Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Nizami Gəncəviyə həsr edilmiş tədbirdə iştirak edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Nizami Gəncəviyə həsr edilmiş tədbirdə iştirak edib

11.03.2021 [09:24]

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Nizami Gəncəvi 880: Onun Dünya Mirasına Töhfəsi” adlı onlayn konfransda iştirak edib.
Konfransda həmçinin ISESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin həmsədri Vaira Vike-Freyberqa, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və digərləri iştirak edərək, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı öz fikirlərini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edib.
Fondun prezidenti çıxışında Nizami Gəncəvinin zəngin yaradıcılığına toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini yalnız klassik Azərbaycan ədəbiyyatı və mədəniyyətinə deyil, bütövlükdə türk dünyasının ədəbiyyatı və mədəniyyətinə olan dərin ehtiramı kimi qiymətləndirib.
Günay Əfəndiyeva dahi şairin ədəbiyyata gəlişi ilə türk dünyasının, ümumilikdə bütün dünyanın poeziyasında yeni səhifənin açıldığını qeyd edib. O, şairin qoyduğu dəyərli ədəbi irsin 880 ilin çərçivələrinə sığmadığını, Nizaminin bütün əsrlərin müasiri olduğunu bildirib.
Fondun prezidenti, eyni zamanda, ilkin orta əsrlər türk ədəbiyyatında Nizaminin rolunu vurğulayaraq, onun yüksək sənətkarlığı, ümumbəşəri dəyərlərə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilən əsərlərinin türk dünyası mədəniyyətinin təkrarsız nümunələrindən olduğunu deyib. Günay Əfəndiyeva “Nizami Gəncəvi İli” çərçivəsində Fond tərəfindən dahi mütəfəkkirlə bağlı hazırda bir sıra layihələrin üzərində işlərin görüldüyünü, şairin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, kitabların çap olunacağını bildirib.
Konfrans Nizami yaradıcılığının daha dərindən öyrənilməsi, bütün dünyaya tanıdılması istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30