Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Xeyrəddin Qoca-60" xüsusi bukleti buraxılıb

"Xeyrəddin Qoca-60" xüsusi bukleti buraxılıb

06.01.2010 [08:50]

“çinar-çap” nəşriyyatı tanınmış qələm sahibi Xeyrəddin Qocanın anadan olmasının 60 illiyi ilə bağlı “Xeyrəddin Qoca-60” xüsusi bukletini buraxıb. Yeni nəşrdə yazıçının avtobioqrafiyasına qısa nəzər salınıb, yaradıcılığı barədə yığcam məlumat verilib, görkəmli yazıçıların, elm və mədəniyyət xadimlərinin onunla bağlı fikirləri oxucuların diqqətinə çatdırılıb.
Xeyrəddin Qocanın Türkiyənin İstanbul şəhərində ölkəmizin baş konsulu təyin edilməsi və ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamları, mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə yazıçıya Prezidentin fərdi təqaüdünün verilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı, yubilyarın ümummilli lider Heydər Əliyevlə, Milli Məclisin deputatları, xalq yazıçıları Anar, Elçin, çingiz Abdullayev, xalq şairləri Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, İraq yazıçısı Əbdüllətif Bəndəroğlu, xalq artistləri Habil Əliyev, Oqtay Mirqasımov, Rasim Balayev, görkəmli türk sənətçisi Türkan Şoray və başqaları ilə fotoşəkilləri, pyeslərinin tamaşalarından görüntülər, şair Ramiz Heydərin X.Qocaya həsr etdiyi “Yaş üstə yaş gəlsə də...” şeiri bukletdə yer alıb.

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30