Xalqımızın mədəni irsinin dünyaya tanıdılması istiqamətində daha bir önəmli addım
25.06.2019 [09:56]
“Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub
Yarandığı vaxtdan bank-maliyyə sektorunda uğurlu fəaliyyətlə yanaşı, xalqımızın mədəni irsinin, dəyərlərimizin dünyaya tanıdılması məqsədilə də önəmli addımlar atan Xalq Bank bu istiqamətdə işlərini davam etdirir. Belə ki, bankın bu məqsədlə reallaşdırdığı “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, maarifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub. Sözügedən nəşrlə bağlı məlumata keçməzdən öncə qeyd edək ki, “Xalq Əmanəti” layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə həyata keçirilən layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində işıq üzü görür. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb.
İyun ayının 21-də isə Xalq Bankın Baş ofisində “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşrinin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli “Xalq Əmanəti” layihəsinin Mirzə Şəfi Vazehin yaradıcı irsinə müraciət etməsini mədəniyyətimizə böyük hədiyyə olaraq qiymətləndirib və bu kitabın şairin yaradıcılığını tədqiq etmək üçün fundamental vəsait olduğunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Xalq Əmanəti” layihəsinin növbəti nəşrini təqdirəlayiq və vaxtında atılmış addım olaraq dəyərləndirib və kitabın Mirzə Şəfi Vazehlə bağlı bir çox mətləblərə işıq saldığını söyləyib.
Öz növbəsində “Xalq Əmanəti” layihəsini və layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov işıq üzü görən nəşrlərin hər birini xəzinə adlandırıb.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə Mirzə Şəfi Vazehin əsərləri bütün xarici dillərə çevrilmiş ilk Azərbaycan şairi olduğunu bildirib və böyük rus yazıçısı Lev Tolstoyun öz məktublarında Vazehin əsərlərinə yüksək qiymət verdiyini söyləyib.
Tədbirə dəvət olunmuş xarici qonaqlar, kitab üzərində uzun müddət çalışmış Almaniyadan professor Orxan Aras və rus şairi Mixail Sinelnikov, həmçinin nəşrin tərtibçisi Səlim Babullaoğlu Vazehin yaradıcılığından və kitabın Azərbaycan ədəbiyyatı tarixi nöqteyi-nəzərdən əhəmiyyətindən söz açıblar.
Qeyd olunub ki, “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi 1794-cü ildə Gəncədə doğulub. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənmiş Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanıb. Gənc şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edib. Vazehin qələmindən çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi. Lakin şairin yaradıcılığı, onun tədris və maarifçilik sahəsində səyləri din xadimlərinin ürəyincə deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edərək o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə Şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. Dövrünün tanınmış şair, yazıçı və filosofları, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. Eyni zamanda, Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını yazır və Tiflis gimnaziyası üçün “Tatar-rus lüğəti”ni tərtib edir (İ.Qriqoryevlə birgə).
Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində Şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olub. Bodenştedtin sözlərinə görə, vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, o isə müəlliminə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə “Şərqdə min bir gün” kitabını nəşr edir və həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi çap edilir. 23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi, Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. O dövrün reallığı nəzərə alınarsa, Mirzə Şəfinin Avropadakı şöhrətinin miqyasını təsəvvür etmək çox çətindir. Dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi ki, bu əsərləri 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List bəyənmiş və nəşrinə kömək göstərmişdir. “İran motivləri” adı ilə populyarlıq qazanan romansları sonradan digər böyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə etmiş, dünya opera sənətinin əfsanələrindən biri Fyodor Şalyapin isə onları uzun illər uğurla ifa etmişdir. 1887-ci ilin noyabr ayında isə Berlinin küçələrini Fridrix Vilhelm teatrında Emil Polun librettosu və bəstəkar Karl Milyokerin “Mirzə Şəfinin şərqiləri” operettasının afişaları bəzəyirdi.
Mirzə Şəfi Vazehin “Bütün əsərləri” “Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyatın gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.
Əlamətdardır ki, kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39