Ana səhifə »  Mədəniyyət »  “Xalq Əmanəti” layihəsinin XX nəşri – Zəlimxan Yaqub
A+   Yenilə  A-
“Xalq Əmanəti” layihəsinin XX nəşri – Zəlimxan Yaqub

Xalq Bank “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşrini təqdim edir.

AZƏRTAC xəbər verir ki, yubiley nəşri müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub.

Gücünü torpaqdan, el-obadan alan şair xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etmişdir. Zəlimxan Yaqub mütəfəkkir şairdir. O Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı sevərək öyrənir və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur”. Zəlimxan Yaqub yaradıcılığının ən mühüm göstəricilərindən biri onun etnoqrafikliydir. Mənsub olduğu xalqı bir peşəkar tadqiqatçı-etnoqraf səviyyəsində mükəmməl tanıyan şair yaradıcılığının məzmun-mündəricəsindən başlamış forma-intonasiyasına qədər olduqca millidir. Onun yaradıcılığını müasir ədəbi-ictimai mühit şifahi xalq ədəbiyyatı hadisəsi kimi qəbul edir. Şairin öz dərin inamına görə, onun şeiri dövrün, zamanın tələblərinə cavab verir və milli ictimai şüura əhəmiyyətli təsir göstərmək, hissləri, duyğuları coşdurmaq gücündədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

Zəlimxan Yaqub 1950-ci ildə Borçalı mahalının Kəpənəkçi kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. İlk şeiri 1966-cı ildə sovet Gürcüstanının “Qələbə bayrağı” qəzetində dərc edilib.

Böyük şair həm də cəmiyyətimizə əməli fəaliyyəti ilə xidmət edən aktiv ictimai xadimlərdən biri olub. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995-2005-ci illər Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırış deputat seçilib. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olub. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilib, 2005-ci ildə "Azərbaycanın Xalq şairi" fəxri adına layiq görülüb.

Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatındakı yerini müəyyən etmək üçün onun nəhəng istedadını, zəngin dilini, çoxşaxəli yaradıcılığını dərindən araşdırmaq lazımdır. Onun yaradıcılığı poeziyanın janr təsnifatına sığmır: o, sözün geniş mənasında məhəbbət şairidir. Onun yaradıcılığında, bir küll halında baxılarsa, bilavasitə məhəbbət şeirləri, bəlkə də, o qədər çox deyil, ancaq mükəmməldi, ədəb-ərkanlıdı, həyalıdı.

Zəlimxan Yaqub vətənpərvər şairdir - onun üçün vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda, təbiətin və coğrafiyanın yetirdiyi milli-mənəvi ruhdur ki, şair bu ruhun həmişə canlı, mübariz və güclü olmasını arzu edir. Xüsusilə vətənin, millətin başının üstünü təhlükələr alanda.

Zəlimxan Yaqub bütöv türk dünyasının şairidir – o, mənsub olduğu türk etnosunun tarixini, mədəniyyətini nəinki yaxşı bilən, eyni zamanda, bu tarixi, mədəniyyəti (və mentaliteti!) özünün yaradıcı varlığında təcəssüm etdirən bir sənətkar, düşüncə adamıdır.

Zəlimxan Yaqub şair-ideoloqdur - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında ilk dəyərli əsərləri yaradan sənətkardır. “Böyük ömrün dastanı”nda Heydər Əliyevin xilaskarlıq, milli dövlət və millət quruculuğu missiyası yüksək sənətkarlıqla tərənnüm olunur.

Zəlimxan Yaqub ana dilinin şairidir - onun zəngin söz ehtiyatı, mükəmməl poetik sintaksisi, folklor gücündəki bədii təyinləri, təşbehləri, mübaliğələri, təravətli intonasiyası yüksək sənətin tələblərinə cavab verir. Şairin ana dili sevgisi deklarativ deyil, şüar kimi səslənmir, candan-qandan gələn dərin səmimiyyətilə ifadə olunur. Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirri də məhz bundadır. Tarix sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətinin həyatı olaraq yaşayan sənətkar-mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, Tağı Tağıyev, eləcə də Ələkbər Rzaquliyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.

 
  • Oxunub:  3900  |  
  • Tarix:  19-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 21:01
Səməd Seyidov AŞPA prezidenti Hendrik Daems ilə görüşüb
27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
27 Yanvar 15:43
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
27 Yanvar 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb
27 Yanvar 15:41
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
27 Yanvar 15:35
Prezident İlham Əliyev Şuşanın bərpası və gələcək həyatı ilə bağlı tapşırıqlar verib
27 Yanvar 15:30
UEFA Avropa çempionatının təşkilatçılarının sayını azaltmaq niyyətində deyil
27 Yanvar 15:25
Elektron Hökumətin İnkişafı Mərkəzi ilin yekunlarına dair hesabat təqdim edib
27 Yanvar 14:58
Prezident: Şuşanın bərpası, dirçəlməsi işləri planlı şəkildə aparılmalıdır
27 Yanvar 14:42
Prezident İlham Əliyev: Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir
27 Yanvar 14:40
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir
27 Yanvar 14:37
Prezident İlham Əliyev: Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən almışıq
27 Yanvar 14:34
Fuad Nağıyev: Rayonlararası hərəkətin bərpa olunması regionlarda yerləşən hotellərdə canlanma yaradıb
27 Yanvar 14:28
Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər
27 Yanvar 14:20
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq
27 Yanvar 14:19
Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
27 Yanvar 14:14
Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
27 Yanvar 14:01
Nazir: Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub
27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:21
Kamilə Əliyeva: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər siyasi, istərsə də iqtisadi cəhətdən dünyada güclü bir dövlətə çevrilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5