Ana səhifə »  Müəlliflər »  Leyla Yunusova Azərbaycan cəmiyyətinə qarşı şər və böhtan kampaniyasını davam etdirir
A+   Yenilə  A-
Leyla Yunusova Azərbaycan cəmiyyətinə qarşı şər və böhtan kampaniyasını davam etdirir
Yazdı: Mübariz Abdullayev

AXCP sədri Əli Kərimli isə ona dəstək verməklə yenə də ermənipərəst dairələrin sifarişlərini icra etdiyini sübut edir
Azərbaycan cəmiyyətində hər zaman ağa qara deyən, daim ölkəmizlə bağlı faktları saxtalaşdıraraq xaricdəki antimilli mərkəzlərə donos xarakterli məlumatlar ötürən, Vətənə xəyanətdə, vergi cinayətlərində ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən ermənipərəst “hüquq müdafiəçisi” Leyla Yunusova yenə də öz ampluasındadır. Bunu “hüquq müdafiəçisi”nin həbsxanadan yazdığı və ölkəmizdə qaraguruhçuluqla məşğul olan, korporativ maraqları naminə “beşinci kolon” missiyasını yerinə yetirən radikal müxalifət düşərgəsinin nəzarətindəki KİV-lərin məmnuniyyətlə manşetə çıxartdıqları məktubundan bir daha aydın görmək mümkündür. Bütövlükdə cəmiyyətimizi qaralamağı özünə adət edən, ancaq söyüş söyəndə Azərbaycan dilində danışdığını açıq mətnlə dilə gətirən Leyla Yunusova sözügedən məktubunda yenə də xarakterinə, “dəst-xətti”nə sadiq qalaraq xalqımızın mental, milli-mənəvi dəyərlərini manipulyasiya alətinə çevirib. Yol verdiyi cinayətlərin məsuliyyətindən yayınmaq üçün min bir cildə girən, gah xaricdəki havadarlarına şikayətlər ünvanlayan, gah başına dəsmal bağlayaraq səhhətindən ah-zar edən Leyla Yunusova təzə məktubunda şər vaxtı qara paltar geyinən bir neçə gənc kişinin kamerada ona “hücum çəkməsi” nağılını danışır. Guya, qara paltardakı gənclər əlləri və dodaqları ilə ahıl yaşlı bu qadına ədəbdənkənar işarələr ünvanlayıblar, qoca “hüquq müdafiəçisi” də bundan qorxub və həm də çox utanıb.
Bəli, indiyədək “Sülh və demokratiya institutu”nun rəhbərinin dilə gətirdiyi həqiqətdən uzaq uydurmalar saysız-hesabsızdır. Onun bütün şüurlu fəaliyyəti mənfur erməni işinə yaramaq naminə Azərbaycan gerçəkliyini məqsədli şəkildə təhrif etməkdən uzağa getməyib. Gəlin xatırlayaq. Bir vaxtlar Leyla Yunusova havadarlarının dəstəyi ilə xarici ölkələrdə konfranslar düzənləyərək Azərbaycanın Qarabağ bölgəsində ermənilərə qarşı diskriminasiya apardığı barədə hay-küy qaldırırdı. Bu, Ermənistanın respublikamıza qarşı təcavüzünə, bu təcavüz nəticəsində soydaşlarımızın doğma ev-eşiklərindən didərgin salınmalarına, vəhşicəsinə qətlə yetirilmələrinə vicdansız yanaşmanın Leyla Yunusova nümunəsi idi. Yalnız milli və Vətənə bağlılıq hisslərindən məhrum qalan birisi belə ağ yalanları dilinə gətirə bilərdi ki, bunu da Leyla Yunusova heç bir mənəvi əzab çəkmədən edirdi.
Leyla Yunusova Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləndə də eyni ampluada idi.
Leyla Yunusovanın “siyasi məhbus” “siyahı”larını da saxtakarlığın və riyakarlığın bariz nümunəsi saymaq mümkündür. O, xaricdəki məlum dairələrdən aldığı sifarişlərin və digər təmənnaların müqabilində “siyahı”larını elə hey üfürüb şişirdirdi. Haqqında bəhs olunan məktubu isə “Sülh və demokratiya institutu”nun rəhbərinin ifasında yalanın, qarayaxmanın pik həddi adlandırmaq olar. Yalan danışmağın da bir əndazəsi olmazmı, Leyla Yunusova?
Yaxşı deyiblər ki, taylı tayını tapar. Leyla Yunusova da AXCP sədri Əli Kərimlinin timsalında özünə “sadiq” dost tapıb. Son vaxtlarda Əli Kərimli “hüquq müdafiəçisi”nin yalanlarına çox məmnuniyyətlə züy tutur. AXCP sədri Leyla Yunusovanın son məktubuna da əlüstü reaksiya verərək “Facebook”da paylaşdığı statusda onun “narahatlığına” şərik çıxdığını ifadə edib. Əli Kərimli paylaşdığı statusunda bir qədər də qabağa gedərək Leyla Yunusovanı müdafiə etmədiyinə görə bütövlükdə cəmiyyətə qınaqlar ünvanlamaqdan da çəkinməyib.
Elin gözü tərəzidir, deyiblər. Azərbaycan cəmiyyətinin Leyla Yunusovaya və onun içi Əli Kərimli qarışıq havadarlarına münasibəti bəllidir. Cəmiyyət nə üçün karyerasını ermənilərə xidmət göstərməklə quran və bu yolla çoxlu sərvətə, mal-mülkə sahiblənən birisinin müdafiəsinə qalxmalıdır? Belələrinə züy tutmağı ancaq sən və başına yığdığın dəstə bacarar, Əli Kərimli!

 
  • Oxunub:  25050  |  
  • Tarix:  06-12-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA