Ana səhifə »  Müəlliflər »  “Müsavat”da parçalanmanın anonsu verildi
A+   Yenilə  A-
“Müsavat”da parçalanmanın anonsu verildi
Yazdı: Mübariz Abdullayev

Siyasi müşahidəçilər isə bildirirlər ki, qısa müddətdə partiya iddialı funksionerlərin sayı qədər marginal dəstələrə bölünəcək
Partiyanın son qurultayından sonra “Müsavat” öz tarixinin ən acınacaqlı dövrünü yaşayır. Qurultayda Arif Hacılının saxtakarlıqla yeni başqan “seçilməsi” əvvəlcədən ehtimal edildiyi kimi, iddialı funksionerlər arasında böyük qarşıdurmalara və beləliklə də, partiyanın parçalanmasına rəvac verib.
Məlumdur ki, öz “çete”sinin köməyi sayəsində niyyətinə çatdığını düşünən Arif Hacılının yeni statusda “fəaliyyəti” partiya daxilində dayaqlarını möhkəmlətməkdən uzağa getmir. Yeni başqan başlanğıcda “qucaqlaşmaq” təklifi ilə “narazılar”ın, necə deyərlər, başlarını sığallayıb onları sözəbaxan etməyə çalışırdısa, artıq “özümə yer edim, görün, sizə nə edirəm” prinsipindən çıxış edir. Siyasi müşahidəçilərin vurğuladıqları kimi, “Müsavat”da Arif Hacılının “cəza maşası” ən sərt şəkildə işə salınıb. İndiyədək yeni başqanın diktəsi ilə partiyanın qapıları saxta “seçkilərə” etirazını bildirən onlarca “müsavat”çının üzünə bağlanıb. Bir vaxtlar “Müsavat”ın fəal üzvlərindən sayılan Məhəbbət Muradov, Kamil Xəlilbəyli, Səxavət Əlisoy, Əlövsət Talışxanlı, Vurğun Əyyub və digərləri bu və ya digər formada cəzalandırılıb. Yeni başqan Arif Hacılı “dillərini dinc qoymayan narazılara heç bir aman verilməyəcəyini” dilə gətirib.
“Narazılar” isə Arif Hacılının “cəza maşası”nın qarşısında geri çəkilmək niyyətində deyillər. Onlar radikalların nəzarətində olan KİV-lərə verdikləri açıqlamalarda öz “missiyalarını” belə ümumiləşdiriblər: “İndi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir”.
Arif Hacılının “cəza maşası”nın yeni başqanın özünə qarşı işlədiyini düşünən “narazılar” fürsəti fövtə verməyərək yaranmış situasiyadan maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Bu günlərdə “Müsavat”ın ayrı-ayrı iddialı funksionerləri partiyanın “Arif Hacılı dəstəsi”nə alternativ olan qanadlarını yaratmaq istiqamətində canfəşanlıq göstərirlər. Bununla bağlı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun “fəallığını” xüsusi vurğulamaq lazımdır. Başıbəlalı qurultaydan sonra partiyadaxili gərginliyin artmasında maraqlı olduğunu gizlətməyən Qubad İbadoğlu narazı “müsavat”çıların bazasında “Azərbaycan demokratiya və rifah hərəkatı” yardıldığının anonsunu verib. “Saxtakar başqan” (ifadə başqanlığa sabiq namizəd Səxavət Əlisoya məxsusdur-red.) Arif Hacılının “Müsavat”ına alternativ yaradılan yeni hərəkatın “təşkilat komitəsi”nə elə Qubad İbadoğlunun özü rəhbərlik edir. Qubad İbadoğlu radikalların nəzarətində olan KİV-lərə açıqlamasında “yaxın bir ay-ay yarım ərzində bu hərəkatın təsis yığıncağının keçirilməsini planlaşdırdıqlarını” bəyan edib.
Göründüyü kimi, “Müsavat”ın de-fakto parçalanmasına start verilib. Bildirilir ki, artıq Qubad İbadoğlunun tərəfdarları (və yaxud Arif Hacılı ilə İsa Qəmbərin əleyhdarları-red.) yerlərdə narazı “müsavat”çıların ovuna çıxıblar. Qubad İbadoğlunun “Müsavat”ın rayon təşkilatlarına ezam olunan emissarları “narazılar” arasında fəal iş apararaq onlardan “hərəkat”ı dəstəkləməklə bağlı razılıq alırlar. Qubad İbadoğlunun açıqlamasından bəlli olur ki, onların hədəfi “Müsavat”ın bütün rayon təşkilatlarında “hərəkatın” təsis qruplarını yaratmaqdan ibarətdir. Yeni “hərəkat”ın ilk təsis qrupu isə “Müsavat”ın Salyan rayon təşkilatının bazasında elan olunub. Bu o deməkdir ki, bir qədər sonra “Müsavat”ın bütün yerli təşkilatlarında paralel dəstələr fəaliyyət göstərəcək. Qubad İbadoğlu açıqlamasında gələcəkdə bütünlüklə “Müsavat”ı öz monopoliyasına almaq niyyətini də gizlətməyib: “Partiya yaradılması da alternativ variantlardan biridir. Partiya məsələsi nə vaxtsa gündəmə gələ bilər”.
Beləliklə, aydın görünür ki, Qubad İbadoğlu “Müsavat”ı parçalayıb alternativ partiya yaratmaqla qurultayda saxtakarlıqla başqanlığı mənimsəyən Arif Hacılıdan qisas almaq istəyir. Lakin siyasi müşahidəçilər əminliklə bildirirlər ki, Qubad İbadoğlunun yaratdığı yeni “hərəkat” “Müsavat”ın parçalanmasının yalnız anonsudur. Verilən proqnozlara əsasən, lap yaxın vaxtlarda “Müsavat” partiyadakı iddialı funksionerlərin sayı qədər marginal dəstələrə bölünəcək.

 
  • Oxunub:  25770  |  
  • Tarix:  07-01-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+4 +6