Ana səhifə »  Müəlliflər »  “Müsavat”çılardan tələb: Arif Hacılı partiyadan qovulsun!
A+   Yenilə  A-
“Müsavat”çılardan tələb: Arif Hacılı partiyadan qovulsun!
Yazdı: Mübariz Abdullayev

Yeni başqanın “Müsavat”da qurduğu cəza mexanizmi bumeranq effekti yaradaraq onun özünə qarşı çevrilib
“Müsavat”ın Arif Hacılının saxtakarlıqla yeni başqan seçildiyi sonuncu qurultayından artıq xeyli vaxt ötsə də, partiyada gərginlik səngimir, əksinə, yeni rəhbərliklə narazılar arasında münasibətlər daha antaqonist məcraya istiqamətlənir. Artıq aydın görünür ki, “müsavat”çılar arasında dərin çatlar yaranıb və bu çatların bərpası heç vaxt mümkün olmayacaq. Bu günlərdə isə partiyada yeni başqan Arif Hacılının “Müsavat”dan qovulması tələbləri gündəmə gəlib. Bildirilir ki, hazırda narazılar “Müsavat”da münasibətləri parçalanma həddinədək gərginləşdirən Arif Hacılını cəzalandırmaq və ümumiyyətlə, onu partiyadan xaric etməklə bağlı baş sındırırlar. Narazıların radikalların nəzarətində olan KİV-lərə verdikləri açıqlamalardan, sosial şəbəkələrdə paylaşdıqları statuslardan bəlli olur ki, onlar “Müsavat”ı Arif Hacılı çetesindən birdəfəlik qurtarmaq” qərarında israrlıdırlar.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “müsavat”çıların gec-tez Arif Hacılıdan intiqam almaq qərarına gələcəkləri gözlənilən idi. Məlumdur ki, Arif Hacılı son qurultayda əvvəlcədən planlaşdırdığı saxtakarlıq və İsa Qəmbərin gizli “xeyir-duası” sayəsində “Müsavat”ın yeni başqanı seçildikdən sonra partiyada şəxsi idarəçilik üsulu yaratmağa çalışır. Belə ki, son qurultaydan sonra “Müsavat” daha çox “ailə və bir nəfərin diktəsi ilə idarə olunan partiya” təsəvvürləri yaradır. Yeni başqan “müsavat”çılara münasibətdə “burada mənəm, Bağdadda kor xəlifə” prinsipindən çıxış edir, tez-tez “qucaqlaşmaq” kəlməsini dilə gətirsə də, əslində, bütün səylərini ona yönəldib ki, partiyada onun iradəsindən kənarda heç nə baş verməsin. Arif Hacılı onun dediyi ilə oturub-durmayanlara sərt şəkildə barmaq silkələyərək partiyadan qovmaqla hədələyir. Hətta “Müsavat”da saç-saqqal ağardan yaşlı nəslə də fərq qoyulmur. Artıq “Müsavat”ın qapıları bu və ya digər bəhanə ilə bir sıra fəal partiya funksionerinin üzünə bağlanıb. Bir vaxtlar “Müsavat”ın fəalları sayılan Məhəbbət Muradov, Kamil Xəlilbəyli, Səxavət Əlisoy, Hikmət Hacızadə və digərləri bu qəbildəndirlər. Arif Hacılının qəzəbinə tuş gələn son “Müsavat” fəalı isə Ənvər Əhməd olub. Sonuncu yeni başqanın təkhakimiyyətlilik üsul-idarəsi ilə barışmamaqda, həmçinin Arif Hacılıya qarşı ən sərt şəkildə dirəniş göstərən Qubad İbadoğluya və onun bəyan etdiyi “Azərbaycan Demokratiya və Rifah Hərəkatı”na simpatiya nümayiş etdirməkdə ittiham olunaraq “Müsavat”dan kənarlaşdırılıb.
Lakin Arif Hacılının partiya daxilində qurduğu hədə və cəza mexanizmi bumeranq effekti yaradaraq onun özünə qarşı çevrilib. İndi “Müsavat”dan bu və ya digər ittihamlarla uzaqlaşdırılmaq təhlükəsi Arif Hacılının başı üzərini alıb. Belə ki, Ənvər Əhmədin “Müsavat”dan qovulmasının ardından partiyanın funksionerləri yeni başqana, nəhayət, həddini göstərmək qərarına gəliblər. Məsələn, Səxavət Əlisoy bildirib ki, Ənvər Əhməd yox, Arif Hacılının özü “Müsavat”dan getməlidir: “Bu adam özünü raykom katibi kimi aparır. Onu və patronunu (İsa Qəmbər nəzərdə tutulur-red.) qəbul etməyənləri partiyadan kənarlaşdırır. Anlamaq istəmir ki, fikir ayrılığına görə kimisə cəzalandırmaq olmaz. Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması təmiz biabırçılıqdır. Yazıqlar olsun “Müsavat”a”.
“Müsavat”ın MNTK-sının sabiq üzvü Əlövsət Talışxanlıdan da Arif Hacılının partiyadan qovulmasının zəruriliyi ilə bağlı açıqlama gəlib. İsa Qəmbərin Arif Hacılını başqan seçməklə, eləcə də qurultay sonrası açıqlamaları ilə “Musavat”ı və özunu bataqlığa sürüklədiyini dilə gətirən Ə.Talışxanlı yazır: “Kənardan müdaxilə olmasa, sonuc yaxşı olmayacaq. Bu müdaxilə isə yalnız Müsavat Partiyasının üzvlərinin birgə səyi nəticəsində edilə bilər. Partiyanı xilas etməyin, onun nüfuzunun bərpasının yeganə yolu cəmiyyətdə nüfuzu olan bir nəfərin başqan olmasındadır”.
Göründüyü kimi, Arif Hacılı başqanlığın səfasını çəkməmiş, cəfasını çəkmək məcburiyyətində qalıb. Yeni başqan ətrafında həlqənin daralmasının fərqindədir. Buna görə də özünü əvvəlki sərt mövqeyindən geri çəkilən kimi göstərməyə çalışır. Məsələn, o, son açıqlamalarının birində vaxtilə partiyada onunla hesablaşmayan “müsavat”çıları “xəyanətkarlar” adlandırmasına don geyindirərək özünün liberal obrazını yaratmağa cəhd göstərib. Lakin bu kimi etiraflar ən yaxşı halda sonrakı peşmançılığa bənzəyir ki, bunun da heç bir əhəmiyyəti yoxdur. Necə deyərlər, artıq ox yaydan çıxıb. “Müsavat”çılar qarşıya yeni tələb qoyublar: Arif Hacılı partiyadan qovulmalıdır!

 
  • Oxunub:  24780  |  
  • Tarix:  28-01-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA