Ana səhifə »  Müəlliflər »  AXCP-də yeni qrant bazarlığı
A+   Yenilə  A-
AXCP-də yeni qrant bazarlığı
Yazdı: Mübariz Abdullayev

Əli Kərimlinin və onun əlbuyruğu partiyasında yer alanların antimilli mərkəzlərdən gələn sifarişləri can-başla yerinə yetirmələrinin yeganə motivi belədir: əllərini daha böyük paralara çatdırmaq
Xaricdəki erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli fondlardan, mərkəzlərdən aldıqları ianələrin, qrantların qarşılığını qaytarmaq üçün Azərbaycan cəmiyyətinə qarşı qərəzli mövqe tutmaq, ölkəmizə, xalqımıza aid hər şeyi qara rəngdə təqdim etmək “sapı özümüzdən olan baltalar”ın - “beşinci kolon” təmsilçilərinin əsas missiyasıdır. Belələrinin xorunda özünü radikal düşərgənin əsas simalarından sayan Əli Kərimlinin və onun başında durduğu əlbuyruğu partiyası AXCP-nin səsi daha çox eşidilir.
Əli Kərimli və onun yan-yörəsi özlərini haqqında bəhs olunan antimilli mərkəzlərin nəzərində Azərbaycan cəmiyyətinin bir nömrəli ögeyləri kimi göstərmək üçün onların çaldıqları hər havaya məmnuniyyətlə qol götürüb oynayırlar. AXCP təmsilçiləri nəzarətlərində olan mətbuat orqanlarını, sosial şəbəkələri “babam mənə kor dedi, gəlib-gedənə vur dedi” prinsipi ilə bütövlükdə Azərbaycan cəmiyyətini qaralamaq meydanına çeviriblər. Ayının min oyunu bir armudun başında olduğu kimi, Əli Kərimlinin və onun əlbuyruğu partiyasının da antimilli mərkəzlərdən gələn sifarişləri can-başla yerinə yetirmələrinin, beləliklə də, “erməni işi”nə yaramalarının, “düşmən dəyirmanına su tökmələrinin” motivi isə belədir: əllərini daha böyük məbləğdə qrantlara çatdırmaq.
Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin “pul maniyası” yeni mövzu deyil. Onun vaxtilə müəllimi adlandırdığı Əbülfəz Elçibəyə xəyanətlərinin, radikal düşərgədə düşmənçilik yaratmasının, bu gün başında dayandığı partiyada bölücülük aparmasının səbəbi məhz Ə.Kərimlinin pula, iyini daim burnunda hiss etdiyi qrantlara hərisliyi ilə bağlıdır. Son zamanlarda mətbuatda Əli Kərimlinin pul maxinasiyalarına aid çoxlu sayda yazılar dərc olunub. Yeri gəlmişkən, bir qədər bundan əvvəl AXCP sədrinə ünvanlanan 8 milyon 388 min, daha sonra isə 200 min manatlıq pul iddiaları o qədər əsaslı idi ki, Əli Kərimlinin bu iddiaların qarşılığında ona xas olmayan tərzdə susqunluq nümayiş etdirməkdən başqa bir çarəsi qalmadı. AXCP sədri “Azadlıq” qəzetinin yazarı Sakit Zahidovun “ailəmə çatası pulu Əli Kərimli mənimsədi” ittihamını da eyni sükutla “cavablandırdı”. AXCP-nin sıralarını bu günlərdə tərk edən Şakir Abbasovun pardiyadakı pul maxinasiyaları barədə dediklərinin müqabilində də daşdan səs çıxdı, Əli Kərimlidən yox.
Bu günlərdə isə Əli Kərimli nəzarətində olan KİV-ləri Çexiyanın ermənipərəst “People in need” təşkilatının müdafiəsinə səfərbər edib. Əli Kərimlinin özü nə qədər çalışsa da, necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil - onun yeni missiyasından daha kəskin qrant qoxusu gəlir.
Ölkəmizdə “People in need” təşkilatının adı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində bu günlərdə Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda respublikamız haqqında obyektivlikdən uzaq sərgi hazırlamasından sonra yenidən gündəmə gəlib. Qeyd edək ki, “People in need” əvvəllər də Azərbaycana qarşı qərəzli mövqedə dayanıb. Bu da təşkilatın ermənilərə sıx bağlılığından qaynaqlanır. Bu bağlılıq hətta o həddədir ki, təşkilatın yaradıcıları belə qurumun məhz Ermənistana və Dağlıq Qarabağa yardım üzərində formalaşdığını yazırlar. “People in need”in yaradıcıları, eləcə də hazırda onun başında dayananlar zaman-zaman ermənilərə yardımlar göndəriblər və Dağlıq Qarabağdakı separatçı rejimə dəstək ifadə edən fikirlər səsləndiriblər.
Bütün bunlardan sonra “People in need”in ermənipərəst olmadığını və Batumidə keçirilən forumda Azərbaycanla bağlı obyektivlikdən uzaq sərgini qərəzkarlıqla hazırlamadığını iddia etmək mümkündürmü? Əsla! Görünən dağa nə bələdçi? “People in need” Batumidə məqsədli şəkildə respublikamızın imicinə xələl gətirməyə cəhd edib və buna görə də Azərbaycan cəmiyyətinin sərt təpkiləri ilə üzləşib. Əli Kərimli isə bu dəfə də öz adəti üzrə ölkəmizə qarşı fəaliyyət göstərənlərin yanındadır və nəzarətində olan KİV-lərdə “People in need”in “müdafiə”sini təşkil edib. Əli Kərimli və onunla bir sırada yer alanlar ciddi-cəhdlə isbat etməyə çalışırlar ki, haqqında bəhs olunan qurum ermənipərəst deyil.
Əli Kərimliyə deyən gərək, sən hara, xaricdəki bir təşkilat hara? Sənə nə düşüb ki, “People in need”in müdafiəsi üçün bu qədər canfəşanlıq göstərirsən? Hə, burada xoruzun quyruğu aydın görünür və bütün suallar cavabını tapır. AXCP sədrinin “People in need”i müdafiə etməsindən yeni qrant bazarlığının qoxusu gəlir. Xaricdəki antimilli mərkəzlər Əli Kərimliyə ermənipərəst qurumu müdafiə etmək sifarişi veriblər. Daim təmsil etdiyi cəmiyyətə arxa çevirməklə özünə gün-güzəran düzəldən Əli Kərimli isə bu dəfə də öz adətinə sadiq qalaraq ermənipərəst qurumun müdafiəsinə ikiəlli razılıq verib.

 
  • Oxunub:  23280  |  
  • Tarix:  04-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA