Ana səhifə »  Mədəniyyət »  “LiFFt” festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir
A+   Yenilə  A-
“LiFFt” festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir

Bakıda keçiriləcək dördüncü “LiFFt” festivallar festivalı silsilə tədbirlərlə yadda qalacaq
Mayın 27-də Heydər Əliyev Mərkəzində Avrasiya materikinin ədəbiyyat üzrə dördüncü “LiFFt” festivallar festivalının Azərbaycan keçirilməsinə həsr olunan mətbuat konfransı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının “LiFFt” Beynəlxalq Humanitar Fondu tərəfindən təşkil edilən festival sentyabrın 30-dan oktyabrın 3-dək Bakı şəhərində keçiriləcək.
Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Bakı Kitab Mərkəzidir.
Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilən festivalın mətbuat konfransında məlumat verilib ki, Avrasiya materikinin ədəbiyyat üzrə “LiFFt” festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir.
Təşkilat komitəsində Oljas Süleymenov, Marqarita Al, Sergey Biryukov, Nadao Sendao, Vladimir Delba və Aleksandr Ratkeviç kimi nüfuzlu ədəbiyyat xadimləri yer aldığı üçün analoji layihələr arasında ən irimiqyaslısı və maraq doğuranı hesab olunur.
2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən 3-cü Avrasiya materikinin “LiFFt” festivallar festivalında 27 ölkədən qatılan 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan, bu il tədbirə Bakı ev sahibliyi edəcək.
Tədbirdə çıxış edən “LiFFt”in təşkilat komitəsinin sədri Marqarita Almuxametova Bakıda keçiriləcək tədbirin festival tarixində ən parlaq səhifələrdən biri olacağına inandığını bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan etməsi şərəfinə təşkilat komitəsi dördüncü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması barədə qərar qəbul edilib. Bu il festival çərçivəsində ədəbiyyat forumu, dəyirmi masalar, ustad dərsləri, kitab sərgiləri və təqdimatları, poeziya gecələri kimi müxtəlif tədbirlər də keçiriləcək”.
Almaniyalı fotoqraf və rəssam Aleksandr Andreyev festival çərçivəsində keçiriləcək sərgilər barədə məlumat verib. O, Avropanın əlamətdar mədəniyyət hadisələrindən sayılan “Perqamon qurbangahının ikinci həyatı” sərgisindən də söz açıb.
“LiFFt” festivallar festivalının ötənilki qalibi, layihənin hazırkı baş koordinatoru Varis Yolçuyev çıxışında tədbirin keçirilmə qaydaları və seçim turlarının şərtləri haqqında məlumat verib. Qeyd edib ki, bu il Bakının ev sahibliyi edəcəyi festivalda materikin 52 ölkəsindən 150 yazıçı iştirak edəcək. Seçim turlarına iyun ayından start veriləcək: “Artıq iki mindən çox yazıçı iştirak etmək üçün müraciət edib. Ev sahibliyi etdiyi üçün Bakıdan festivala 30 yazıçı qatıla biləcək. Bu il nüfuzlu dünya yazarlarından qazax yazıçısı Oljas Süleymenov, məşhur Rusiya şairi Konstantin Kedrov-Çelışev, tanınmış Fransa rejissoru və şairi Martin Dinkov, amerikalı yazar Selim Azimoviç, görkəmli İsrail dramaturqu İdo Netanyahu, tanınmış İtaliya ədibi Massimo Madrisio, avstriyalı yazıçılar Sergey Klık, Tatyana Bonç-Osmolovskaya, Belarus yazıçısı Aleksandr Ratkeviç, şeirləri türk dünyasında dillər əzbəri olan Serhat Kabaklı, Monqolustan şairi, Dünya poeziyası almanaxının rəhbəri, Ümumdünya Sülh mükafatı laureatı Hadaa Sendoo, polşalı Kşiştof Zartavski, yaponiyalı Akifumi Takeda, çexiyalı Boris Qoldberq, macarıstanlı Aron Qaal, danimarkalı Nina Qeyde, serbiyalı Danilo Jokanoviç, slovakiyalı Valeri Kupka, finlandiyalı Olqa Svanberq, çernoqoriyalı Slobodan Vukanoviç, tatar yazar Nikolay Şamsutdinov və digərləri seçim turuna qatılmadan festivalda birbaşa iştirak edəcək”.
Festivalın Azərbaycan üzrə koordinatoru Nigar Həsənzadə isə Azərbaycan üzrə fəxri spikerlərin adlarını açıqlayıb: “Anar Rzayev, Elçin Əfəndiyev, Kamal Abdulla, Ramiz Fətəliyev, Nizami Cəfərov, Çingiz Abdullayev və Afaq Məsud kimi dəyərli spikerlərin adını çəkmək olar. Proqrama Azərbaycanla bağlı daxil olan məqamlardan biri də ölkəmizin populyar ədəbi layihələrindən olan “Söz” layihəsidir. Festivalda daha bir diqqət çəkən məqam əcnəbi yazıçılar arasında keçiriləcək “Mən Azərbaycanı niyə sevdim” müsabiqəsi olacaq. Bu müsabiqədə iştirakçılar şeir və esse formasında öz fikirlərini ifadə edə biləcəklər. Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək. Bir çox tədbirlərə ev sahibliyi edən Bakımız bu dəfə də maraqlı və ədəbiyyat sahəsi üçün əhəmiyyətli tədbirin layiqincə keçirilməsinə nail olacaq”.
Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçıların da biri olan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkədə ədəbiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi tərəfindən ədəbiyyatın təbliği ilə bağlı bir sıra uğurlu layihələr gerçəkləşdirilib. Dördüncü “LiFFt” festivallar festivalı çərçivəsində də Bakı Kitab Mərkəzində bir sıra layihələr həyata keçiriləcək”.
Mətbuat konfransında dördüncü “LiFFt” festivallar festivalının dünya ədəbiyyatının, mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərə diqqət yönəldilməsinə verəcəyi töhfə barədə danışılıb.
Vurğulanıb ki, festivalda nüfuzlu ədəbiyyatı nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, festival 2016-cı ildən keçirilir. Əvvəlki illərin qalibləri dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov (2016) və məşhur rus şairi Konstantin Kedrov-Çelışev (2017) olub.

 
  • Oxunub:  4860  |  
  • Tarix:  28-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
20 İyun 09:52
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
20 İyun 09:50
Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır
20 İyun 09:49
Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24