/ / Rasim Balayev: Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək
Rasim Balayev: Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək
10.02.2021 [09:02]
“Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır”. Bu fikirləri qəzetimizə açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır: “İl ərzində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
04 Oktyabr 22:10

YAP xəbərləri
04 Oktyabr 21:35

YAP xəbərləri
04 Oktyabr 20:26

YAP xəbərləri
04 Oktyabr 19:27

YAP xəbərləri
04 Oktyabr 18:33

YAP xəbərləri
04 Oktyabr 17:27

YAP xəbərləri
04 Oktyabr 16:11

YAP xəbərləri
04 Oktyabr 16:05

YAP xəbərləri
04 Oktyabr 16:03

YAP xəbərləri
04 Oktyabr 15:58

YAP xəbərləri
04 Oktyabr 15:23

YAP xəbərləri
04 Oktyabr 15:11

YAP xəbərləri
04 Oktyabr 14:30

YAP xəbərləri
04 Oktyabr 14:19

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 13:48

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:14

YAP xəbərləri
04 Oktyabr 13:08
YAP xəbərləri
04 Oktyabr 13:06

YAP xəbərləri
04 Oktyabr 13:04

YAP xəbərləri
04 Oktyabr 13:01

YAP xəbərləri
04 Oktyabr 12:55

YAP xəbərləri
04 Oktyabr 12:44

Gündəm
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:36

YAP xəbərləri
04 Oktyabr 12:34

YAP xəbərləri
04 Oktyabr 12:27

YAP xəbərləri
04 Oktyabr 12:26

Sosial
04 Oktyabr 12:16

Gündəm
04 Oktyabr 11:56

Gündəm
04 Oktyabr 11:52

YAP xəbərləri
04 Oktyabr 11:44

Ədəbiyyat
04 Oktyabr 11:43

Sosial
04 Oktyabr 11:32

YAP xəbərləri
04 Oktyabr 11:26

YAP xəbərləri
04 Oktyabr 11:23

Elm
04 Oktyabr 11:16

Siyasət
04 Oktyabr 10:51

Siyasət
04 Oktyabr 10:18

Analitik
04 Oktyabr 09:47

MEDİA
04 Oktyabr 09:21

Ədəbiyyat
04 Oktyabr 08:49

Analitik
04 Oktyabr 08:14

Gündəm
04 Oktyabr 00:50

YAP xəbərləri
03 Oktyabr 23:44

Dünya
03 Oktyabr 22:30

Gündəm
03 Oktyabr 21:39

Dünya
03 Oktyabr 21:28

YAP xəbərləri
03 Oktyabr 20:56

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08
