Ana səhifə »  Müəlliflər »  Ermənidən artıq ermənilik edənlər
A+   Yenilə  A-
Ermənidən artıq ermənilik edənlər
Yazdı: Pərviz Sadayoğlu

Və ya “Azadlıq” qəzetinin yalanı növbəti dəfə ifşa olundu
Ölkəmizdə bəlli bir kəsim var ki, onlar xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətə kölgə salmaq, onu qaralamaq üçün bütün güclərini səfərbər edirlər. Daha dəqiq desək, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan uğurlara mənfi don geyindirməklə, xalqın və dövlətin maraqlarına qarşı çıxmaqla məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə çevrilməsi faktı, Azərbaycanın dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi önə çıxması həmin kəsimin yuxusunu ərşə çəkib.
Bir neçə aydan sonra keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları isə həmin satqın kəsimi yenidən “aktivləşdirib”. Bu fakt nədənsə yenidən milli mənəviyyatdan uzaq, peşə normalarını ayaqlar altına alaraq milli mənafeyə zərər yetirmək üçün yalanı belə tirajlamağı özünə “yaraşdıran” bəzilərinin hədəfinə çevrilib. Məsələn, özünü “qəzet” adlandıran, milli təəssübkeşlikdən xəbərsiz “Azadlıq” qəzeti sevinə-sevinə bəzi beynəlxalq təşkilatların birinci Avropa Oyunlarını boykota çağırdığını “yayıb”. Amma hər zaman olduğu kimi, bu dəfə də onların sevincləri qursaqlarında qaldı... Təbii ki, bu kəsimin “fəaliyyətinin” haradan sifariş olduğu onların kimliklərindən bəllidir ki, bu barədə bir az sonra bəhs edəcəyik. İlk olaraq isə onu qeyd edək ki, birmənalı şəkildə nökər psixologiyası ilə yaşayan radikal müxalifət düşərgəsinin xəyanətkar qurumlarından olan AXCP-nin sədri Əli Kərimlinin şəxsi ruporuna çevrilən bu qəzet yenə də öz ampluasındadır və Azərbaycanın qazandığı uğurlara kölgə salmaq üçün canfəşanlıq göstərir. Amma onların bu yalanları, böhtanları və şər kampaniyası hər zamankı kimi yenə də fiaskoya uğradı.
“Azadlıq” qəzetinin və erməni KİV-İnin yalanlarını “Amnesty International” təkzib edir
Məlumat üçün bildirək ki, bir neçə gün öncə AXCP-nin nəzarətində olan “Azadlıq” qəzeti “Amnesty International” təşkilatının “Bakı-2015” birinci Avropa Oyunlarını boykota çağırması ilə bağlı xəbər “yayıb”. Maraqlıdır ki, bu xəbəri “Azadlıq” qəzetindən və ermənilərin bəzi saytlarından başqa heç kim yayınlamayıb. Yuxarıda qeyd etdiyimiz kimi, “eyni dəyirmanın suyuna çevrilən” bu qüvvələrin sevincləri uzun çəkməyib. Belə ki, “Amnesty International” təşkilatından bununla bağlı açıqlama gəlib. Qurumun Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin yaydığı məlumatda bildirilir ki, “Amnesty International” “Bakı-2015” I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: “Amnesty International”ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb”...
Necə deyərlər, əlavə şərhə belə ehtiyac qalmır.
Ermənilərə nökərçiliyin növbəti “mərhələsi”
Yazının girişində qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlarına kölgə salmaq üçün hazır dayanmış bəzi ünsürlərin indi də “Bakı-2015” Avropa Oyunlarını hədəfə götürməsi təsadüfi deyil. AXCP və onun sədrinin, o cümlədən, “Azadlıq” qəzetinin apardığı bu şantaj, böhtan kampaniyasının hansı çirkin niyyətlərə əsaslandığı onların əvvəlki fəaliyyətlərinə nəzər salanda bir daha meydana çıxır. Ermənilərin ölkəmizə qarşı yönəlmiş layihələrinin önündə yer alan bu qəzet və onun sahibi puldan ötrü və şəxsi maraqlarını təmin etmək üçün hətta ermənilərlə birlikdə eyni yalanı danışa biləcəyini növbəti dəfə “sübuta” yetirdi. Amma bu dəfə də ermənidən artıq ermənilik edənlər ifşa olundular.
Bəli, özünü “demokratiya mücahidləri” adlandıran bu bir para milli hisslərdən uzaq kəslər o qədər cılızlaşıblar ki, fəaliyyətlərini yalnız böhtan müstəvisində çəpərləyiblər. Kütləvi, beynəlxalq bir idman tədbirini siyasiləşdirməyə çalışanların cəhdi bir daha göstərir ki, özünü “müxalifət” adlandıran belələri, əslində, xalqa və dövlətə qarşı müxalifətdədirlər.
Bu məqam cəmiyyətdə, eyni zamanda, aşağıdakı haqlı sualları yaradır: “Azadlıq” qəzeti bütünlüklə peşə etikasını pozaraq yalanlar yazmaqla nə etmək istəyir? Antimilli hisslərdən başqa bir “dəyərə” malik olmayan bu kəsimin niyyəti ermənilərin əmri ilə beynəlxalq idman yarışını siyasi oyunların predmetinə çevirməkdirmi? Məğlubiyyətə düçar olan, əslində bütünlüklə məğlubiyyətdən başqa bir anlam kəsb etməyən belələri üçün pul alıb xalqın uğuruna qara yaxmaq belə asandırmı?!
Azərbaycan cəmiyyəti AXCP-yədə, Əli Kərimliyə də yaxşı “bələddirlər”. İstər “Eurovision” mahnı yarışması Bakıda keçirilən zaman, istər Dağlıq Qarabağda erməni təxribatlarına layiqli cavab verilən dövrdə bu qəzetin və sahibinin hansı mövqedən çıxış etdiyi hər kəsin yaddaşındadır. Elə bu səbəbdəndir ki, Azərbaycan cəmiyyəti bu kiçik zümrəni qəbul etmir. Azərbaycan xalqı dövlətin, millətin mənafeyini heçə sayan, düşmənlərlə əlbir olub Azərbaycana qarşı “cəbhə” alan bu azlığın hər zaman layiqli cavabını verir. Onların mətbu orqanlarda yazdıqlarını isə özlərindən başqa bir kimsə oxumur, çünki yazdıqları yalanlar bir gün sonra təkziblə ifşa edilir. Elə “Amnesty International” kimi...
Sonda bir daha xatırlatmaq yerinə düşər ki, karyeralarını siyasi alver üzərində quran və özünü ağızdolusu “siyasətçi” adlandıran bu uğursuzların əllərinin hər şeydən üzüldüyü növbəti dəfə aşkar olur. Onlar üçün onsuz da siyasi mədəniyyət və ya siyasi mübarizə anlayışı yoxdur və olmayacaq. Onlar üçün bir dəyər var - siyasi satqınlıq qarşılığında alınacaq pul... Bunun üçünsə xalqı da, dövləti də satmağa hazırdırlar...

 
  • Oxunub:  23850  |  
  • Tarix:  07-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA