Ana səhifə »  Müəlliflər »  Arif Hacılının başı yeni qovğada...
A+   Yenilə  A-
Arif Hacılının başı yeni qovğada...
Yazdı: Mübariz Abdullayev

Vurğun Əyyubun “Müsavat” məclisindən kənarlaşdırılması partiyada növbəti qarşıdurmalara rəvac verib
Müsavat Partiyasında gərginlik səngimək bilmir. Əksinə, ötən hər gün ərzində bu partiyada daxili qarşıdurma daha da şiddətlənir. Buna səbəb isə “Müsavat”ın təxminən 6 ay bundan əvvəl keçirilən qurultayında yol verilən saxtakarlıqlardır. Daha dəqiq desək, həmin saxtakarlıqlar nəticəsində sədr postuna yiyələnən Arif Hacılının başı ötən müddətdə qalmaqaldan əskik olmayıb. Yəni, son 6 ay ərzində “Müsavat” Arif Hacılı, onun qardaşları və digər yan-yörəsi ilə narazı partiya funksionerləri arasında günü-gündən şiddətlənən, bütün etik çərçivələri aşan qalmaqallar, intriqalar mərkəzinə çevrilib. Arif Hacılının öz dəstəsinin köməyi ilə “Müsavat”dakı “narazılar”ı susdurmaq siyasəti bu partiyanın parçalanmasını daha da tezləşdirib. Hadisələrin bu axarda inkişafı ərəfəsində keçirilən “Müsavat” məclisinin son iclasından sonra isə Arif Hacılı - “narazılar” qarşıdurması yeni mərhələyə qədəm qoyub.
Məlumdur ki, “Müsavat”da yeni başqanın legitimliyini qəbul etməyənlərdən biri də Vurğun Əyyubdur. O, Arif Hacılının başqanlığa saxtakarlıqla yiyələndiyini və bu səbəbdən də “Müsavat”ın strukturlarını, o cümlədən də, partiyanın məclisini legitim saymadığını dəfələrlə bəyan edib. Vurğun Əyyubun “dilini dinc saxlamaması”, həmçinin, bir qədər bundan əvvəl partiyadan uzaqlaşdırılan Qubad İbadoğlunun yaratdığı “Demokratiya və rifah hərəkatı”nın strukturlaşmasında fəallıq göstərməsi, özünəyaxın “müsavat”çıları bu və ya digər vasitələrlə şirnikləndirib quruma cəlb etməsi Arif Hacılının səbr kasasını tükəndirib. Beləliklə, “Müsavat”da Vurğun Əyyubun cəzalandırılmasına start verilib.
Məlumat üçün bildirək ki, Arif Hacılının Vurğun Əyyubla bağlı planlarını ilk olaraq gündəmə gətirən və onun “Qubad İbadoğlu ssenarisi” əsasında cəzalandırılmasına “ideoloji zəmin” hazırlayanlardan biri yeni başqanın komandasında yer alan divan üzvü Vəfa Cümşüdlü olub. Sonuncu, radikalların nəzarətində olan KİV-ə verdiyi açıqlamasında “Müsavat”ın yeni rəhbərliyinin “Vurğun Əyyub partiyadan uzaqlaşdırılmalıdır” tezisini belə əsaslandırıb: “Mən hesab edirəm ki, “Müsavat”a qarşı Vurğun Əyyubun Qubad İbadoğlundan da artıq fəaliyyəti olub. Fikrimcə, Qubad İbadoğlu görünən tərəfdir, bütün proseslərin arxasında Vurğun Əyyub dayanır”.
“Müsavat” məclisinın bu günlərdə keçirilən son iclasında isə Vurğun Əyyubun cəzalandırılması prosesi özünün kulminasiya nöqtəsinə çatıb. İclasda iştirak edən “müsavat”çılar, hətta səsvermə belə keçirmədən Vurğun Əyyubu məclis üzvlüyündən kənarlaşdırıblar. Bu cəzalandırılmaya obyektivlik donu geyindirməyə çalışan “Müsavat” məclisinin sədri Nüşabə Sadıqlı V.Əyyubun özünü məclis üzvü saymamasının və toplantılara qatılmayacağını bəyan etməsinin sonuncunun partiyanın strukturundan kənarlaşdırılması üçün əsas olduğunu bildirib. “Müsavat” başqanının müavini Elman Fəttah isə partiyanın yeni rəhbərliyinin mövqeyini səsləndirməklə məclis üzvlərini istiqamətləndirərək onları Vurğun Əyyubun qurumdan kənarlaşdırılmasına səs verməyə çağırıb.
Məclisin iclasında partiyanın sabiq başqanı İsa Qəmbər isə “köhnə dostumuz” adlandırdığı Vurğun Əyyuba münasibətdə, necə deyərlər, baltanı lap kökündən vurub: “Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Vurğun Əyyub isə öz növbəsində partiya məclisinin qərarına etinasız münasibət ifadə edib. O, “bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının məclisi ilə bağlı öz sözümü demişəm” - deyib.
Bu arada hər məsələdə Arif Hacılıya irad bildirənlərin partiyanın son məclisində baş verənlərə etirazları özünü çox gözlətməyib. Belə ki, partiyanın mərkəzi nəzarət-təftiş komissiyasının sabiq sədri İbrahim İbrahimli etirazını birincilər sırasında bildirib. O, radikalların nəzarətində olan KİV-lərə açıqlamasında Vurğun Əyyubun partiya məclisindən uzaqlaşdırılmasını nizamnaməyə zidd addım kimi səciyyələndirib. Fikirlərinə davam edən İ.İbrahimli vurğulayıb: “Müsavat Partiyasında yaranmış gərginliyin əsas səbəblərindən biri qurultayda baş vermiş pozuntular olsa da, digər səbəb kimi partiya rəhbərliyində uzun müddət davam edən daxili mübarizəni göstərməmək mümkün deyil. Ötən müddət ərzində Müsavat Partiyasında indiki başqandan narazılardan ibarət böyük bir ordu yaranıb”.
“Müsavat” məclisinin son iclasında Vurğun Əyyubun cəzalandırılmasını “top-tüfənglə qarşılayan”lardan biri də partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədlidir. Yeni başqan Arif Hacılıya qarşı davamlı olaraq ittihamlar irəli sürən E.Məmmədli bu dəfə daha sərt danışaraq bildirib: “Arif Hacılı “Müsavat”ı parçaladı”.
Göründüyü kimi, “Müsavat”ın ən stajlı üzvlərindən birinin məclisdən kənarlaşdırılması partiyada yeni qarşıdurma dalğasına rəvac verib. Bu dəfə qarşı duran səngərlərdə yer alanların əsəbləri daha sərt şəkildə tarıma çəkilib.

 
  • Oxunub:  23130  |  
  • Tarix:  07-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA