Ana səhifə »  Mədəniyyət »  Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
A+   Yenilə  A-
Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər

Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “Biz - fərqli illərdə Fransanın mükafatlarına layiq görülmüş Azərbaycanın mədəniyyət xadimləri və təhsil işçiləri - bu mükafatlarla fəxr edirdik, çünki bu mükafatlar bizim üçün dünyaya bu qədər gözəllik bəxş edən bir ölkənin simvolu idi!
Biz Rable, Molyer, Volter, Hüqo və s. bu kimi dahi yazıçı və filosofların təmsil etdikləri fransız ədəbiyyatının şərəf, bərabərlik, sülh və ədalət kimi ən ali və ümdə məfhumlar uğrunda mübarizə apardığını həmişə xatırlamışıq.
Xüsusilə qeyd etmək istərdik ki, bu dəyərlərə olan hörmətimiz təsadüfi deyil, belə ki, Azərbaycanda ədalət və bərabərlik prinsipləri, hörmət və sülh, şərəf və ləyaqətin qorunması yaşam tərzinin təməlidir. Əsrlərboyu Azərbaycan bütün bölgənin mədəniyyət mərkəzi, eləcə də bir çox millət və din mənsublarının yüzilliklər boyu yanaşı yaşayaraq dinc şəkildə, çiyin-çiyinə fəaliyyət göstərdikləri ev olmuşdur. Məhz bu mədəniyyətlərin sintezi ölkəmizin misilsiz mədəni irsinin yaranmasına səbəb olmuşdur və bu gün Azərbaycan dünyanın ən çoxmədəniyyətli və çoxkonfessiyalı ölkələrindən biridir. Təsadüfi deyil ki, 2016-cı ilin oktyabrında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə kimi yüksək qiymətləndirmişdi. BMT Baş Assambleyasının qərarına əsasən, 2017-ci ildə hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq üçün əsas qlobal platforma hesab edilməsi də bunu bir daha sübut edir.
Müsəlman icması ilə yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları da cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir. Ölkəmizdəki bütün abidələr və dini binalar, eləcə də məscid və kilsələr Azərbaycan dövləti tərəfindən tam qorunur və mütəmadi olaraq restavrasiya olunur. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.
Azərbaycan təkcə ölkə daxilində deyil, həm də bütün dünyada mədəni irsin qorunmasına öz töhfəsini verib. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən işlər arasında Luvr və Versal sarayında aparılan renovasiya işlərini, Fransanın Orne departamentinin Sen-İler, Frene-o-Sovaj, Sen-İler-la-Jerar, Tanvil, Kurjo, Reveyon və Mal yaşayış məntəqələrində yerləşən X-XII əsrlərə aid yeddi kilsənin bərpasına dəstəyi, həmçinin Fransada XIV əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin, o cümlədən Vatikandakı Müqəddəs Sebastyan, Müqəddəs Marsellino və Müqəddəs Pyetro katakombalarının bərpasını qeyd etmək olar.
Bu gün Azərbaycan öz inkişafının ən vacib və tarixi mərhələlərindən birini yaşayır. İkinci Dünya müharibəsi zamanı Fransa başqa bir ölkənin işğalı altında olduğu kimi, bizim ərazilərimizin də bir hissəsi 28 il idi ki, Ermənistan tərəfindən işğal edilmişdi. On minlərlə insan öldürülüb, bir milyona yaxın Azərbaycanlı etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini itirib və qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsində ifadə edilmiş ölkələrin ərazi bütövlüyünə əsaslanan 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan işğalçı qoşunlarının Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Lakin 30 ilə yaxın idi ki, bu qətnamələrin heç biri yerinə yetirilmirdi.
Bütün bu işğal illərində hər gün insanlarımız həlak olur, qədim mədəniyyət abidələrimiz qərəzli şəkildə məhv edilir, neçə-neçə şəhər büsbütün xarabalığa çevrilir, bizim dünya ictimaiyyətinə kütləvi mədəni soyqırımın dayandırılması barədə etdiyimiz çoxsaylı müraciətlərimiz isə cavabsız qalırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı törədib və bir gecədə 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qoca olmaqla, 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirərək param-parça ediblər. 1275 mülki şəxs əsir götürülüb (onlardan 150 nəfərin taleyi hələ də məlum deyil), 475 vətəndaş əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə iki valideyndən birini itirib. Xocalı şəhəri yerlə-yeksan edilib. Artıq bir sıra dünya ölkələri dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımını tanımışdır.
Bu günlərdə isə ədalət zəfər çalıb və Fransa İkinci Dünya müharibəsi əsnasında etdiyi kimi, biz də torpaqlarımızı erməni işğalından azad edib BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın bütün ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa edə bildik. Müharibənin ilk günlərindən Azərbaycan öz dövlət sərhədlərini bir santimetr də keçməmiş və bütün döyüş əməliyyatları birbaşa ölkəmizin ərazisində aparılmışdır.
2020-ci il sentyabrın 27-dən başlayaraq, şəhər və kəndlərimizin bütün dünyada qadağan edilmiş silah növləri ilə bombardman edilməsinə və ərazilərimizin atəşə tutulmasına baxmayaraq, müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin incisi, tarixi-memarlıq qoruğu, muğamın və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin doğulduğu yer - Şuşa şəhərini azad etməyə müvəffəq oldu.
1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Şuşa sakinlərinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında sülh bəyannaməsi imzalanmışdır. Bu bəyannamənin şərtlərinə əsasən, işğalçı qüvvələr öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tədricən çıxarmaq barədə öhdəlik götürməyə məcbur oldu. Mülki insanlar isə artıq öz evlərinə qayıtmaq şansı əldə ediblər.
Bu gün bütün dünya otuz illik erməni işğalının dəhşətli nəticələri ilə əyani şəkildə tanış ola və vəhşicəsinə məhv edilmiş şəhər və kəndləri, yandırılmış meşələri və dağıdılmış torpaq sahələrini, eləcə də dünya mədəni irsinin nümunələri olan tarixi mədəniyyət və memarlıq abidələrini, habelə xarabalığa çevrilmiş dini binaları görə bilər.
Azad edilmiş ərazilərdə demək olar ki, bütün məscidlər, hətta pravoslav kilsəsi belə dağıdılıb və ya murdarlanıb.
Azərbaycan Respublikasının rəhbərliyi (konfessional mənsubiyyətlərindən asılı olmayaraq) dağıdılmış bütün ərazilərin, şəhər və kəndlərin, eləcə də mədəniyyət abidələrinin və dini obyektlərin bərpa ediləcəyini bəyan edib.
Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzə daha əvvəl heç bir şəkildə reaksiya verməyən Fransa Senatının və onun elitasının mövqeyi, habelə kukla rejiminin müstəqilliyini tanımağın zəruriliyinə dair birmənalı şəkildə qərəzli qərar qəbul etməsi bütün Azərbaycan ictimaiyyətində qəzəb və hiddətə səbəb olmuşdur.
Xüsusilə təəccüblüdür ki, Fransa BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməyə səs verən ölkələrdən biridir.
Biz səmimi qəlbdən inanırdıq ki, Fransa Respublikasının dəyərləri yalnız bu ölkənin yaxın müttəfiqlərinə deyil, həm də dünya ölkələrinə şamil olunur. Lakin qəbul edilmiş bu qərar ikitərəfli münasibətlərimizin uğurlu gələcəyi üçün ciddi təhlükə yaradır. İndi Azərbaycanın mədəniyyət xadimləri üçün ölkə ictimaiyyətini Fransa ilə əlaqələrimizi inkişaf etdirməyin məqsədəuyğun olduğuna inandırmaq çətin olacaq.
Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Şərqin ilk demokratik respublikasıdır və yeri gəlmişkən, ölkəmiz Fransadan çox əvvəl qadınlara səsvermə hüququ verib.
Respublikamızın himninin müəllifi, Qarabağda dünyaya göz açmış Üzeyir bəy Hacıbəyli Şərqdə ilk operanın müəllifidir. Onun “Arşın mal alan” operettası 1925-ci il iyulun 4-də Parisin Yelisey sarayındakı “Femina” teatrında fransız dilində səhnələşdirilib. İlk balet, eləcə də Şərqin ilk balerinası da məhz Azərbaycan səhnəsinə çıxıb. Bu siyahını sonsuza qədər uzatmaq olar.
Biz başa düşürük ki, Fransada güclü erməni diasporunun olması vacib amildir, lakin Fransa kimi bir dövlətin rəsmi mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ədalət və dövlət məsuliyyəti prinsiplərinə əsaslanmalıdır.
Fransanın mədəniyyət xadimləri tərəfindən imzalanmış müraciətlə tanış olduqdan sonra belə görkəmli sənət nümayəndələrinin lazımi tədqiqatlar aparmadan erməni təbliğatının alətinə çevrilməsi bizi kədərləndirir. Təəssüf ki, belə qeyri-peşəkar yanaşma onların nüfuz və qərəzsizliyinə də kölgə salır.
Biz Fransanın hakimiyyət orqanlarının nümayəndələrini və mədəniyyət xadimlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət etməyə və erməni işğalçıları tərəfindən törədilən dağıntıları və vandalizmin miqyasını yerində görməyə çağırırıq. Güman edirik ki, o zaman sizin fikriniz ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə söykənəcək.
Tahir Salahov, “Fəxri Legion” ordeni (Zabit dərəcəsi)
Fərhad Bədəlbəyli, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Ramiz Abutalıbov, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Sevda Məmmədəliyeva, “İncəsənət və ədəbiyyat” ordeni (Zabit dərəcəsi)
Fərhad Xəlilov, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Çingiz Fərzəliyev, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Səməd Seyidov, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Hicran Hüseynova, “Fəxri Legion” ordeni (Zabit dərəcəsi)
Fəxriyyə Xələfova, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Çəmən Babaxanova, “Akademik palma” ordeni, (Kavaler, Zabit dərəcələri)
Azelma Həsənova, “Akademik palma” ordeni, (Kavaler, Zabit dərəcələri)
Röya Tağıyeva, “İncəsənət və ədəbiyyat” ordeni (Zabit dərəcəsi)
Zöhrə Əliyeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Gülbəniz Camalova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Afaq Quliyeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Murad Hüseynov, “İncəsənət və ədəbiyyat” ordeni (Kavaler dərəcəsi)
Gülnarə Sadıxova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Reyhan Hüseynova, “Fəxri Legion” ordeni (Kavaler dərəcəsi)
Tahirə Cabbarova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Elmira Fərəcullayeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Soylu Xəlilova, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Məhərrəm Orucov, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)
Rəfiqə İsayeva, “Akademik palma” ordeni, (Kavaler dərəcəsi)”.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  02-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA