
Partiya daxilindəki “narazı” qruplaşma Əli Kərimlinin qarşısına bu tələbi qoyub
Xəbər verildiyi kimi, Müsavat Partiyasının ardından artıq AXCP-də də yeni parçalanma sədaları eşidilməkdədir. Daha doğrusu, partiya sədri Əli Kərimlinin yaratdığı avtoritar idarəetmənin ən fəal icraçıları sayılan bəzi funksionerlərin bütün sərhədləri aşaraq AXCP-nin qocaman üzvlərinə qarşı təhqirlər səsləndirməsi etiraz səslərini daha da gücləndirib. Martın 15-də AXCP-də özünü “mütləq hakim” hesab edənlərdən biri sayılan Fuad Qəhrəmanlının partiya üzvlərinin üstünə qışqırmasına etiraz edən gənclərin qovulmasından sonra etirazçı qrup daha da aktivləşməkdədir. Belə ki, əldə olunan məlumata görə, bir müddət öncə qurultay tələbi ilə partiya sədrinə müraciət edən “narazı” qruplaşma artıq Ə.Kərimlinin qarşısına şərt qoyub. Onların tələbi isə F.Qəhrəmanlının partiyadan uzaqlaşdırılması, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, xaricdən partiyanın adına gələn maliyyə ilə bağlı hesabatların verilməsidir. Bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə isə əsasən gənclərdən və qocaman AXCP-çilərdən ibarət olan “narazı” fraksiyanın kütləvi şəkildə istefa verərək gedəcəkləri bildirilir.
Vurğulamaq yerinə düşər ki, bu tələbin bəzi müddəaları bir müddət öncə də səsləndirilmişdi. Belə ki, Müsavat Partiyasında qurultayın keçirilməsinin ardından AXCP-də də analoji addımın atılması ilə bağlı tələblər irəli sürülmüşdü. “Narazı” kəsim partiya sədrinin guya “minlərlə” üzvünün olması ilə bağlı yalanlarının üstünü açmaq, real vəziyyətlərini təhlil etmək üçün qurultayın vacibliyini bildirmişdilər.
Son baş verənlər isə artıq səbr kasasının dolduğunu təsdiqləyir. Partiya idarəçiliyinin yalnız bir neçə şəxsin əlində cəmləşməsi, hətta seçkili orqanların qərarlarının belə heç bir əhəmiyyət daşımaması, ən əsası isə verilən qərarların partiyanın Ali Məclisində və ya Rəyasət Heyətində müzakirə edilməməsi, yalnız şəxsi iradə əsasında qəbulu qarşıdurmanı daha da gücləndirib. Bir müddət öncə ard-arda partiya sədrinin iki müavininin - Razi Nurullayevin və Asəf Hacıyevin, o cümlədən, bir neçə müşavirin istefaları da göstərir ki, partiyada hökm sürən Əli Kərimli avtoritarizmi hər kəsi cana gətirib. Ə.Kərimlinin şəxsi iradəsinə söykənən qərarları icra etdiyi üçün heç bir cəzaya tuş gəlməyəcəyini dəqiq bilən F.Qəhrəmanlı kimi müavinlər isə artıq partiya üzvləri ilə davranış qaydalarına belə riayət etmir, kobudluqlara yol verir, hətta onları təhqir edirlər.
Əldə edilən məlumatlarda o da bildirilir ki, Əli Kərimlinin qarşısına şərt qoyan “narazı” kəsim AXCP sədrinə bəlli vaxt da verib. Belə ki, qısa zamanda F.Qəhrəmanlının törətdiyi əməllərlə bağlı xüsusi olaraq Rəyasət Heyətinin iclasının çağırılması, onun partiyadan qovulması, digər müavinlərə isə davranışları ilə bağlı xəbərdarlıqların edilməsi gözlənilir.
Səslənən etirazlardan “kürkünə birə düşən” Əli Kərimli isə narazı qruplaşmanın üzvləri ilə görüşmək niyyətindədir. Bu narazılığın miqyasının daha da artmasının qarşısını almaq üçün Ə.Kərimli müəyyən addımlar atmağa məcburdur. Belə ki, Müsavat Partiyasında baş verənlərin fonunda qurultayın onun üçün nə ilə nəticələnəcəyini indidən proqnozlaşdıra bilməyən Ə.Kərimli manevrlərlə qurultayı gələn ilə saxlamaq, bununla da yenidən öz “fəaliyyətini” davam etdirmək istəyir. Bunun üçünsə ən azından kiminsə “qurban” verilməsi lazım gələcək. Görünən budur ki, Ə.Kərimli öz mövqelərini qorumaq üçün F.Qəhrəmanlını partiyadan uzaqlaşdırmaq məcburiyyətindədir. Əks halda “narazı” qrupun digər “vacib” iddiaları yenidən gündəmə gələ bilər. Belə ki, son dövrlərdə keçirilən mitinqlərin şou xarakteri daşıdığını və bunun yalnız Ə.Kərimliyə maddi vəsaitlər qazandırmağa istiqamətləndiyini bəyan edən “narazı”lar xaricdən gələn maliyyənin də hesabatını tələb edirlər. Bu səbəbdən də Ə.Kərimlinin F.Qəhrəmanlı ilə vidalaşmaqla özünü və xaricdən gələn ianələri qorumağa çalışacağını indidən pronqnozlaşdırmaq mümkündür.
- Oxunub: 23280 |
- Tarix: 09-04-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət dövlətə və xalqa qarşı mübarizə aparır(2019-12-04 09:32:29)
- - Azərbaycan xalqı radikal müxalifəti dəstəkləmir(2019-12-03 09:38:16)
- - Havadarları radikal müxalifət düşərgəsindən üz döndəriblər(2019-11-30 09:58:02)
- - Radikal müxalifət düşərgəsi maddi gəlir əldə etmək üçün bütün yollara baş vurur(2019-11-29 09:28:35)
- - AXC-“Müsavat” hakimiyyətinin cinayətkar əməlləri xalqımız tərəfindən unudulmayıb(2019-11-28 09:20:34)
- - Siyasi dönük, flüger Əli Kərimlinin bütün fəaliyyəti satqınlıq üzərində qurulub(2019-11-27 09:15:43)