Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilib

Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı və Türk Dili Bayramı keçirilib

27.09.2019 [08:38]

Sentyabrın 26-da Bakıda XIV Beynəlxalq Böyük Türk Qurultayı və 87-ci Türk Dili Bayramının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunda reallaşan tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq, Həmrəylik Vəqfi və Yunus Emre İnstitutunun birgə əməkdaşlığı ilə gerçəkləşib.
Əvvəlcə qonaqlar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxış edərək qurultayın əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, bu qurultay türk dilinin zənginliyini və onun dünya dilləri arasında özünəməxsus yerlərdən birinə sahib olmasını şərtləndirir. Türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüldüyünü deyən C.Özdəmir bundan sonra da bu istiqamətdə işlərin davam edəcəyini vurğulayıb, qurultayın işinə uğurlar arzulayıb.
Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru Rasim Özyürək deyib ki, iki gün davam edəcək Türk Dili Qurultayı və 87-ci Türk Dili Bayramı həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı ilə böyük bir coşqu və həyəcanla qeyd ediləcək.
O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görür.
R.Özyürək bildirib ki, M.K.Atatürk tərəfindən qurulan Türk Dil Qurumu keçmişdə olduğu kimi, gələcəkdə də gənclərə nümunə olmağa davam edəcək. Vurğulanıb ki, bu gün Ulu Öndərin yaratdığı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi rəhbərliyini eyni xətt üzrə professor Ənvər Həsənoğlu böyük fədakarlıqla davam etdirir.
R.Özyürək hər kəsi Ural-Altay dil qrupu Altay dilləri ailəsində yer alan və dünyamızdakı ən zəngin dillərdən olan ortaq dilimizə, mədəniyyətimizə sahib çıxmağa çağırıb, onu yad təsirlərdən qorumağın vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, Türk dili millətimizin varlığı üçün, mədəniyyətimiz üçün çox vacibdir: “Dil və mədəniyyət bir-birindən heç vaxt ayrılmamalıdır. Millətimizin ortaq bir dili, mədəniyyəti, tarixi ənənələri vardır. Dilimiz, mədəniyyətimiz yox olmasın. Dilimiz və mədəniyyətimiz, tariximiz üçün dünən, bu gün əmək sərf edənləri, sabah bu mövzuda əmək sərf edəcək gənclərimizi indidən təbrik edirəm. Türk dünyasının elm adamlarının, türkcə danışan soydaşlarımızın, müəllimlərimizin, tələbələrimizin azərbaycanlı vətəndaşlarımızın Türk Dil Bayramını təbrik edirəm”.
Türkiyə-Azərbaycan Dostluq İşbirliyi Dayanışma Vəqfinin və Beynəlxalq Pediatriya Assosiasiyasının prezidenti Ənvər Həsənoğlu bildirib ki, türk dili zəngin, milli və müasir bir dildir.
“Türk dili bizi bir-birimizə bağlayan bir dildir. Bu dillə milli hisslər arasında qırılmaz bir bağ vardır. Universitet və məktəblərimizdə təhsil alan tələbə və şagirdlər, yazıçılar, media mənsubları və digər yaradıcı mühitin insanları dilimizin zənginliyini duyur, onun daha da inkişaf etməsi üçün əlindən gələni edirlər. Bu istiqamətdə daha da böyük işlərin görülməsi vacibdir. Dilimizin inkişafı üçün atılan bütün addımlarda yalnız onun köklərindən bəhrələnmək məqbul sayılmalıdır. Bu qurultayın keçirilməsi də bu mənada təqdirəlayiqdir. Hər kəsi təbrik edir, uğurlar arzulayıram”, - deyə Ə.Həsənoğlu söyləyib.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək deyib ki, Böyük Türk Qurultayı ilk dəfə olaraq 1926-cı ildə Bakıda keçirilib.
“Bu qurultayın Bakıda təşkil edilməsi olduqca əlamətdar idi. Bakı gözəl türkcəmizin ən gözəl ləhcələrindən birinin danışıldığı yerdir. Biz hamılıqla türkcəmizi qorumalı, onu bütün dünyada daha önəmli bir dil kimi qəbul edilməsi halına gətirməliyik. Bu yöndə elm adamlarının üzərinə böyük vəzifələr düşür. Bizim arxamızda 200 milyondan çox bir türk dünyası var. Biz işdə, dildə və fikirdə bir olmalıyıq”, - E.Özorol belə deyib.
Çıxışlarda Azərbaycan türkcəsinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışılıb. Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsində, onun qorunmasında və inkişafında misilsiz xidmətlər göstərib. Azərbaycan və türk dillərinin axıcılığından danışan natiqlər Nizami, Füzuli, Qazi Bürhanəddin, Yunis Əmrə, Nazim Hikmət, Səməd Vurğun kimi klassiklərdən bizə miras qalmış mənəvi bağların inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlətimizin başçısı İlham Əliyev bu sahələrin inkişafı ilə bağlı mühüm sənədlər imzalayıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını xatırladaraq dili bir, mədəniyyətləri bir, həyata, dünyaya baxışları eyni olan xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə əmin olduqlarını söyləyiblər.
Qeyd edək ki, M.K.Atatürkün 1932-ci il iyulun 12-də qurduğu Türk dili Tədqiq Cəmiyyətinin (Türk Dil Qurumu) böyük fəaliyyətləri nəticəsində birinci Türk Dili Qurultayının toplandığı 26 sentyabr tarixi hər il Dil Bayramı Günü kimi qeyd olunur.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30