Ana səhifə »  Müəlliflər »  Əli Kərimli etirazçı gəncləri AXCP-dən qovdu
A+   Yenilə  A-
Əli Kərimli etirazçı gəncləri AXCP-dən qovdu
Yazdı: Pərviz Sadayoğlu

Fuad Qəhrəmanlı tərəfindən mitinqdə təhqir olunan partiya üzvlərinin hüquqlarını qoruyan digər gənclər isə kütləvi istefaya hazırlaşır
Məlum olduğu kimi, Azərbaycanın radikal müxalifət düşərgəsi sözün əsl mənasında problemlər içində “çalxalanmaqdadır”. Daha doğrusu, radikal düşərgədəki siyasi qurumlarda partiyadaxili demokratiyanın pozulması, avtoritar idarəçilik, xaricdən gələn ianələrin düzgün “bölüşdürülməməsi”, partiya sədrinin və ona yaxın şəxslərin quruma özünün şəxsi təsərrüfatı kimi yanaşması, o cümlədən, partiya rəhbərliyinin “bütləşdirilməsi” istiqamətində aparılan fəaliyyət həmin siyasi təşkilatlarda narazılığı pik həddə çatdırıb. Onu da vurğulamaq lazımdır ki, radikal düşərgədəki partiyalarda sədrə yaxın qruplaşmaların “at oynatması” digər şəxsləri öz etirazlarını qaldırmağa sövq edir. Bunun növbəti təzahürü də AXCP-də özünü büruzə verib. Belə ki, Əli Kərimlinin avtoritar partiya idarəçiliyində “toxunulmaz” elan edilən şəxslərdən biri-Fuad Qəhrəmanlının partiya üzvlərinə qarşı münasibəti partiyanın üzvü olan gənclərin növbəti etirazına səbəb olub.
Yayılan informasiyalarda bildirilir ki, bir neçə gün öncə, partiyanın Gənclər Komitəsinin üzvləri Ehtiram Mehdiyev və Cavid Musazadə təşkilatdan xaric olunublar. Buna səbəb isə Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir “Facebook” statusu olub. Həmin statusda Ehtiram Mehdiyev martın 15-də “Milli şura”nın keçirdiyi mitinq zamanı, Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. AXCP Gənclər Komitəsinin bəzi üzvləri də Ehtiram Mehdiyevə dəstək olublar. Bundan sonra isə, Ehtiram Mehdiyev və Gənclər Komitəsinin digər üzvü Cavid Musazadə partiyadan çıxarılıblar.
AXCP-dən əldə olunan məlumata görə, bu qərardan əsəbləşən Gənclər Komitəsinin digər üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.
Əslində, bu fakt AXCP-də ilk deyil və davamlı şəkildə “təsadüf edilən” hallardandır. Zaman-zaman AXCP-nin keçmiş üzvü Akif İslamzadənin, partiya sədrinin müavini Asəf Quliyevin, sədrin keçmiş müşaviri Şakir Abbasovun, sədr müavini Razi Nurullayevin və başqalarının ard-arda istefa verməsi, Ə.Kərimlini AXCP-ni avtoritar üsulla idarə etməkdə günahlandırmaları heç kimin yadından çıxmayıb.
Gənclərin etiraz səslərini ucaltması isə artıq onların da səbr kasasının dolmasından xəbər verir. Yəni, görünən odur ki, illərdir partiyanın üzvü olan şəxsləri öz şəxsi maraqları üçün istifadə edən, onları aldatmaqla öz şəxsi büdcəsini dolduran, öz yaxınındakı “komandası” ilə birgə xarici anti-azərbaycançı mərkəzlərdən aldığı pulları mənimsəyən Əli Kərimlinin etdikləri artıq gənclərin ona qarşı çıxmasına yol açıb. Eyni zamanda, Əli Kərimlinin öz müavini Fuad Qəhrəmanlıya partiya üzvləri ilə istədiyi şəkildə rəftar etməsinə göz yumması, hətta buna haqq qazandırması bir daha sübut edir ki, AXCP-də üzvlərlə rəhbərlik arasında böyük uçurum mövcuddur. Narazılara isə hər zaman olduğu kimi, bu dəfə də “qapını” göstəriblər. Gənc üzvlərin etirazını “həzm edə bilməyən” Əli Kərimli hər zaman olduğu kimi problemi həll etmək, məsələdə günahkar olan Fuad Qəhrəmanlını cəzalandırmaq yerinə ona qarşı çıxanları, onun əmrlərinə gözübağlı riayət etməyənlərdən canını qurtarmaq yolunu tutub.
Digər tərəfdən, baş verən qarşıdurmanın əsasının AXCP-nin keçirdiyi “mitinq-şousunda” qoyulduğunu nəzərə alsaq, bu fakt bütün siyasi məqsədli oyunları kimi Ə.Kərimlinin ucuz mitinq oyunlarının da fiasko ilə nəticələndiyini ortaya çıxarır. Yəni, partiyanın üzvləri “mitinq” adlandırılan bu cür ucuz tamaşaların nəyə xidmət etməsini görürlər. Həmin “mitinq”lərə gələn partiya üzvlərinin isə AXCP-nin sədr müavini və digər “yetkililər” tərəfindən təhqirə məruz qalması onların ucuz təbliğatlarının sabun köpüyü kimi əriməsinə yol açır. Artıq təhqir olunan, hüquqları tapdanan həmin şəxslər AXCP-nin hansı məqsədlərə xidmət göstərdiyini görür. Hətta Ə.Kərimlinin yaxınları ilə bağlı sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirən partiya üzvləri belə hədəfə alınır, partiyadan qovulurlar.
Beləliklə, bu baş verənlər yalnız özünün xırda “AXCP biznesini” əlində saxlamağa cəhd göstərən Ə.Kərimliyə qarşı qalxan narazılıqların miqyasının artdığını göstərir. Ölkədə siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd göstərməyə sərf edən, öz kiçik dairələrində adını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan Əli Kərimli yalanları ilə aldatdığı şəxsləri artıq ətrafında saxlamaq iqtidarında deyil. Çünki adını demokrat qoyanların bu cür demokratiya anlayışı insanda yalnız gülüş doğurur...

 
  • Oxunub:  21210  |  
  • Tarix:  02-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25