Ana səhifə »  Müəlliflər »  Radikal düşərgə yeni birlik xəyalında
A+   Yenilə  A-
Radikal düşərgə yeni birlik xəyalında
Yazdı: Mübariz Abdullayev

AXP sədri Pənah Hüseynin səsləndirdiyi “birləşmək” “təklif”i qondarma “Milli şura”da, AXCP-də və digər partiyalarda top-tüfənglə qarşılanıb
İndiyədək Azərbaycan cəmiyyəti radikal müxalifət düşərgəsində sayı-hesabı bilinməyən “birlik” təşkilatlarının yaranmasının və az sonra da dağılmasının çox şahidi olub. Bütövlükdə, dağıdıcı düşərgəni ömrünü onları yaradanlara tapşıran “birlik” təşkilatlarının qəbiristanlığı kimi səciyyələndirmək daha doğru olardı. SİDSUH, DUH, “Ziyalılar foumu”, “İctimai palata”, demkonqreslər, məşvərət məclisləri... Bütün bunlar radikalların bəh-bəhlə bəyan etdikləri, lakin siyasi palitrada mövcud olmaq haqqı qazanmayan qondarma “birlik” təşkilatlarının tam olmayan siyahısıdır.
Dağıdıcı düşərgə təmsilçilərinin “birləşmək” oyununa axırıncı nümunə isə ölkəmizdə keçirilən son prezident seçkiləri ərəfəsində yaradılan qondarma “Milli şura” oldu. Başlanğıcda qondarma quruma, necə deyərlər, dağlanmış ət iyinə görə üz tutan radikallar burada xəyal qurduqları korporativ maraqlarının təmin olunmayacağını yəqin etdikdə, dərhal müxtəlif bəhanələr dilə gətirərək ona arxa çevirdilər. Həm də iş ondadır ki, qondarma “Milli şura”da təmsilçilərin birləşmədən ayrılmaları çox qalmaqallı surətdə baş verdi. Gedənlər qalanları, qalanlar da gedənləri qarşılıqlı ittihamlara qonaq etdilər, nəzarətlərində olan KİV-lərdə bir-birlərini ağ yuyub, qara sərdilər.
Budur, qondarma “Milli şura”dakı küsməkliyin üstündən çox vaxt ötməmiş radikallar Tıq-Tıq xanımsayağı yeni dost axtarışına çıxıblar. Bu dəfə radikalların “birləşmək” sevdasını Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn dilə gətirib. Belə ki, o, dağıdıcı düşərgə təmsilçilərinin başını yenidən bir yerə yığmaq üçün özüsayağı “təklif” səsləndirib. Ancaq bu “təklif”ə nəzər saldıqda aydın görünür ki, radikalları “birləşdirməyin” “resepti” heç AXP sədrinin özünə də bəlli deyil. P.Hüseyn radikalların “menyusuna” gəlişigözəl bir söz əlavə edib. Məntiqi də (əslində, məntiqsizliyi-red.) “tutar qatıq, tutmaz ayran” prinsipi olub. Düşünüb ki, düşərgə təmsilçiləri ətəklərinə yığdıqları daşı yerə töküb birləşsələr, savabı ona çatar, dağıdıcı düşərgədə “ideya müəllifi” kimi tanınar, yox, əgər radikallar onun dediklərini heçə sayıb yenə də hikkələrində qalsalar, bunun da ziyanı yoxdur, əskiyim çıxmayacaq ki, bir sözdü, demişəm, olum deməmiş. Beləliklə, radikalların “AXCP-”Müsavat” birliyi bazasında birləşməsi məsələsini gündəmə gətirən AXP-nın sədri tərəddüd içində yazır: “Hər halda, bu məsələdə top AXCP sahəsinə ötürülüb (Bu ifadə altında “Müsavat”ın yeni başqanı Arif Hacılının Əli Kərimliyə barışıq təklifi nəzərdə tutulur-red.)... Aydındır ki, “Müsavat” yenidən “Milli şura”ya qayıtmayacaq. O halda bu problem (birləşmək problemi-red.) nə şəkildə həll ediləcək, ciddi sual kimi qalır”.
Göründüyü kimi, P.Hüseynin özü də anlayır ki, radikalların birləşib çəkici bir zindana vuracaqları dəryada balıq sevdasına bənzəyir. Elə isə AXP sədrinin yüngüllük etməsinə nə ad verəsən?
Bu məqamda vurğulamaq yerinə düşər ki, radikalların P.Hüseynin yeni “təklif”inə reaksiyaları da özünü çox gözlətməyib. Radikalların açıqlamalarından belə qənaət hasil olur ki, onlar dağıdıcı düşərgədəki partiyaların, marginal qrupların “birləşməsindən” ilan vuran ala çatıdan qorxan kimi ehtiyatlanırlar və buna görə də AXP sədrinin “təklif”ini heç eşitmək belə istəmirlər. Məsələn, P.Hüseynin “təklif”inə münasibət sərgiləyən qondarma “Milli şura”nın koordinasiya mərkəzinin üzvü Rafiq Manaflı bildirib: “Əziyyət çəkib birləşirik, bir addım qarşıya atırıq, sonda isə birlik dağılır və biz beş addım arxaya düşürük. Bu, illərin reallığıdır”.
R.Manaflının açıqlamasından o da bəlli olur ki, radikalların hər birinin öz çevrəsi, öz “qırmızı xətti” var və bu da onların “birləşmələrini” mümkünsüz edir: “Elələri var ki, biz onlarla bir addım gedə bilmərik. Bizim üçün qırmızı xətt var. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu qüvvələrin çoxu ilə “Milli şura” arasında kəskin münasibətlər var. Çünki onların bir çoxu “Milli şura”nı tərk edib, bəziləri isə, hətta “şura”nın əleyhinə ciddi ittihamlar yağdırıb, şər-böhtan atıb”.
P.Hüseynin “birləşmək” təklifi bütövlükdə radikal düşərgəni öz monopoliyasında görmək istəyən Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də də, necə deyərlər, top-tüfənglə qarşılanıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz açıqlaması ilə bir növ P.Hüseynin ağzından vurub: “Hesab edirəm, bunun yolu “Milli şura”ya inteqrasiyadan keçir. “Milli şura” çərçivəsində real müxalifətin əməkdaşlıq formatı mövcuddur. Kənarda nə qüvvə, nə də əməkdaşlıq mexanizmləri axtarmağa ehtiyac var”.
Göründüyü kimi, P.Hüseynin “birləşmək” təklifi havaya buraxılan sözdən başqa bir şey deyil. Hər ağızdan bir avaz gələn radikal düşərgə təmsilçiləri heç vaxt bir yerdə olmayıblar və bundan sonra da onların yenidən bir araya gəlmələri müşkül məsələdir.

 
  • Oxunub:  24000  |  
  • Tarix:  25-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA