (CEPS) də fəaliyyətinə diqqət yetirmək lazımdır. Əsas qayəsi Avropa İttifaqı ölkələrinə, onların siyasi, iqtisadi münasibətlərinin araşdırılmasına aid olan bir təşkilatın - “CEPS”in öz istiqamət və sahəsindən kənar məsələlərə müdaxilə edərək qərəzli çağırışlar etməsi hər şeyi növbəti dəfə aşkar edir. Bu təşkilat konkret olaraq siyasi sifariş əsasında fəaliyyət göstərir. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına qarşı “qara piar” xarakterli siyasi manipulyasiyalar, bu məsələlərlə bağlı spekulyasiyalara yol verilməsi isə deyilənlərin bariz nümunəsidir.
“Demokratiya carçıları”nın subyektiv və selektiv yanaşması...
Bu kontekstdə diqqət yetirilməsi vacib olan əsas nüans budur ki, müstəqil siyasət yeridən ölkələrə qarşı “qara piar” kampaniyasında aktiv təmsil olunan, öz qayəsindən uzaq fəaliyyət göstərən bu təşkilatlar Qərbdəki, o cümlədən, Avropadakı kütləvi insan hüquqları pozuntularına münasibət bildirmir. Avropada özlərinin sosial haqlarını ifadə və tələb etmək üçün dinc nümayişlər təşkil edən şəxslərə xəsarət yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və digər bu kimi zorakı vasitələrdən istifadə olunması birmənalı şəkildə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması deməkdir. Əgər sosial və hüquqi məsələlərdən qaynaqlanan nümayişlər ictimai asayişin pozulmasını, siyasi təxribatların meydana çıxmasını şərtləndirmirsə, bu zaman bu cür metodlara istinad edilməsi qanunla müəyyən olunmuş qayda və normaların, eləcə də, hüquq və azadlıqların pozulmasına dəlalət edir. Belə olan halda, demokratik siyasi sistemə malik olduğunu bildirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Avropa hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edir?
Transmilli media qurumlarının “qara piar” kampaniyası
Digər tərəfdən, bu cür təzyiq kampaniyalarında müəyyən dairələrin direktivləri əsasında fəaliyyət göstərən transmilli media strukturlarının xidmətləri də qeyd edilməlidir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri dövriyyəyə buraxmaqla “qara piar” kampaniyası aparır, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar. Məhz adıçəkilən təşkilatların qərəzli, qeyri-obyektiv mülahizələrinə tribuna verən yerli və transmilli media qurumları təzyiq qruplarının ruporu qismində çıxış edirlər.
Azərbaycan ictimaiyyəti subyektiv, qərəzli və ədalətsiz çağırışlara kəskin etiraz edir
Bütövlükdə, Azərbaycan ictimaiyyəti bu cür subyektiv, qərəzli və ədalətsiz çağırışlara kəskin etiraz edir. Cəmiyyət üzvləri bu kimi təşkilatların hesabatlarına və çağırışlarına etibar etmir. Çünki ədalət prinsipinin pozulduğu yerdə obyektivlikdən və etimaddan danışmaq imkansızdır.

 
  • Oxunub:  25500  |  
  • Tarix:  11-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA