Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyası keçirdiyi “mitinq”- tamaşa ilə gülüş obyektinə çevrildi
A+   Yenilə  A-
Müsavat Partiyası keçirdiyi “mitinq”- tamaşa ilə gülüş obyektinə çevrildi
Yazdı: Pərviz Sadayoğlu

Keçirilən uğursuz “aksiya” radikal düşərgənin birmənalı şəkildə ermənipərəst dairələrin sifarişini yerinə yetirdiyini bir daha təsdiqlədi
Azərbaycanın radikal müxalifət düşərgəsinin antimilli qüvvələrlə işbirliyi, onların sifarişləri ilə hərəkət etmələri kimsəyə sirr deyil. Eyni zamanda, heç bir siyasi dəstəyə və elektorata malik olmayan düşərgə partiyalarının zaman-zaman sərgiləməyə çalışdıqları “mən də varam” tamaşaları hər zaman fiasko ilə nəticələnir. Məsələn, radikal düşərgə təmsilçilərindən Müsavat Partiyasının son aylarda yaşadığı parçalanma və partiyadaxili qarşıdurmadan istifadə edərək düşərgə daxilindəki monopoliyaya yiyələnməyə çalışan AXCP keçirdiyi iki “mitinq”də hansı “dəstəyə” malik olduğunu əyani şəkildə görmüşdü. Daha dəqiq desək, insanların hər iki mitinqə etinasız münasibəti bir daha xalqımızın radikal düşərgə təmsilçilərinə verdiyi qiyməti ortaya çıxarmışdı. 
Bu dəfə isə analoji durumla üz-üzə qalan radikal düşərgənin digər təmsilçisi - Müsavat Partiyası oldu. Dekabrın 14-də keçirdiyi “mitinq”ə əllə sayılacaq qədər insanın qatılması, hətta bir sıra partiya funksionerlərinin belə bu “aksiyaya” gəlməməsi bu partiyanın əsl vəziyyətini ortaya qoydu. Əslində, Müsavat Partiyasının keçirdiyi bu uğursuz “mitinq”i bir sıra istiqamətlərdən xarakterizə etmək mümkün idi. 
Dünənə qədər özünü radikal düşərgənin “əsas”, “vacib” və başqa epitetlərlə bəzənmiş partiyası adlandıran siyasi təşkilatın iç üzü, məhz bu “mitinq”lə bir daha açıldı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həmin “mitinq”ə tək Müsavat Partiyasının deyil, ona yedəklik etməyə çalışan və özünü “partiya” kimi təqdim edən bəzi qurumların da nümayəndələri qatılmışdılar. Bu nöqteyi-nəzərdən orada “mitinq”də “Müsavat” adına heç yüz nəfərin belə iştirak etməməsi faktı meydana çıxır. Yəni, düşərgənin “ana müxalifət” və ya “əsas müxalifət” partiyası kimi özündən böyük iddialar irəli sürən partiyasının “mitinq”inə bir dəfn mərasimi qədər adam toplaşırsa, hansı reytinqdən və ya gücdən, hansı iddiadan söhbət gedə bilər? Əslində, “Müsavat” rəhbərliyi bu azsaylı yığıncağı öz qərargahında da keçirə bilərdi. Bu mənada “mitinq” şousu sərgiləmək zərurəti haradan qaynaqlanırdı? 
Antimilli ünsürləri müdafiə edən Müsavat Partiyası qaçqın və məcburi köçkün soydaşlarımızı yada salmaq belə istəmir
Bu “mitinq” bir məqamın da ortaya çıxmasında mühüm rol oynadı. Belə ki, “mitinq”də növbəti dəfə ermənipərəst, Azərbaycanın milli maraqlarına zidd hərəkət edən, dövlətçiliyə və milli mənafeyə düşmən kəsilənlərin şəkillərini asmaqla onları “müdafiə oyunu” oynayan Müsavat Partiyası antimilli qüvvələrin maliyyə təminatını əldən qaçırmaq istəmədiyini, yeni başqanın dönəmində də məhz həmin ermənipərəst dairələrin sifarişlərini gözübağlı şəkildə yerinə yetirəcəyini nümayiş etdirmək istəyirdi.
Yəni, budəfəki “mitinq-şou”dan hasil olan mətləb bundan ibarət idi ki, bu “aksiya” birmənalı şəkildə ermənilərin sifarişi ilə təşkil edilib. Bunu sübut edən ən başlıca səbəblərdən biri də “insan haqları” bəhanəsi ilə xarici anti-azərbaycançı dairələrin əlinə oynamaq həvəsi idi. Belə ki, sözügedən “mitinq”də bəlli cinayət faktları ilə bağlı həbs edilən Xədicə İsmayılova, Leyla və Arif Yunusov-Barseqyanlar kimi şəxslərin “siyasi məhbus” adlandırılması, məhz ermənilərin bir müddətdir ki, istər virtual səviyyədə, istərsə də KİV-lərdə apardıqları təbliğatın “Müsavat” vasitəsilə bir daha “dilə” gətirilməsidir. Həmin şəxslər konkret cinayət faktına görə istintaqa cəlb edilsələr də onların anti-Azərbaycan fəaliyyəti bütünlüklə cəmiyyətimizə bəllidir. Bir sözlə, baş verənlər bir daha sübut edir ki, radikal müxalifət düşərgəsi erməni təbliğat maşının elementi kimi çıxış etməkdə davam edir. 
Yeri gəlmişkən, görəsən, konkret cinayət faktında adı hallanan şəxsləri “siyasi məhbus” elan edərək onların müdafiəsinə ehtiyac duyan İ.Qəmbər və ətrafındakıların nə üçün bir dəfə də olsun doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlıların haqqını tələb etmək yadına düşmür? Bəyəm ermənilərin doğma evlərindən didərgin saldığı insanların haqqı pozulmayıbmı? Nə üçün ermənipərəst dairələrin ciddi-cəhdlə qoruduğu, himayəsinə aldığı insanlar Müsavat Partiyası üçün bu qədər əziz olub, amma bir milyon soydaşımız adını siyasi qüvvə qoyan bu şəxslərin yadına belə düşmür? Bu faktın özü Müsavat Partiyasının əsl niyyətini üzə çıxarır...
İsa Qəmbər ermənilərin əmri ilə Avropa Oyunlarını hədəfə alır
Göründüyü kimi, keçmiş müttəfiqi, radikal düşərgə daxilində ən böyük rəqibi sayılan AXCP-ni özündən qabağa buraxmaq istəməyən Müsavat Partiyası bu “mitinq-şou” ilə sanki anti-azərbaycançı, ermənipərəst dairələrə “yalvarma kampaniyası” həyata keçirirdi. Hər halda İ.Qəmbərin mitinqdəki canfəşanlığını və antimilli qüvvələrin irəli sürdüyü tezisləri dilinə gətirməsi də bu faktı təsdiqləyir. Yəni, görünən odur ki, vaxtilə ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsinə qarşı kampaniya aparan ermənipərəst Leyla Yunusova-Barseqyanı bu dəfə “Müsavat”ın köhnə sədri İsa Qəmbər əvəzləyir. Ermənilərin danışan dilinə çevrilən İ.Qəmbər Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına “düşmən” kəsildiyini bəyan edir. Bu isə “köhnə satqınlıq kodudur”. Yəni, ermənipərəst dairələrin əmrlərini yerinə yetirmək üçün İ.Qəmbər artıq öz maskasını üzündən çıxarır. Azərbaycanın uğurlarına üzülən, bu uğurlara qarşı düşmən mövqeyindən çıxış edən Müsavat Partiyasının keçmiş sədri maliyyələşdiyi ermənipərəstlərin danışan dilinə çevrilib. Bu fakt özü də tələm-tələsik, bu cür uğursuz “mitinq” qərarının heç də partiya rəhbərliyi tərəfindən deyil, xarici ermənipərəst dairələr tərəfindən verildiyini növbəti dəfə təsdiqləmiş olur. 
Xalqın etinasızlığı radikallara yerini göstərdi
Yeri gəlmişkən, bu “mitinq” həm də Arif Hacılının sədr kimi ilk “işi” idi. Elə “Müsavat” başqanlığına sabiq namizəd Səxavət Əlisoy da açıqlamasında partiyasının keçirdiyi mitinqi “saxtakar başqanın inauqurasiya-üzəçıxarma mərasimi” kimi səciyyələndirib. Onun sözlərinə görə, ciddi tədbirlər keçirməyə “saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir”. Bu da “Müsavat” üzvünün “mitinq”ə verdiyi qiymət...
Digər tərəfdən, bu mitinq bir müddət öncə eyni arqumentlə keçmiş müttəfiqi tərəfindən lağ obyektinə çevrilmiş AXCP-ni də “hərəkətə” gətirib. Oktyabr və noyabr aylarında keçirdiyi mitinqlərə adam gətirə bilməməsi ucbatından sosial şəbəkələrdə “Müsavat”çılar tərəfindən gülüş hədəfinə çevrilən AXCP təmsilçilərinin “qisas” almaq üçün fürsəti əldən verməyəcəyi də öncədən bəlli idi. Məsələn, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı sosial şəbəkələrdə “Müsavat” rəhbərliyinin mitinq iştirakçılarının sayını deməyə çağırıb: “Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs “adamsızlığı” gördü”.
Beləliklə, istər AXCP-nin, istərsə də Müsavat Partiyasının “mitinq”lərinə insanların etinasız münasibəti bir faktı növbəti dəfə təsdiqləmiş oldu ki, Azərbaycan xalqı artıq kimin hansı yola qulluq etdiyini görür. Həmin partiyaların illərdir ki, ermənilərlə birgə dövlətçiliyimizə qarşı apardığı düşmən siyasətini birmənalı şəkildə qəbul etmir. Yalandan minlərlə “tərəfdarının” olduğunu iddia edən partiyaların mitinqlərə 300 nəfərdən artıq adam çıxara bilməməsi onların heç bir dəstəyə malik olmadığını təsdiqləyir. Bəli, xalq bir daha radikal müxalifətə onların yerlərini və kim olduqlarını göstərdi. Azərbaycan xalqı bir daha inkişafı dəstəklədiyini, dövlətinin, hakimiyyətinin arxasında olduğunu nümayiş etdirdi. Müxalifətin anti-Azərbaycan siyasəti, onları maliyyələşdirən maraqlı xarici dairələrin ölkəmizdə sabitliyi pozmaq planları isə növbəti dəfə iflasa uğradı...

 
  • Oxunub:  23610  |  
  • Tarix:  17-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır
14 Noyabr 10:03
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib
14 Noyabr 09:57
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub
14 Noyabr 09:51
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib
14 Noyabr 09:45
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir
14 Noyabr 09:42
Milli Məclisin növbəti iclası keçirilib
14 Noyabr 09:39
Səhiyyə işçilərinə yüksək əməkhaqqı, vətəndaşlara keyfiyyətli tibbi xidmət...
14 Noyabr 09:38
Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, dini-mədəni abidələrin dağıdılması erməni vandalizminin bariz nümunəsidir
14 Noyabr 09:35
“İP”i qırıqlar...
14 Noyabr 09:30
Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib
14 Noyabr 09:27
Azərbaycanın regionlarında yeni yol layihələrinin icrası uğurla tamamlanıb
13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +16
gecə+9 +12