Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.
“Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - deyən Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirib.
Xalq artisti, tarzən, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsini dünyaya çatdıracaq. Fəxr edirik ki, Azərbaycan xalqı musiqi sənətini, musiqi alətlərini qoruyur. Eyni zamanda, çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayğısına bariz nümunədir. Ruhu oxşayan böyük bir iş görülüb”, - deyən Ramiz Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkədə yaradılmış multikultural mühiti vurğulayıb. Azərbaycan xalqının tar, kamança, saz sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayan Ramiz Quliyev sərginin təşkilinə görə sənət dostları adından Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.
Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib. “Heç bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının bariz nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir. Düşünürəm ki, bu, davamlı olacaq”, - deyə Mənsum İbrahimov qeyd edib.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
31 ölkədən 200-dək musiqi alətinin nümayiş olunduğu unikal sərgi
Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya - XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.
Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.
Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.
Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.
Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.
Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.
Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.
Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.
Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.
Tariximizin yaşaması üçün belə tədbirlər mütləq lazımdır
Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasımov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Doğrudur, xalq musiqisini anlamaq çətindir. Lakin burada sərgilənən musiqi alətləri, düşünürəm, sərgiyə baxan tamaşaçılarda xalq musiqisinə maraq oyadacaq. Digər tərəfdən, Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda, başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.
“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.
Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa millətlərin öz tarixindən böyükdür”.
İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.
Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri gəlib bugünümüzə çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. İstər klassik xanəndələrimiz, korifeylərimiz, istər orta nəsil xanəndələrimiz, istər bugünkü gəncliyimiz - hər şey bu sərgidə çox gözəl əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.
Xalq artisti Ağəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.
Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.

 
  • Oxunub:  3720  |  
  • Tarix:  19-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda kadr siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur - idarəetməyə daha gənc kadrlar cəlb olunur

23 Oktyabr 21:57
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
23 Oktyabr 21:55
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 Oktyabr 21:53
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib
23 Oktyabr 21:38
Mübariz Qurbanlı: Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib
23 Oktyabr 21:32
Prezident İlham Əliyev: Bir imtiyaz var - vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək
23 Oktyabr 21:30
Azərbaycan-CAR əlaqələri müzakirə olunub
23 Oktyabr 21:19
Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir
23 Oktyabr 21:12
Prezident İlham Əliyev: Kadr islahatları labüddür, qaçılmazdır
23 Oktyabr 21:02
Azərbaycan Prezidenti: Elə bir şərait yaradılmalıdır ki, hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun
23 Oktyabr 20:58
Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir
23 Oktyabr 20:55
Mərkəzi Seçki Komissiyası sədrinin yeni müavini seçilib
23 Oktyabr 20:48
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:45
Prezident İlham Əliyev İranın Xarici İşlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
23 Oktyabr 20:38
Bakıda Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib
23 Oktyabr 20:35
Azərbaycan-İraq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
23 Oktyabr 20:28
Azərbaycan Prezidenti: Biz elə etməliyik ki, iqtisadi inkişaf dayanıqlı olsun
23 Oktyabr 20:25
Azərbaycanın Xarici İşlər naziri Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri ilə görüşüb
23 Oktyabr 20:22
BƏƏ-nin Xarici İşlər üzrə Dövlət nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
23 Oktyabr 20:20
Prezident İlham Əliyev: Biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq
23 Oktyabr 20:16
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib
23 Oktyabr 20:16
YAP Səbail rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib
23 Oktyabr 20:00
Azərbaycan Prezidenti: İqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir
23 Oktyabr 19:58
Qoşulmama Hərəkatının gənc nümayəndələri Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıblar
23 Oktyabr 19:53
Prezident İlham Əliyev: Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz
23 Oktyabr 19:51
Hulusi Kılıç: Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir
23 Oktyabr 19:47
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
23 Oktyabr 19:45
Prezident İlham Əliyev: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür
23 Oktyabr 19:42
Azərbaycan-Keniya münasibətlərin perspektivlərinə dair müzakirələr aparılıb
23 Oktyabr 19:40
Bakı Şəhər Baş Polis İdarəsində ilin doqquz ayında ictimai təhlükəsizliyin təmini sahəsində görülən işlər müzakirə edilib
23 Oktyabr 19:38
Azərbaycan Prezidenti: Ölkə iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir
23 Oktyabr 18:00
Azərbaycan və İran Xarici İşlər nazirlərinin görüşü olub
23 Oktyabr 17:55
Xorxe Arreaza Monserrat: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qlobal sülh və əmin-amanlığa xidmət edəcək
23 Oktyabr 17:48
Azərbaycan-Serbiya əlaqələri müzakirə olunub
23 Oktyabr 17:45
Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib
23 Oktyabr 17:43
Kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri davam etdirilir
23 Oktyabr 17:41
Avropanın mərkəzində tədbir: Bakıdan kimlər gedir?
23 Oktyabr 17:37
Bakı Dövlət Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
23 Oktyabr 17:30
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilib
23 Oktyabr 17:03
Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
23 Oktyabr 17:00
Hesablama Palatası ECOSAI təşkilatının idarə heyətinə yenidən üzv seçilib
23 Oktyabr 16:24
Sevinc Fətəliyeva: Azərbaycanın “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulması böyük əhəmiyyət kəsb edir
23 Oktyabr 15:58
Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib
23 Oktyabr 15:46
YAP Göyçay rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə tədbir keçirilib
23 Oktyabr 15:42
YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib
23 Oktyabr 15:37
UNICEF-in Azərbaycandakı nümayəndəsi dövlətimizin qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasəti barədə məlumatlandırılıb
23 Oktyabr 15:34
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
23 Oktyabr 15:17
Zərdablılar noyabrda keçiriləcək genişmiqyaslı ağacəkmə kampaniyasına ciddi hazırlıq işləri görürlər
23 Oktyabr 14:47
Azərbaycanla Banqladeşin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib
23 Oktyabr 14:31
“DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
23 Oktyabr 14:27
"İslahatların əsasında xalqın rifahının təmin olunması məqsədləri dayanır"
23 Oktyabr 14:23
Tahir Süleymanov: Bu ilin doqquz ayında kənd təsərrüfatının 7 faiz artması mühüm göstəricidir
23 Oktyabr 13:59
İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub
23 Oktyabr 13:56
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
23 Oktyabr 13:55
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Goranboyda vətəndaş qəbulu keçirib
23 Oktyabr 13:50
Eldəniz Səlimov: Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir
23 Oktyabr 13:11
Naqif Həmzəyev: Prezident İlham Əliyevin kadr islahatları ölkənin, cəmiyyətin xeyrinədir
23 Oktyabr 13:05
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23 Oktyabr 12:59
Bakıda alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı təşkil olunacaq
23 Oktyabr 12:55
Nazir müavini: Azərbaycanda innovasiya strategiyası layihəsinin hazırlanması mühüm əhəmiyyət kəsb edir
23 Oktyabr 12:49
Naxçıvanda Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi qeyd olunub
23 Oktyabr 12:47
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün “Vikipediya” ilə bağlı təlimlərə başlanılıb
23 Oktyabr 12:35
Milli Məclisin Sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
23 Oktyabr 12:23
Bu il Azərbaycandan 2780 çeşiddə məhsul göndərilib
23 Oktyabr 12:05
Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir
23 Oktyabr 11:55
Komitə sədri: Azərbaycanda geniş sosial-iqtisadi xarakterli islahatlarla yanaşı, kadr islahatları da həyata keçirilir
23 Oktyabr 11:46
“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib
23 Oktyabr 11:43
AZƏRTAC və Bernama xəbər agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
23 Oktyabr 11:35
“İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilir
23 Oktyabr 11:21
Azərbaycan nümayəndə heyəti Çində kənd təsərrüfatı sərgisində iştirak edib
23 Oktyabr 11:11
Gəncə şəhərində velosiped yürüşü keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA